Telman Adıgözəlov: Yanlış diaqnoz və qəfil ölüm
"Anamlabacımı televiziya kanallarında atamın hansısa tamaşasını göstərəndə qoymurambaxsınlar. Dözə bilmirlər, ağlayırlar... Biz hələ də onun yoxluğunaalışmamışıq. Atamın yeri, o boşluq çox hiss olunur. Neyləsək də, o boşluq heçnəylə dolmaz. Bu itki bizi həmişə göynədəcək " - oğlunun dediklərindən.
Uşaqlığı və...
Abasqulukişinin ailəsi Balakəndə sovxozda işləyirdi. Ailədə iki oğlan uşağı böyüyürdü,ailə bütün o vaxtkı Sovet ailələri kimi sadə, xudmani dolanırdı. Elə birdərdi-sərləri də yox idi, ailə sadəcə özlərini yerlərində hiss etmirdilər, eləbil qəribçilikdə yaşayırdılar.
Adıgözəlovlarailəsi əslən Ordubaddan idilər. Tarixin gedişatı ilə o vaxt Ordubaddan bir çoxailələr Balakənə köçürülüb. Sovet rəhbərliyinin nə isə düşünülmüş siyasəti olubki, Ordubaddan Balakənə insanları nəsillikcə köçürüb. Bu ailə də daxil olmaqlaBalakəndə Ordubaddan olan ailələrin yaşadığı məhəlləyə "Ordubad"məhəlləsi də deyirmişlər.
Bir günailənin kiçik oğlu Telman möhkəm soyuqlayır, anası onu çimdirdikdən sonrahəyətdə oynamağa qaçan uşaq soyuqlamadan müalicə alır və sağalır. Ancaq uşağınbir qolunda soyuqlamış limfalar şişir, irinləyir sağalmaq bilmirdi. Həkim deyirki, Balakənin iqlimindən çıxmasa bu uşağın qolu qanqrena eləyəcək, kəsməliolacayıq.
Ailə uşağıda götürüb Bakıya köçməli olur, həm uşağın müalicəsini elətdirmək, həm də nəqədər zaman da keçmiş olsa sürgün həyatının alınlarına vurduğu möhürdən xilasolmaq üçün. Cənnət də olsa Abasqulu kişiyə Balakənə məcburən köçürüldüklərifikri rahatlıq vermirdi.
O vaxtdördüncü sinifdə oxuyan Telman və qardaşı Vaqif üçün Balakən doğma idi, çünkibu dünyaya gözlərini orda açmışdılar, orda dostları, doğma məktəbləri vardı.
Bakıya datez öyrəşdi, tezliklə özünə yeni dostlar tapdı, yarası da sağalıb keçdi.
Bir günməktəb yoldaşları ilə dərsdən qaçıb kinoya getmişdilər. O vaxt çox sevilən birhind filminə baxmaq üçün dərsdən qaçmağa dəyərdi, həm də bunun zövqü təkcəkinoya baxmaqla bitmirdi, dərsdən qaçıb kinoya getməyin öz romantikası vardı.
Kinodançıxanda bir nəfər Telmana yaxınlaşıb ona televiziyaya gəlməyi təklif etdi.Yuxarı siniflərdə oxusa da hələ peşə seçimi barədə müəyyən bir fikrə gələbilməyən Telman təklifi qəbul etdi. Dövlət televiziyasında çalışan rejissorNazim Zeynalov onu "Evrika" verilişində fantastik səhnələrə çəkir."Yasəmən" televiziya teatrında iştirak edir. Yeddinci sinifdəoxuyanda isə Adil İsgəndərovun kinoaktyor kurslarına yazılır. Beləliklə,Azərbaycan incəsənətinə yeni bir imza gəlir - Telman Adıgözəlov.
