Tərtər və Ağdaş sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb
Tərtər və Ağdaş sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
DİN-dən Adalet.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayılbəyli kənd sakini Şükür Cəfərovdan müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərəbocağı kənd sakini Şahmar Mirzəyevdən müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb.
Digər Xəbərlər
04 May 2024 14:37