adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Oktyabr 2019 13:11
13144
MƏMLƏKƏT

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 23-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Adalet.az  Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçiriblər.