adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
18 Mart 2019 08:51
16294
MARAQLI

Texas sakini doqquz dəqiqəyə altı uşaq dünyaya gətirdi

ABŞ-da Texas ştatının sakini doqquz dəqiqə ərzində üç cüt əkiz dünyaya gətirib.

Bu barədə yerli xəstəxana "Facebook" sosial şəbəkəsində yazıb. Qeyd olunur ki, qadın 4 oğlan və 2 qız uşağını səhər 04:50 - 04:59 müddəti ərzində dünyaya gətirib.

Xəstəxana nümayəndələri qeyd edir ki, 6 uşağı dünyaya gətirmək şansı 1-in 4,7 milyardadır.

Dünyaya gələn uşaqlar və ana özlərini yaxşı hiss edirlər və həkimlərin nəzarəti altındadırlar.