Azərbaycanda 4 nəfər dövlətə xəyanətə görə həbs edildi - Biri hərbçidir

Azərbaycanda içlərində hərbçi də olmaqa 4 nəfər dövlətə xəyanətdə ittiham olunur. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub.
Adalet.az-ın məlumatına görə, xəbər verir ki, həmin şəxslər bir müddət əvvəl həbs ediliblər.
Məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar. Onlardan Vüsal Ağayev hərbçidir.
DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə Respublikası ərazisində ələ keçirilərək Azərbaycan Respublikasına gətiriliblər.
Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı

“Həmin QHT rəhbərlərinə ən ağır cəza verilməlidir”

Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı

İsmayıllıda yeniyetmə oğlan bıçaqlandı

Saxta orden və medal təsis edən QHT sədrləri SAXLANILDI - VİDEO

Gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkarlanıb

Azərbaycan-İran sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanıldı
