AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur

AL Market əməkdaşlarının peşəkar inkişafına və müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlik daha bir mühüm addım atdı. Şirkət, əməkdaşların bilik və bacarıqlarını artırmaq, karyera inkişaflarına dəstək olmaq məqsədilə Pərakəndə İnkişaf Mərkəzini qurdu.
Pərakəndə inkişaf mərkəzinin məqsədi böyüməkdə olan AL Market mağazalar şəbəkəsində xidmət keyfiyyətini artırmaq və bu xidmət keyfiyyətini təmin edəcək ixtisaslı kadrların yetişdirilməsini təmin etməkdir.
Yeni mərkəzdə həm texniki bilikləri gücləndirəcək təlimlər, həm də mövcud iş bacarıqlarının təkmilləşdirlməsi üçün inkişaf proqramları həyata keçiriləcək. Bu təşəbbüsün əsas məqsədi – sürətlə böyüyən AL Market mağazalar şəbəkəsində xidmət keyfiyyətini artırmaq və bu keyfiyyəti təmin edəcək ixtisaslı kadrların hazırlanmasıdır.
AL Market yalnız müştərilərinə məhsul təqdim edən pərakəndə satış şəbəkəsi deyil, eyni zamanda 5000-dən çox əməkdaşa sahib böyük bir komanda olaraq onların peşəkar inkişafına da önəm verir. Şirkət əməkdaşlarının davamlı şəkildə öyrənməsi və inkişaf etməsi üçün zəruri imkanlar yaratmağı özünün əsas strateji hədəflərindən biri kimi görür.
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
