Ticarət mərkəzində yanğın
Bakıda ticarət mərkəzində
Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər vberir ki, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 520 kv.m olan bir dam altında yerləşən 13 ədəd ticarət obyektlərindən vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan mağazanın yanar konstruksiyaları 50 kv.m sahədə yanıb və yüksək temperaturdan bitişik mağazanın lambirdən ibarət tavanı 20 kv.m sahədə əriyib. Digər mağazalar yanğından mühafizə olunub.
Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 5:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər Xəbərlər
28 Aprel 2024 17:32
Sədərək rayonunda sursat partladı: İki nəfər həlak oldu
28 Aprel 2024 15:03Dərədə köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
28 Aprel 2024 12:51Bakıda vətəndaş təmir etdiyi su çənində qaldı - VİDEO
28 Aprel 2024 09:46Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15