Tokayev BMT-nin Quterreşi ŞƏT sammitinə dəvət etdi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev BMT-nin Baş katibi Antonio Quterreşi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2024-cü ilin iyulunda Qazaxıstanda keçirilməsi planlaşdırılan sammitinə dəvət edib.
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Müvafiq dəvəti Cenevrədə keçirilən görüş zamanı Quterreşə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu təqdim edib.
Dəvətə görə təşəkkür edən Antonio Quterreş Qazaxıstanın davamlı inkişafın təşviqi və beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən ŞƏT və CICA kimi regional təşkilatlar çərçivəsində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Görüşdə həmçinin cari qlobal çağırışlar, Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın dərinləşdirilməsi, Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf üzrə Regional Mərkəzinin yaradılması təşəbbüsü müzakirə edilib.
Digər Xəbərlər
17 Sentyabr 2026 13:00
ABŞ Putinə qarşı saksiya tədbiq edir
17 Sentyabr 2026 12:54
Pezeşkian: İran ABŞ və İsrailin qarşısında baş əyməyəcək
17 Sentyabr 2026 11:39
Rusiyada benzin böhranı
17 Sentyabr 2026 09:25
Yaponiya hökuməti tam tərkibdə istefaya gedib
17 Sentyabr 2026 09:06
ABŞ Mahmud Abbasa viza vermədi
17 Sentyabr 2026 09:04
Tramp Rusiya-Ukrayna münaqişəsinin "tezliklə başa çatacağını" bəyan edib
17 Sentyabr 2026 08:57
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
17 Sentyabr 2026 08:52


Bakı -°C

