Yeni doğulan körpənin ölümünün ilkin səbəbi açıqlandı - YENİLƏNİB
Beyləqan rayonunda yeni doğulan körpə dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı səbəbindən ölüb.
Bu barədə Adalet.az-a Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, hamiləliyinin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş prosesi icra edilib. Körpənin çəkisi 4100 qr, boyu 53 sm. olub. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı diaqnozu təyin olunub. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq fevralın 9-da saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb.
Hadisə ilə əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
10:51
Beyləqan rayonunda yeni doğulan körpənin ölümü qeydə alınıb.
Adalet.az xəbər verir ki, rayonun Birinci Şahsevən kənd sakini 30 yaşlı Ülviyyə Musa qızı Əliyeva Beyləqan Rayon Mərkəzi Xəstəxanasına doğuş səbəbilə daxil olub.
Onun dünyaya gətirdiyi oğlan uşağı doğuşdan sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.


Bakı -°C

