“TikTok”un yaradıcısı Çinin ən varlı adamı oldu
“TikTok” sosial şəbəkəsinin yaradıcısı Zhang Yiminq Çinin ən varlı adamı seçilib.
Adalet.az xəbər verir ki, Şanxayda nəşr olunan “Hurun” jurnalının zəngin insanların yeni siyahısına əsasən, Zhang Yiminqin sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir.
Jurnalın məlumatına görə, 41 yaşlı Zhang sələflərindən daha çox beynəlxalq mövqe tutan yeni nəsil çinli sahibkarların bir nəslinə aiddir.
Zhang tərəfindən yaradılan və “TikTok”un sahibi olan “ByteDance” qrupu keçən il qlobal satışlarını 30 faiz artıra bildi. “TikTok”un təkcə ABŞ-da təxminən 200 milyon istifadəçisi var. Çində “TikTok” “Douyin” adlandırılır.
“Hurun”un məlumatına görə, keçən il Çində ifrat varlı insanların sayı ümumilikdə 142 nəfər azalıb, 753 nəfərin ən azı bir milyard ABŞ dolları məbləğində sərvəti var. 2021-ci ildə 1185-ə çatan zirvədən sonra Çin milyarderlərinin üçdəbirindən bir qədər çoxunu itirib.
Digər Xəbərlər
09 Dekabr 2025 12:40
“Bakcell” bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
07 Dekabr 2025 22:16
Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər
05 Dekabr 2025 16:40
Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!
03 Dekabr 2025 18:00


Bakı -°C

