Biri yenicə evlənibmiş. 1 ay, 2ay, 3 ay dostları bunu görmürmüş. Bir gün xəbər göndərirlər ki, bəs subay dostların sənin üçün darıxır . Gəl görüşək. Nəisəki, dostlar yığışır bir çayxanaya söhbət edirlər, çay içirlər. Dostun biri söhbət əsnasında soruşur ki, qardaş bu evlənmək , ailə qurmaq necə bir hissdir, yaxşıdırmı, pisdirmi?
Təzəbəy izahat verməyə başlayır: Bax, mən evləndim... İndi çəkmək olmaz, içmək olmaz, sağa-sola getmək olmaz, qızlara baxmaq olmaz.
-Bəs peşman deyilsən?
-Peşman olmaq da olmaz...
Deməli , Rusiya sülhməramlıları 9 aydı gəlib doluşub Qarabağa. Onlar ora gəlib yığışalı biz o ərazilərə keçə bilmərik, O ərazilərdə yanğın olur, məsələn, Tərtər rayonuna aid Təpəkən kəndi yanır, ordakı Üç Körpə Monastrı yanır, onu söndürə bilmərik, Xocavənddə ermənilərin nümayişkaranə tikdikləri türk millətinin əbədi düşməni Qaryagin Njdenin büstünü də dağıtmaq olmaz. Xankəndiyə bayrağımızı –gerbimizi taxmaq olmaz, Xocalıda kilsə,, Azərbaycan Respublikasının erməni vətəndaşlarına modul tipli qəsəbə “tikmə” demək olmaz, Qarabağda silahlı terrorçuları, terrorçularının başçısı hərbi çinayətkar Araik Arutunyana toxunmaq olmaz...
10 noyabr Bəyannaməsinin ümumiyyətlə həyata keçirilmədiyini görəndə az qalıram peşman olam...
Çox heyf ki, təzəbəy demiş, peşman olmaqda olmaz...
Yazarın digər yazarlar

Hindistanı təbrik eləsəm, məndən inciməsiniz?- Əntiqə Rəşid yazır

31 mart soyqırımına gedən yol: Günahsızların “cəzalandırılması” prosesi

Ərdoğan yenə Türkiyənin başında olacaq! - Əntiqə Rəşid yazır
jpg-1741695221.jpg)
Qazilərə “Özünüzü adam kimi aparın" deyən şair Eminqueyə Əntiqə Rəşiddən cavab
jpg-1740669912.jpg)
500 illik sikkələrin satışı tariximizə xəyanət deyil ki? - Əntiqə Rəşid yazır
jpg-1729080582.jpg)
Mübarizə görə tanıdıq, təmkininə, vətənpərvərliyinə, müdrikliyinə görə sevdik - Əntiqə Rəşid yazır
jpg-1727180949.jpg)
Livandakı səfirimizə təşəkkürümüzü çatdırın: "Gəmini" belə saxla!
jpg-1721032709.jpg)