Şəkidə 5 nəfəri it dişlədi
Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib.
Adalet.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib.
Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyevə hücum edərək xəsarət yetirib.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, məlumata görə, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
Digər Xəbərlər
11 Iyul 2026 19:00
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
11 Iyul 2026 17:33
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
11 Iyul 2026 11:47
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - VİDEO
11 Iyul 2026 10:31


Bakı -°C

