"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN
Payızdan yaza doğru tez-tez qrip olmaq o deməkdir ki, həmin şəxs mövsüm ərzində qrip və/və ya digər kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxur. Bu, həmin şəxsin həyat tərzi, immunitetinin vəziyyəti və s. faktorlarla əlaqədar baş verə bilər.
Adalet.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, bu infeksiyalar arasında qrip təhlükəli olduğuna və müxtəlif fəsadlar vermə imkanına görə birinci növbədə onun spesifik profilaktikası aparılmalıdır.
“Yəni, qripə qarşı vaksinasiya olunmaq lazımdır. Hazırda ölkədə bu cür vaksin Səhiyyə Nazirliyi tərəfindən gətirilərək, ambulator xidmət göstərən müəssisələrə paylanılıb və ərazi üzrə müraciət etməklə bundan yararlanmaq olar. Bundan əlavə, hava-damcı infeksiyalar üçün nəzərdə tutulan standart tədbirlərə ciddi riayət etməli, sağlam həyat tərzinə nail olmaqla özünü qorumaq olar”.
Digər Xəbərlər
12 Sentyabr 2026 10:20
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
12 Sentyabr 2026 10:02
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
11 Sentyabr 2026 17:51
"Fast-food" prostat xərçəngi yaradır
11 Sentyabr 2026 11:16
İİV illərlə simptomsuz qala bilər – mütəxəssisdən mühüm açıqlamalar
10 Sentyabr 2026 16:49
Balaca Raula dəstək olaq! - FOTOLAR
10 Sentyabr 2026 09:10
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22


Bakı -°C

