adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Yanvar 2020 10:31
44014
ƏDƏBİYYAT

Təranə Arifqızı ilk hekayəsini təqdim edir.... - ÜRƏK

...Əlində, ovcunda döyünən ürək tutmuşdu. "Bu anamın ürəyidi. O,ölməyib, yaşayır” - deyə- yuxuda hay salmışdı. Kimsə avtomobil qəzasında ölənlərinürəyinin ölmədiyini demişdi. Yuxudanayılmışdı.

Fikirləşdikcə gözləri dolub boşalırdı. Gah həyətdə, gah mətbəxdə gözününyaşını silir, anası görməsin deyə, özünü tox tutmağa çalışırdı. Ağlındakını diləgətirməyə həm qorxur, həm də fikirləşdikcə ürəyi yerindən çıxmaq istəyir, sankiqaranlıq qəfəsə düşdüyünü hiss edirdi. Bəs nə fikirləşirdi?

Neçə vaxtdı hərdən ürəyi dəsancırdı. Öz-özünə- "Sən möhkəm olmalısan, dimdik durmalısan, zamanla hər şeyötüb keçəcək... ” deyirdi. Keçəcəkmi? Hələ bilmirdi. Axı dərin yaralarızamanın sağaltdığını deyirlər? Yox, bu yara qaysaq bağlaya bilər, amma heçzaman sağala bilməz. Heç zaman!.. Gözləritez-tez bir nöqtəyə zillənib qalır, düşdüyü ağrı dolu məchuldan çıxa bilmirdi.Kimə deysin? Yuxusunu kiməsə danışmalıydı, kimdənsə məsləhət almalıydı. Yox,danışsa, sakitləşdirib, "yuxudu”- deyəcəkdilər. O isə...

"Avtomobil qəzasında ölənlərin ürəyiölmür...” Ölmür, ölmür- deyə tez-tez təkrarlayırdı.Bəlkə onun da ürəyi... ...Evdən, -"marketə gedirəm”deyib, əlinə bir şüşə su götürüb çıxdı. Məzarlığa on-on beş dəqiqəyəçata bilərdi. Asfalt yola çıxıb, heçkimin üzünə baxmadan, az qala qaçaraq getməyə başladı. Nə etdiyini, nə edəcəyini düşünməyə imkantapınca yolu yarılamışdı. "Qardaşım, canım, nəfəsim sağdır, yaşayır. Tezçatmalıyam, nəfəsi yenidən gizlənə bilər.” Özünü onun yerinə qoyurdu, nəfəsiçatmırdı . Kimsə salam verdi, kimsə kefini soruşdu. Fikri dağınıq halda, "sağolun”- deyib keçdi.
Qəbiristanlığın beş-onaddımlığında daha da həyəcanlandı. Dəmirbarmaqlı qapını açıb, sira ilə düzülmüş qəbirlərin yanı ilə sürətlə qaçmağa başladı. Kənardan qara mərmər üstündəayaqüstə dayanıb, onu agrı dolu nəzərlərlə süzən, "getmə qızım, getmə...”- deyənbaxışları ilə onun yolunu kəsməyə çalışan, qəddi əyilmiş atasının məzarınadönüb baxmadı da...

Qardaşın, sükuta təslim olan, yalnız daşların danışdığı bu yerin aşağı tərəfindədəfn etmişdilər. Sağ tərəfində özu yaşda cavanın, sol tərəfində qonşuları Əyyubəminin qəbri vardı. Qəbrin üstundəki günəşdən bozarmış qırmızı örtük, bir dəqurumuş qərənfillər xəfif payız küləyndən titrəyirdi.. Çatıb, bir anlıqdayandı. Birdən yerə sərilib, qulağını məzarın yuxarı tərəfinə, qardaşının sinəsinədayadı, sanki ürək döyüntüsünü eşidər kimi oldu. Hövüllə torpağı ikiəlli kürüməyəbaşladı. Torpaq bərkimişdi, amma içindəki təlatüm, həyəcan, ağrı və hardasa birümid işığı... hər şeyi yaddan çıxarmışdı. Torpaq bbərkimişdi, amma içindəki təlatüm,həyəcan, ağrı və hardasa bir ümid Nəətrafındakı daş insanların narahat ürək döyüntülərini, nə də payızın xəzan otlarındaheyvanlarını otaran çobanın ucadan oxutduğu şən mahnını eşidirdi. Dəli kimi ikiəlliqazırdı...”Sağdır, qoymaram, qoymaram, qoymaram...” –

Artıq əli səliqə ilə düzülmüş taxtalaratoxunurdu. "Az qalıb, onu görəcəm... o qalxacaq... onun boynunasarılacağam...doyunca öpəcəyəm...” Huşunu itirməyə başlayırdı... ...onun çoxsevdiyi üzünü torpaq, qırmızı yanaqlarını zəfəran rəngində görəndə , necəçığırdısa...

Deyəsən yubanmışdı. Gec idi, çox gec idi...
...Qan-tər içində, evdə, divanınküncündə ayıldı. Ürəyi sanki ovcundaydı...qulağına anasının həzin, ağlar səsi gəlirdi:

Mən aşıq, oy, ana, sən,

Yatıbsan, oyanasan,

Gedənlər qayıtmadı,

Gəl, getmə, oyana sən...