Təqaüd düzəltmək adı altında dələduzluq edən şəxs həbs edildi
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, o, zərərçəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb. Dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42


Bakı -°C

