adalet.az header logo
  • Bakı -°C
27 Iyul 2026 12:09
66
DÜNYA
A- A+

Müdafiə naziri prezidenti günahlandırdı

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib ki, ölkə prezidenti Karol Navrotskinin Kiyevə Patriot raketlərinin verilməsindən məlumatlı var idi.

 Onun sözlərinə görə, prezidentin bundan xəbəri olmamasını bəyan etməsi, həqiqətə uyğun deyil.

 "Təbii ki, prezidentin bundan xəbəri var idi, mən özüm onunla danışmışam. NATO-nun baş katibi (Mark Ryutte) onunla bu məsələni müzakirə edib. Prezident bu gün sadəcə olaraq vəziyəti baş-ayaq edir"- deyə müdafiə naziri bəyan edib.

 Nazir qeyd edib ki, prezidentin nümayəndəsi təhlükəsizlik komitəsinin Ukrayna ilə bağlı keçirilən bütün iclaslarında iştirak edir.

 Rüstəm Hacıyev