adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Aprel 2019 18:04
11050
ƏDƏBİYYAT

Təzyiq dərmanı sonraya qaldı - Akif Cabbarlı yazır

Dumanlı, azacıqda çiskinli bir yaz günü adəti üzrə evdəkilərdən xeyli tez yatağından qalxıb əl-üzünüyudu, sonra bir stəkan çay içib həyətə düşdü. Yaxın-yörədə heç kim gözə dəymirdi.Görünür, havanın soyuq olması, çiskinin də yavaş-yavaş yağışa çevrilmə ehtimalıtay-tuşlarının həyətə çıxmasını hələ ki, ləngidirdi. Yadına düşdü ki, aptekəgetməli, dünən axşam tanış həkiminin telefonla dediyi dərmanları almalıdır.Yoxsa yenə qan təzyiqi kəllə-çarxa qalxacaq, həyat yoldaşını da, uşaqları da bərkqorxudacaqdı. Ürəyindən yenə həmişəki duyğular keçdi; "Namiq, yekə kişisən,ayağını möhkəm dirə, ölüb-eləmə. Qəbir yeri bahalaşıb, ehsan vermək çətinləşib,məzar daşını düzəltdirmək də xeyli vəsait istəyir. Cibindəki siçanlar da perikdüşüb. 

Uşaqların özünü güclə saxlayır. Hələ bir səbir elə, sonra da ki, gördünölməyin gəlir, Hindistandakı fillər ölməyə meşəyə getdikləri kimi, çıx get dədəninkəndinə. Camaat elliklə, dədə-baba adətləri üzrə səni o tərəfə yola salar.Yoxsa şəhərdə çətin olacaq, vallah".

Sonra öz-özünə mızıldandı:"Kəndə kimi üstünə gedirsən, ey... Atandan, anandan sonra o qapını nə vaxtürəklə açmısan? Qazananda, əlin pul gətirəndə qohum-qardaş səni gülə-güləqarşılayır, gülə-gülə də (pay-pürüşsüz də olsa) yola salırdılar. İndi pensiyaçıadamsan, başını birtəhər girləyirsən. Zənbilin yüngülləşdikcə sənə kənddə göstərilənmünasibət də avazıyır, solğunlaşır. Niyə başa düşmürsən, anlamırsan axı bütünolub-keçənləri? Bağ, ərik, salam-əleyk və ədəbiyyatımızın digər məsələlərideyib özün izah eləmirdin bunları?".

Namiq müəllim gərginsuallarla baş-başa həyətdən çıxhaçıxda yanında iri, lap vaqon boyda bir Cipdayandı. Rulun arxasındakı yekəpər adam pəncərənin şüşəsinin aşağı salıbxırıltılı səslə nərildədi:

-Namiq müəllim,hara belə səhər-səhər? Sənin indi evdə oturan vaxtındır. Sonra yolda-rizdə...

Kişidinmədi, amma dəqiq bilirdi ki, sadəcə üzdən tanıdığı bu kəlpeysər sözünü necətamamlamaq istəyirdi; yəni yolda-rizdə ölüb-eləyərsən, yiyə duran da olmaz.Namiq müəllim maşındakına zəndlə baxıb kim olduğunu dəqiqləşdirməyə çalışırdı;- hə, hə, tanıdım, qonşu binada olur. Bizim sahənin adamıdır, amma cavan daolsa, özünə bir gün ağlayan, döşəyinin altını vaxtında dolduranlardandır deyəsən...

Maşındakıadam əlini qoltuq cibinə salıb bir topa dəvətnamə çıxartdı. Birinin üstünühıqqana-hıqqana oxuyub, sonra kişiyə uzatdı:

-Ağsaqqal,üç gündən sonra gədənin toyudur. Gələrsən. Qoy mənim məclisimdə görsünlər ki,heç kimə fərq qoymuram, sənin kimi izvestni (yəni ki, tanınmış - A.C.) adamlarıda çağırıram.

Namiqmüəllim dəvətnaməni aldı, amma qonşunun ikibaşlı cümləsinə görə qanı bərkqaraldı, səbrini basmalı oldu. Dahaaptekə gedəsi olmadı. Arxasını heç vaxt yerə verməyən, pulsuzluğa, imkansızlığagörə özünü sındırmayan kişi yarı yoldan evə qayıtdı. Portmanatındakı olub-qalanəlli manatlıq əskinası çıxarıb yalnız xeyirə-şərə geyindiyi nimdaş pencəyinincibinə qoydu. Soyuducudan bir limon çıxarıb dilimlədi; - hələ ki, təzyiqimilimonla-zadla yoluna qoyum, sonrasına Allah kərimdir deyib, televizorun düyməsinibasdı.