Tənzilə Rüstəmxanlı: “Bəzi məktəblərdə pəncərələr naylon örtüklə əvəz edilib”
Təhsilə qoyulan hər manat ölkəmizə sərmayədir.
Adalet.az xəbər verir ki, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı təhsilin həm maliyyəsi, həm də keyfiyyətinin diqqət mərkəzində olmalı olduğunu vurğulayıb.
Deputat qeyd edib:
“Təhsilə ayrılan büdcədən savayı, onun keyfiyyəti də müzakirə mövzusu olmalıdır".
T.Rüstəmxanlı həmçinin öz seçildiyi bölgədəki vəziyyətə toxunub:
“Ölkəmizdə mənim seçildiyim bölgədə təhsildə ciddi problemlər mövcuddur. Bəzi məktəblərdə qış fəslində pəncərələrin naylon örtüklərlə əvəz olunduğunu görürük. Çətin şərtlərlə təhsil alan şagirdlərin qiymətləri yetərincə yüksəkdir. Neftçalanın qazlaşdırılması ilə bağlı da problemlər var. Yeni Qışlaq kəndində qadınların əli odun doğramaqdan əziyyət çəkir".
Digər Xəbərlər
01 Aprel 2026 20:44
Regionda çox şey kökündən dəyişəcək... - Səxavət Məmməd yazır
01 Aprel 2026 19:00
Əli Əsədov TDT-nin Baş katibi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
01 Aprel 2026 18:37
XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq
01 Aprel 2026 18:18


Bakı -°C

