"Tesla" 600 minədək avtomobilini geri çağırır
"Tesla" şirkəti, son beş ayda səkkizinci dəfə sürücülərin və sərnişinlərin təhlükəsizliyini sual altına qoyan problemlərə görə 600 minədək avtomobilini bazardan geri çağırır.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, 2020-2022 Y, X və S Model, eləcə də 2017-2022 Model 3 markalı 595 minə yaxın avtomobil sürücülərə hərəkət edərkən səs siqnalı çıxarmaq üçün nəzərdə tutulan "Boombox" funksiyasına görə geri çağırır.
Daha əvvəl ABŞ-ın Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) elektriklə işləyən avtomobillərin səssiz olmalarını, o cümlədən piyadaların təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək, bu növ avtomobillərdə əlavə səsli siqnallar üçün müvafiq avadanlığın quraşdırılmasını şərt kimi irəli sürmüşdür.
Bu avadanlıq "Tesla" avtomobillərində "Boombox" adlanır. Geri çağırılan avtomobillərdə bu sistem standart səs siqnallarından əlavə istifadəçilərin seçdiyi siqnallarla əvəz oluna bilər.
NHTSA belə qənaətə gəlib ki, "Boombox"-un bu xüsusiyyəti təyin olunmuş təhlükəsizlik qaydalarına uyğun gəlmir.
Digər Xəbərlər
07 Aprel 2026 20:00
240 min dollarlıq təhlükəsizlik: Gizli zirehli model
06 Aprel 2026 09:00
Yağışlı havada tıxaclı Bakı yolları - SİYAHI
04 Aprel 2026 19:52
Yeni Günəşlidə yolun bir hissəsi düzəldilib...
03 Aprel 2026 08:31
Bakıda tıxac olan yollar açıqlanıb
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21


Bakı -°C