İlk obrazları
1975-ciildə indiki Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğufakültəsini bitirəndə Telman Adıgözəlovu tamaşaçı artıq televiziyadan tanıyırdı.Aktyor beş il Tədris Teatrında, televiziya tamaşalarında, səhnəciklərdə işlədi.1980 -ci ildə Milli Dram Teatrında işə başlayan aktyor ömrünün sonuna qədər buteatrda çalışdı. Bir-birindən maraqlı, müxtəlif xarakterli obrazlar oynadı. C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərinin eyniadlı tamaşasındaZəncirvuran obrazından tutmuş , İ.Əfəndiyevin "XurşidbanuNatəvan"ında Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman,Şekspirin "Maqbet"ində Flins, M. İbrahimovun "Közərənocaqlar"ında Xanəhməd, H.Cavidin"İblis" pyesində şeypurçu, S.Vurğunun "Vaqif"əsərində təlxək, S.Rəhmanın "Nişanlı qız"ında çeşməkli kişi, E.Baxışın "Qədr gecəsi"ində oyunbaz, Elçinin "AhParisgParis!.."ində Əhməd, "Mənim sevimli dəlim" dəprofessor, R.Novruzun "Hələ"sevirəm" deməmişdilər"ində qumarbaz obrazlarına qədər.
Eyni vaxtdadövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam","Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm"kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə","Xatirələr üzü" kimi filmərdə bəzən xarakterik, bəzən epizodik rollaroynadı. Kinoda bəxti o qədər də gətirməmişdi, bütün öz nəslinin aktyorları kimionun çəkilə biləcəyi illərdə kinematoqrafiya tənəzzül dövrünü yaşadı."Nəsimi" filmində yalnız bir epizoda çəkilib, həmin epizod isə artıqTelman Adıgözəlov siması televiziyadan və teatrdan tanış, sevimli olduğu üçün gözə çarpır.
Şəxsiyyət
TelmanAdıgözəlov siması olan, şəxsiyyətli insan olub. Nə öz işi üçün kiminsə qapısınıdöyər, nə də ev üçün, pul üçün, yaxud fəxri ad, rol xətrinə minnətçi düşərdi.El-obada isə hamının xeyir-şərinə yarayırdı. Kim zəng eləsə ki, mənimlə filanişin arxasınca gedək, sənin xətrinə o iş həll olunar, gedərdi. Bilirdilər ki,Telman Adıgözəlovun adı gələn yerdə ən sərt məmur da yumşalacaq. O tayAzərbaycandan uzaq qohumları gəlib Bakıda işlərini Telman Adıgözəlovunköməkliyi ilə yola verirdilər. Heç kimi rədd etməzdi, təmənnasız onlarayardımçı olardı. Balakənlilər, hətta başqa millətlərin nümayəndələr də onunüstünə kömək üçün müraciətlə gələrdilər.
Evdə bütünproblemləri təkbaşına həll edərdi. Ailəsi - xanımı və iki övladı atanın hansıçətinliklər bahasına onların firavan yaşayışını təmin etdiyini bilməzdilər. Pisyaşamırdılar, amma xalq artistlərinin hamısı onlardan daha yaxşı yaşayırdı.Niyə hamısına ev verilir, amma Telman Adıgözəlovun mikrorayonda dar mənziligenişləndirilmir ki genişləndirilmir.
Hamıyaprezident mükafatı, təqaüd verilir. Siyahıdan Telman Adıgözəlovun adıçıxarılıb, ötən il aldığı pul bu il artıq ona verilməyəcək, deməli ailə maddicəhətdən geri gedəcək. Üstəgəl oğlu ordudan qayıdıb, nişanlıdır, amma işləmir.Qızı Tibb Universitetini bitirib işə düzəltmək lazımdır.
Teatrda isəson vaxtlar "Hələ sevirəmdeməmişdilər" tamaşasındakı rolundan sonra bir rol oynamayıb. Yaş gedir,işləmək, yaratmaq istəyir, rol oynamalıdır, bu gün olmasa sabah gec ola bilər,amma yoxdur. Teatr təmirə dayandığından "Mir" telekanalında onlarüçün ayrılan bir zalda məşqlər edirlər, tamaşalar isə hələ oynanılmır. Yenirolu olmadığından Telman Adıgözəlov elə vaxt olur ki, heç ora getmir.
