adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Mart 2023 11:48
910
ŞOU-BİZNES

Təranə tənqidlərə CAVAB VERDİ

Bir neçə gündür Musa Musayevin “Fəlidən doğru xəbər” proqramında səsləndirdiyi “Amor mio” ifası müzakirə olunur.

Adalet.az xəbər verir  ki, sənətçi mahnı sözlərini düzgün oxumadığı üçün tənqid edilib. Bu barədə TikTok platformasında və başqa sosial şəbəkələrdə paylaşımlar yer alıb.

Təranə Qumral isə tənqidlərə cavab verərək bu sözləri yazıb:

“Bizim ücün “vız” gələr sənin dediklərin. İt hürər, karvan keçər. Bəziləri özünü çox ağıllı göstərməyə çalışır, amma geri dön evinə bir nəzər sal”.

Qeyd edək ki,  sözügedən  mahnını “Gipsy Kings” 1991-ci ildə səsləndirib.

Azərbaycanda isə mahnını Xalq artisti Niyaməddin Musayev və Çingiz Mustafayevin keçmiş “Palmas” qrupu ifa edib.

Əntiqə