adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Avqust 2019 10:05
36124
ƏDƏBİYYAT

TƏNDİR ÇÖRƏYİ

Hərdənoturub fikirlərimə ayna tuturam. Keçmiş günləri, acılı- şirinli uşaqlıqçağlarını xatirlayiram. Yadıma çox şeylər düşür. Xatirələrin qoynunda uçuram kəndimizə.Həyəti daim səs-küylü olan kənd evimizə. Bu gün süküta dalmış təndirəsərdamından təndir çörəyinin ətri gəlir. Kündə açan, çörək yapan qonşularımızın səs-küyü,şirin söhbətləri xəyalən üzümə təbəssüm qondurur. Həmişə- şad gündə də, dargündə də bir-birinə arxa, dayaq olan qonşular...

Atalarimiz yerində deyib: - uzaq qohumdandısa, yaxın qonşu yaxşıdı. Birbirinə ana-bacı olan dəyərli qonşularımızın bu birliyinin canlı şahidiyəm.Təkçə,hər ay təndirə çörək yapılanda qonşularımızın- Maman əmicanımın, Bəyim, Ruqiyyə( biz onu Urqiyə xala çağırardıq) Surə xalanın və anamın (Allah dünyasını dəyişəno gözəl qonşularımıza rəhmət eləsin) bir-birinə canı-dildən köməyinixatırladıqca, "necə gözəl dəyərlərimiz, adət-ənənəmiz var”-deyə ürəyim qabarır.Əgər kiməsə kömək lazımdırsa, boyun qaçırtmazdılar, xəmir də eliyərdilər, təndirdə salardılar bir- birlərinə. Bu birlik- bir-birinə dayaq durmaq, əl tutmaqbizim xalqın özünəməxsüs adətidı. Hər bir işdə belə idi. Amma mən bu gün təndirtüstüsü ilə, təndir çörəyinin ətri ilə sözlərimə, ürəyimə rahatlıq gətirmək istəyirəm.

Hə,təndirəçörək yapmaq üçün bir gün əvvəlcədən hazırlıq görülərdi. Təndirin köhnə külünükülçıxardanla çıxarar, kərmə, odun parçaları ilə təndiri qalayardılar. Bir dəbu təndir qalamağın öz sirləri vardı. Küflənin ağzını qapamaq olmaz, yoxsa təndir"boğular”, yaxşı yanmazdı. Ana- nənələrimiz bunu cavan qız- gəlinə başasalardı. Bizdə təndiri çox vaxt anam qalayardı.

Çeşmədənxəmir suyu götürülərdi. Onu başqa suya qatmazdılar. Çünki çörək müqəddəsdi,bişirilən çörək ruzidi, bərəkətdi, onun suyunu qarışdırmaq olmazdı.

Səhərisinamaz vaxtı, tezdəndən xəmir yoğrular, təndir salınardı. Sübh ayazında təndirtüstüsünün qoxusu kəndın o başında hiss edilərdi. Şirin yuxudan ayılıb,- kimsətəndir salıb, görəsən, kim çörək yapır- sözlərini pıçıldıyanlar çox olardı. Beləcəgözəl bir gün başlardı...Təndirəsər sulanar, yovşan süpürgəsi ilə tər-təmizsüpürülər, döşənərdi. Çörəkdaşı, oxlov, çörək şişi, irəfətə, dəstov suyu- hərəsiöz yerini alardı. Qonşular –çörək açanlar keçərdi iş başına. Təndirin itisinəyapılan çörək tər olardı. Su səpib yumşaltmaq lazım gəlməzdı. Elə təndirinbaşında arasına yağlı pendir qoy, dürməklə, şirin-şirin ye...o gözəl çörək ətrinidə çək ciyərlərinə..

Kündələroxlovla vərdənə verilər, qulac-qulac açılar, irəfətənin üstunə sərilib, baş tərəfinəiki-üç damcı dəstov suyu vurulub, qıp-qırmızı qızarmış təndirə yapılardı. Təndirçox iti olanda, dibinə dəmir atardılar, çorəklər yanmasın deyə..

Bir dəişin şirin yerində çörəyin küt getməsivardı. Çox küt gedəndə anam hövsələdən çıxardı.

-Yenəişimizin üstə kim gəldi?- deyərdi.

Çünki hər adamı iş üstə çağırmazdılar. Eləki, yanan təndir oturuşdu, ayağı yüngül biri iş üstə çağrılardı. Bizim evdəqardaşım Eldənizi anam tezdən yuxudan durğuzardı, o da gözlərini ova-ova, qaçıbiş üstə gələr, - "işiniz irəli olsun”- deyərdi. Anam arxayın olardı ki, bu günişimiz yaxşı gedəcək.

Bir haşiyə çıxmaq istərdim. Bəs kimlər ayağıyüngül insan sayılırdı? Demək, nənəmin inancına görə, sübh tezdən anadanolanların əli də, ayağı da, günortadan günbatana kimi olanların ayağı yüngülolar. Gecə doğulanlar isə bu ustünlükdən məhrumdular, onların əl-ayağı ağırsayılır. Bir işə başlayanda nənəm onlara bərk-bərk tapşırardı:- nəbadə, iş üstəgələsiz ha!..

Hə, kiminsə " ağır ayağının” güdazına gəlmişküt çörəkləri şişin burnunda çölə çıxaran anam onları uşaqlara verər,- kim kütyesə pul tapacaq, -deyərdi. Biz də, bu inancla doyunca yeyərdik qızarmış kütlərdən...indiadam bunları fikirləşdikcə, gülümsəmədən keçə bilmir.

