18 Dekabr 2012 23:01
2523
SİYASƏT

Texniki baxış rüsumu artırılır

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsibarədə qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə nəqliyyat vasitələrininillik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun məbləğinin 10manatdan 20 manata qaldırılması təklif olunub. Qeyd edək ki, motonəqliyyatvasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdəistifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədliidman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçünnəzərdə tutulan rüsum 5 manatdan 10 manata qaldırılacaq. Nəqliyyatvasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və yanəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxışkeçirilməsi üçün rüsum 10 manatdan 20 manata qaldırılacaq.

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinindəyişdirilməsi üçün bəzi rüsumların artırılması da təklif olunur. Belə ki,sürücülük vəsiqəsinin verilməsinə görə rüsumun avto-moto nəqliyyat vasitələriüçün 15 manatdan 18 manata qədər artırılması təklif olunur. Qanuna edilən yeniəlavəyə görə, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdəistifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədliidman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu vəyarımqoşqularının idarə edilməsi üçün sürücülük vəsiqəsinin verilməsi vədəyişdirilməsinə görə rüsum 5 manat müəyyən edilib. Qanun layihəsinin MilliMəclisin plenar iclasının müzakirəsinə verilməsi ilə bağlı qərar qəbul edilib.

Ədil