03 Oktyabr 2025 16:38
89
SİYASƏT

Tokayev Azərbaycana GƏLİR

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycana səfər edəcək.

Adalet.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

"Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının XII Zirvə toplantısında iştirak edəcək", - Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd edilib.