Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

Ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin ödənişlərinin Hökumət Ödəniş Portalı vasitəsi ilə qəbul edilməsi üçün proqram təminatı hazırlanıb.
Hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi, təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası), təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması, şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi elektron xidmətlər vasitəsilə həyata keçirilir.
Bundan əlavə, "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması" üzrə proqram təminatının təkmilləşdirilməsi tamamlanıb.
Digər Xəbərlər

Tədris mövsümü ilə bağlı Bakıya 100-dən çox avtobus cəlb ediləcək

Bu qəsəbədə bütün heyvanlar xəstədir - VİDEO

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bəzi ərazilərdə leysan yağıb, şimşək çaxıb

Tələbə yataqxanalarında qiymət və şərait necədir? - VİDEO

Adı "Qırmızı Kitab"a düşmüş qara kərkəs IDEA tərəfindən xilas edildi

Sabah bəzi yerlərdə yağış yağacaq