Bütün bufikirlər ona rahatlıq vermir. Yaxşı ki, arada "Müsyo Jordan Dərviş Məstəlişah" tamaşası bir qığılcım kimi parladı onun yaradıcı ruhunda. Müsyo Jordan roluürəyincə idi, həvəslə işlədi üstündə.
Bir günürək bütün bu yükə tab gətirməyib - bəsdir məni yüklədin dedi, küt, dözülməzağrı verdi kürək nahiyəsində.
TelmanAdıgözəlov birinci dəfə bu ağrıya elə də böyük əhəmiyyət vermədi. Həm də buqədər problem içində elə bir həkimim, iynə-dərmanım çatmır -deyə ürəyinə cavabverdi.
İkinci dəfəağrı elə dözülməz oldu ki, fikir verməyə bilmədi. Getdi həkimə, ürəyininkardioqramasını çıxartdılar, dedilər ki, ürəyində heç nə yoxdur, həkim -"görünür, duzlaşmadır" deyə duzlaşma əleyhinə müalicə yazdı.Müalicəni keçdi, heç ağlına da gəlmədi ki, bəzən ürəyin çəkdiyini heç birpeşəkar həkim, kardioqrama belə göstərə bilmir.
Müalicəgetdi, amma aktyor özündə yaxşılığa doğru bir dəyişiklik hiss etmədi, əksinə.
Yaxın dostuRamiz Novruz danışır ki, heç bir şikayəti yox idi, amma görürdüm ki, tez-teztəngnəfəs olur, durduğu yerdə tərləyir: "Deyirdim yəqin müalicə duzlaşmanıəridir, ona görə belə olur. Sonuncu dəfə də işə gələndə, girdi içəri, aktyorlarbufetdə nərd oynayırdılar, zarafat elədi ki, ey, nardovşiki, xarakterinardovşiki. Qaydayın bir filmində işlədilən bu ifadə ilə zarafat elədi, sonraikimiz oturub mənim məhz onun üçün, qəhrəmanını onu düşünüb yazdığım pyesimüzakirə elədik. Oxumuşdu çox xoşuna gəlmişdi, istəyirdik tamaşanı hazırlayaq.Hər axşam da zəngləşib bu barədə danışırdıq. Həmin axşam da zəng eləmişdi mənə,danışmışdıq".
Ağrı
Həmin axşam - Telman Adıgözəlov bir qohumtoyuna getmişdi, amma nədənsə tez qayıtmışdı toydan. Çəkilib otağa pyesioxuyurdu. Daxildə narahatlığı vardı, həm səhhətində, həm də özünə yer tapabilmirdi, mənən də rahat deyildi, amma bunların heç birini kimsəyə açıbdeməmişdi, xoşlamırdı içini kimlərəsə açmağa.
Ömür boyubir kiməsə öz dərdlərini yükləməyi, bir də ailəsini üzə çıxardıb onlarbarəsində danışmağı xoşlamazdı. Nə vaxt zəng edərdin evdə dəstəyi də özüqaldırardı. Şikayət də etməzdi nə səhhətindən, nə daxili problemlərindən, ammasimasından hiss olunurdu ki, içində təlatüm var bu adamın, bu adamın haqqıtapdanır. Çünki heç vaxt kiminsə çaldığı havaya oynamazdı, öz musiqisi,sümüyünün öz ritmi vardı, süni havalara girməzdi.
Oğlu Turaldanışır: "O gün atamın adi günlərindən biriydi. Həm də həmin günsəhhətində də bir nasazlıq olmamışdı, ağrımamışdı. Mən məşqdən qayıtmışdım.Yorulmuşdum deyə bir az tez yatmışdım. Bir az keçəndən sonra atam yanıma gəldi.Soruşdu: "Özünü necə hiss edirsən? Xəstə-zad deyilsən ki?" Dedim:"Yox, yaxşıyam. Sadəcə bir az yorulmuşam." Vəssalam, bu, bizim sondanışığımız oldu.
