Xocalıda elektrik təchizatı ilə bağlı 2,8 milyon manatlıq işlərə başlanılır
Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Daşbulaq və Badara yaşayış məntəqələrinin xarici və daxili elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsinə və KTM-lərin quraşdırılmasına başlanılır.
Adalet.az-ın məlumatına görə, sözügedən işlər Xocavənd, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması çərçivəsində həyata keçirilir.
Belə ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) qeyd olunan işlərin icrasını “19 Saylı Tikinti Təmir İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 2 786 950 manat ödənilib.
İşlərin həvalə olunduğu “19 Saylı Tikinti Təmir İdarəsi” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 890 min manat olan MMC-nin qanuni təmsilçisi Aslanov Loğman Fərəc oğludur.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

