Təyyarə boyda iki asteroid Yer kürəsinin yanından keçir
Təyyarə böyüklüyündə iki asteroid - 2026 LD və 2026 KM3 - milyonlarla kilometr təhlükəsiz məsafədən Yer kürəsinin yanından keçir.
Adalet.az xəbər verir ki, bu barədə TOI məlumat yayıb.
Bildirilib ki, təxminən 52 metr diametrə malik (Boeing 737 təyyarəsinin gövdəsinə bərabər) ilk kosmik obyekt 1.14 milyon kilometr aralıdadır. Bu rəqəm Yerdən Aya qədər olan məsafəni üç dəfə üstələyir. Diametri təqribən 34 metr olan ikinci asteroid isə planetimizdən daha uzaq - 2.35 milyon kilometr məsafədə hərəkət edəcək.
Ölçülərinin təyyarələrlə müqayisə edilməsinə rəğmən, NASA və digər beynəlxalq kosmik agentliklərin ekspertləri planetimiz üçün hər hansı bir təhdid görmürlər. Toqquşma risklərini dəyərləndirən mövcud standartlara görə, bu tipli göy cisimləri tamamilə zərərsiz sayılır. Lakin məqalədə vurğulanır ki, asteroidlərin monitorinqi sadəcə formal xarakter daşımır. Hər bir yeni müşahidə uçuş orbitlərini daha yaxşı anlamağa, gələcək proqnozlarda yanlışlıqları minimuma endirməyə və qlobal planetar müdafiə mexanizmlərini inkişaf etdirməyə imkan yaradır.
Digər Xəbərlər
17 Iyul 2026 11:51
Son zərbələrdə 38 iranlı həlak olub
17 Iyul 2026 11:17
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
17 Iyul 2026 09:36
Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi
17 Iyul 2026 09:33
“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
17 Iyul 2026 09:21
İran ABŞ komandanlıq mərkəzinə zərbə endirib - Ölənlər var
16 Iyul 2026 21:42
İspaniya Baş nazirinin xanımı hakim qarşısına çıxacaq
16 Iyul 2026 21:28
Taxt-taca çıxacağı üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
16 Iyul 2026 14:12


Bakı -°C

