Texniki şərtlərin qeydiyyatı üçün 62 müraciət daxil olub

Bu ilin yanvar-iyul aylarında texniki şərtlərin qeydiyyata alınması ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna ümumilikdə 62 müraciət daxil olub.
Adalet.az Agentliyə istinadən xəbər verir ki, müraciətlərin 58-i təmin edilib.
Texniki şərtlər müvafiq sahə üzrə standartlar olmadığı hallarda və ya sahibkarlıq subyektlərinin yeni texniki həllər tətbiq etməsi məqsədilə hazırlanır. Bu şərtlər məhsul, iş və xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və funksionallığının, istehsal və idarəetmə proseslərinin səmərəli təşkili və normativ tələblərə uyğunluğunun təmin olunmasına xidmət edir.
Digər Xəbərlər

Baş nazir 2026-cı ilin büdcəsi ilə bağlı tapşırıq verdi

Əli Əsədov nazirləri topladı - Qarabağ və Şərqi Zəngəzurla bağlı müzakirə aparıldı

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

"Azərbaycanda ət qiymətləri yüksəkdir" - Deputat

"Aqrar sektorla bağlı ixtisaslı kadr çatışmazlığı var" - Komitə sədri

ABŞ Zəngəzur dəhlizi üçün 145 MİLYON DOLLAR AYIRACAQ

50 manat cərimə!
