Tərtərdə əl qumbarası partladı: ölən və yaralananın adı bilindi - YENİLƏNİB
Tərtərdə əl qumbarasının partlaması nəticəsində ölən və xəsarət alan şəxslərinadı məlum olub.
Rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlunun əlində qumbara partlayıb.
Nəticədə, E.Hüseyinli hadisə yerində ölüb, qonşusu 1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
17:23
Tərtər rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralının şəxsiyyəti hələlik açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02