“Tinderyol Baku” geyim mağazası bağlandı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən “Tinderyol Baku” geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki:
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib və obyekt köçürmə çıxışları ilə təmin olunmayıb;
- yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığı barədə sınaq protokolu təqdim olunmayıb;
- obyektdə yanğın su hovuzu mövcud deyil;
- obyektin daxilində yanan əşyalar pərakəndə şəkildə saxlanılır;
- mövcud havalandırma sisteminin istismara yararlılığı barədə müvafiq sənədlər təqdim olunmayıb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
- obyektin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması barədə sənəd təqdim olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən “Tinderyol Baku” geyim mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Digər Xəbərlər
17 May 2026 20:00
Polislər bu gün yollarda… - VİDEO
17 May 2026 18:18
İntensiv yağışların fəsadları aradan qaldırılır - FHN
17 May 2026 18:05
Bu gün Bakı və Abşeronda ilin ən çox yağıntı düşən günü oldu
17 May 2026 17:11
Yollarda görünüş məhdudlaşacaq
17 May 2026 14:21
Bakıda intensiv yağışın nəticələri aradan qaldırılır - FOTOLAR
17 May 2026 12:05
Şahdağda qar yağır - FAKTİKİ HAVA
16 May 2026 23:22
"28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? - VİDEO
16 May 2026 19:22


Bakı -°C

