05 Iyun 2025 12:34
500
DÜNYA

"Eşşək sudan gələnə qədər" çəkilən FOTO

Rusiyada Qarabağ müharibəsinə görə, müsəlmanlara nifrət etdiyini bildirən erməni iş adamı 39 yaşlı Areq Şepixin oğurlanması səhnəsi 2 gündür geniş müzakirələrə səbəb olub. Daha dəqiq hadisə iyunun 3-də axşam saatlarında paytaxt Moskva şəhərinin Yaroslavski dəmir yolu vağzalında baş verib. Yayılan o ləzzətli videoda saqqallı beş nəfərin orta yaşlı bir kişini aparıb sayrışan işıqları olan qara avtomobilin baqajına itələdiyi görünür.


Qaçırılan Areq Şepixin anası deyib ki, oğlu Qarabağdakı müharibəyə görə müsəlmanlara qarşı kəskin mənfi münasibət formalaşdırıb:"Oğlum Qarabağda döyüşməyib, lakin o, hadisələri çox fəal izləyib və Ermənistanla Azərbaycan arasında münaqişənin nəticələrindən çox narahat olub".
Deməli Areqin nifrəti o qədər kükrəyib ki, başının üstündə çeçen və dağıstanlı müsəlmanları da unudaraq başlayıb sosial şəbəkələrdə dinimizi, kitabımızı , Allahızmı söyməyə, arada çeçen və dağıstanlıları da söydüklərinin gözünə qatırmış . İndi bu söyüşlərin bir bədəli olacağını ağlına gətirməyən bu başıboş ermənin oğurlanması yerində bir hərəkətdir.
Düzdür Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev deyib ki, Moskvada Areq Şepixin (Ohannisyan) oğurlanmayıb, Moskvanın müvafiq idarələri ilə əməkdaşlıq edən çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Dudayev onu da vurğulayıb ki, "oğurlandı" deyilən erməni dəfələrlə etnik təmizləməyə və nasizmə açıq çağırış edib, dini və Allahı təhqir edib, həmçinin ekstremist fikirlər səsləndirib və azyaşlı uşaqları zorlamaq niyyətində olduğunu bəyan edib.
Təcridxanadan çıxan Şepixin isə deyib ki, məni oğurlayan maşının nömrələri saxta idi, miqalka qoşmuşdular, hər şey qanunsuz idi:"Məni, açıq şəkildə desək, oğurlayıb şəhərdən kənara apardılar. Çeçenlər mənim qulaqlarımı tapançanın dəstəyi ilə sındırdılar.Çox da işgəncə vermədilər, əsasən sorğu-sual etdilər".


P.S. Əslində dindar, Allahının , peyğənbərinin, müqəddəs kitabının təəssübünü şəkən çeçenlər bu erməninin haqq etdiyi dərsi ona veriblər. Bunu oğurlanmamışdan əvvəlki və azadlığa buraxılandan sonrakı fotoların müqayisəsi də ortaya qoyur. Qarabağa, azərbaycanlılara əsəbləşib bütün islam dünyasına təpik atan Areqin "eşşək sudan gələnə qədər" çırpıldığı göz qabağındadır. Yəqin ağlı olar, indən sonra nəinki islam dünyasının , heç Azərbaycanın da adını çəkməyə hünəri çatmaz. Ona görə yox ki, Rusiyada bizim xeyli pullu, imkanlı soydaşlarımız yaşayır və 5 ildir Areqin Azərbaycana qarşı küfürlərini dinləyir , amma seyriçi qalırdılar. Yox, çox şadam ki, Areq çeçenləri , dağıstanlıları da bizim gözümüzə qatıb söyüb , təhqir edib. Yoxsa, 5 yox, 15 il də keçsəydi Areqə Rusiyadakı soydaşlarımız gözün üstə qaşın var deməyəcəkdi. Sağ olsun, Areqə dərs verənləri!

 Əntiqə Rəşid