Hələ təndir arasında hər fəslə uyğunkeçirilən kətə " festivalı” nda təndirin badına yapılan ləzzətli kətələri demirəm.Hər fəslin öz kətə payı vardı. Ən çox yaz kətəsinin həsrətində olardıq. Dağ pencərləri- şomu, çiriş, gicitkən,cincilim,hər həyətdə olan quşəppəyi vaxtikən yığılar, hazırlanar, bişirilən kətətəndirlərin damaq dadı olardı. Elə olurdu ki, günorta yeməyində bişirilmiş ləzizyeməklər qalırdı bir tərəfdə, təndirdən çıxmış pencər kətəsindən yeyıb, üstündənsərin su, çay içərdik.

Yayda isəurəyimiz kətə istəyəndə ispanaq, kartof, maş, soğan kətəsi təndirə yapılardı.Kartof dedim, yadıma közdə bişirilmiş kartof kababı düşdü. Elə ki, çörəkyapılır qurtarırdı, təndirəsəri yığışdıranda anam yadımıza salardı,- ay bala,kartof yu, düz şişə, sımə, ataq təndirə, əl-ayaq yığışınca o da bişəcək. Təndirinkeşkinində bişmiş o kartof kababının dadını heç yerdə görmədim. Hələ bir iyi,qoxusu var ki...Yanında da təzə təndir çörəyi, keşniş, reyhan, baş soğan, bir dəNaxçıvan duzu... Keçilməz bir ləzzətdi, vallah! Hə, bu da təndirin başqa birdadıdı...

Kətədən deyirdim axı.. Elə ki,təbiət üzüpayıza, qışa döndü, təndirin kətə menyusu da dəyişirdi. Ən çox sevilən, min birdərdin dərmanı sayılan balqabaq kətəsi bişirilərdi. Onu da deyim ki, kətəninarasına isti-isti kərə yağı, ev yağı tökərək yeyəndə daha dadlı olur, biləsiz.Təndir başında qonşuların, çörəkçilərin əl birliyi ilə kətə, çıbba, dəstana,bökən, Novruz bayramında özəlliklə hazırlanan Naxçıvan çöçəsi təndirə yapılar,doyunca yeyilər, qonşulara pay da tutulardı. Bəli, belə gözəl adətlərimiz var bizim.Əgər təndirdə bişən çörəyin, kətənin, çöçənin qoxusu qonşuya gedirsə, mütləqpay verilməlidi. Nənəm, -bu təndirin bərəkəti içindədi, pay tutmasaq bizim odünyamız olmaz –deyərdi. Ruzini verən Allahdı, bərəkətınə min şükür!- deyəduasını da əsirgəməzdi, evin ağbirçəyi. "Bismillah”la, "Xoş gəldin!”lə başlananbərəkətli bir gun, "Min şükür!”lə, el duasıyla başa çatardı.

Bilmirəm,təndir, təndir çörəyi və başqa təndir tikələrinin dadını sizə çatdıra bildimmi?Amma, mənim bu dadlı xəyallarım bitməmiş, hələ səhərin gözü açılmadan, günyerindən çirtlamadan od salınan təndirin tüstüsü dolur gözlərimə sankı. Gözlərimiovuram, fikrim daha da aydınlanır, düşüncələrim istər-istəməz misralaraçevrilir. Bu yaxınlarda qonaq edildiyim təndir çörəyinin ətrini duya-duya, ləzzətinidada-dada ürəyimdə qalanları yenə də sizinlə bölüşürəm.


Oturanda keçmiş gunlər çözülər,

Gözlərimə nələr-nələr düzülər,

Bəzən yolda fikirlərim üzülər,

Yada düşər hər bir evin gərəyi,


Xoş ətirlı təzə təndir çörəyi.

Tezdən durub suya un, duz qatardıq,

Qalaq vurub təndirə od salardıq,

Çörək daşın alıb, bardaş qurardıq,


Çağırardım:- Bəyim xala, tez gəlin,

Təndir keçdi, harda qaldı qız- gəlin?

Anam haylar, kündəni sal, tez gətir,

Atan istər isti çörək, yağ, fətir,


Məhləmizi bürüyərdi xoş ətir,

Çağırardı anam məni iş üstə,

Təndir iti, çörək durmaz şiş üstə.

Biz gözlərdik həsrət ilə çörəyi,


Istəməzdik yağlı tıkə, xörəyi,

Verərdilər şorla- kərədürməyi,

Isti- isti gözümüzə təpərdik,

Yeyib-doyub nənəmizi öpərdik.


Kənd baş –ayaq danışıqdan keçərdi,

Bu söhbətlər hər kəsə don biçərdi,

Oğlan, qıza burda qismət seçərdi,

"Evləndirib, yola da salardılar”


Hər ocaqdan bir xəbər alardılar.

Dizlərini qollarıyla qurşaqlar,

Xısın- xısın gülüşərdi uşaqlar,

Anam bizi gözünün altda saxlar,


"Söhbət sizlik deyil” -,başdan sovardı,

Oxlov ilə bizi yaman qovardı.

Çiçək- çiçək çörəklər çinlənərdi,

Çörəkçilər bir hovur dincələrdi,


Təndirəsər gün boyu şənlənərdi...

Iki tay un üç təndirə yapılar,

O gün, təzə çörək görər qapılar.

Qohum-qonşu çörək üstə çıxardı,


Tər çörəyə yağlı pendir yaxardı,

Içməyə də çeşmə suyu axardı,

Çeşmə başı, təzə çörək, pendiri,

Unutmadıq, biz qoruduq təndiri.


Təranə ARİFQIZI