Teymur Kərimov vəfat etdi
Azərbaycan elminə ağır itki baş verib.
Adalet.az xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Teymur Cəlal oğlu Kərimov vəfat edib.
Qeyd edək ki, Teymur Kərimov 10 dekabr 1940-cı ildə Quba rayonunun İsnov kəndində anadan olub. O, ömrünün 61 ildən artıq hissəsini aqrar elmin inkişafına və Azərbaycan meyvəçiliyinin tərəqqisinə həsr edib, uzun illər institutda səmərəli elmi fəaliyyət göstərib.
Alim 45 elmi əsərin, o cümlədən 31 elmi məqalənin, 3 təlimatın, 1 metodiki tövsiyənin, 3 kitabçanın və 2 kitabın müəllifi idi.
Teymur Kərimov Azərbaycanda ilk dəfə alma tinglərinin qış calağı üsulu ilə yetişdirilməsi texnologiyasını hazırlayıb. O, meyvə bitkiləri üçün optimal əkin sxemlərinin müəyyənləşdirilməsi, armud, zoğal və əzgil bitkilərinin becərilmə texnologiyalarının işlənməsi, eləcə də intensiv alma bağlarında cərgəarası torpağın müasir üsullarla becərilməsi istiqamətində mühüm elmi nailiyyətlərə imza atıb.
Digər Xəbərlər
11 Iyul 2026 11:47
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - VİDEO
11 Iyul 2026 10:31
Ukrayna azərbaycanlıların idarə etdiyi daha bir GƏMİNİ VURDU - VİDEO
10 Iyul 2026 17:57
Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi
10 Iyul 2026 15:19
Kəlbəcərdə mina partladı
10 Iyul 2026 12:28
Turizm şirkətinin maşını ilə ayını vurub öldürdü
10 Iyul 2026 11:29
Şüvəlanda dənizdə batan 19 yaşlı qız hələ də axtarılır - VİDEO
09 Iyul 2026 18:46
Bakıda keçmiş arvadını güllələyən kişinin son vəziyyəti açıqlandı
09 Iyul 2026 13:43


Bakı -°C