Bir də gecəsaat 4-ə işləmiş anamın səsinə oyandım. Uca səslə atamı çağırırdı. Tez onlarınotağa getdim, gördüm atam xırıldayır, elə bil boğazında nəsə qalıb. Biz əvvəlelə bildik ki, yuxuda təngnəfəs olub. Başladıq silkələməyə ki, yuxudan ayılsın.Amma gördük yox, düşündüyümüz deyil. Artıq rəngi də qaralmışdı. Demə, canverirmiş, biz də bilmirik. Çünki indiyə qədər elə şey görməmişdik. Təciliyardıma zəng vurduq. Nə olduğunu aydınlaşdıra bilmədilər. Təzədən ikinci təciliyardım briqadasını çağırdıq. 10 dəqiqədən sonra ikincisi gəldi. Təzyiqiniölçdülər, sonra da elektroşok elədilər. Amma xeyri olmadı. İki-üç dəfəelədilər, sonra dedilər keçinib. Elə xırıldayaraq canını tapşırdı. Nə bilim,yəqin bu da belə taledir".
2010-cuildə aprelin 15-i gecə teatr sənətimiz Telman Adıgözəlovu, yüzlərlə, minlərlətamaşaçı öz sevimli aktyorunu, ailəsi arxa-dayağını, əzizini itirdi.
Sən demə ürəkdamarlarında tromblaşma gedirmiş, onu kardioqrama göstərmir, daha müasiraparatlar göstərir, vaxtında düzgün diaqnoz qoyulsaydı yüngülvari müalicəsivarmış, həkim isə ostroxondrozdan müalicə edib onu. Allah hamımızı pis həkimdənqorusun.
Vida
Xalq artistininailəsi nə qədər gözlədi dinlənməli instansiyaların səsi çıxmadı. Yalnız yasmərasiminə gələn Mədəniyyət və Turizm nazirliyi bəyan etdi ki, Fəxri Xiyabandayer olmadığı üçün aktyoru ailəsi harda istəsə orda dəfn edə bilər. Çalışdığısəhnədən isə vida mərasimi olmayacaq, çünki teatrda təmir gedir.
TelmanAdıgözəlovu onu sevənlər yaşadığı mənzildən son evinə - Fatmayi məzarlığınaqədər yola saldılar. Yol boyu ardıcıl insan axını gedirdi onun tabutununarxasınca. Hamı onu 57 yaşında itirməyin təəssüfünü yaşayırdı o gün də, ondansonrakı günlər, illər ərzində də, indi də.
Yasmərasimlərinin xərcini dövlət özü çəkdi, məzarının üstü də dövlət vəsaiti iləgötürüldü.
Qızınınsənədlərini özü sağlığında nazirliyə təqdim etmişdi. Qızı çağırıb işə qoydular.Oğlu da indi Fövqəladə Hallar Nazirliyinin sıralarında işləyir.
Ötən ilinmartında qızı ailə həyatı qurdu, artıq bir övladı dünyaya gəlib. TelmanAdıgözəlov həyatdan köçəndə oğlu nişanlı idi, ötən ilin oktyabrında evlənib.Xanımı Büllur xanım da həmişəki kimi bağçada uşaqların tərbiyəsi ilə məşğuldur,qəlbinin yarasına onlarla məlhəm qoyur.
Həyat davamedir. Bircə o, yoxdur həyatda, xatirələrdə obrazları, maraqlı jestləri və birdə şəxsiyyəti ilə qalıb - Telman Adıgözəlov. Allah ruhuna rahatlıq versin.
Ramilə Qurbanlı
Kulis.azDigər Xəbərlər

Liderlər Bülbülün ev-muzeyində - FOTOLAR

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya çıxdı - FOTOLAR

“Teatrın dostu” mükafatı təqdim olundu: Kukla Teatrı daha bir mövsümü uğurla başa vurdu

Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət - FOTOLAR

Hökumə Əliyevaya həsr olunan film gələn ay təqdim olunacaq

Türkiyənin turizm mərkəzi: “Akdeniz’in İncisi” - FOTOLAR
