adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Dekabr 2019 11:30
44710
MARAQLI

Təkcə xəstəliklər yoluxucu deyil...

Gənc Verterinİztirablabları kitabını oxumusunuz?

Hötenin yazdığı bukitabda, Verter qarşılıqsız sevginin tək çıxışı olaraq intihar etməyi seçir. Əsərhüznlü, melanxolik bir havaya sahibdir və insanı o dərin əzabın içinə çəkməyibacarır. Hötenin 25 yaşında yazdığı bu əsər böyük şöhrət qazanır. Kitab o qədərbəyənilir ki, insanlar da öz sevgilərini Verterin hiss etdiyi kimi olmasınainanırlar. O dövrdə bu sətirləri oxuyan gənclər bir-bir intihar etməyə başlayır.

Özünü Verterkimi göstərmək istəyənlərin sayı getdikcə artır və kitab bir çox ölkədə qadağanolunur. Buhadisələr insanların ağlına bir sual gətirir.

İntihar yoluxucu ola bilərmi?

Sosioloq Devid Filips, 1974-cü ildə bu mövzunuaraşdırmağa başlayır. İntiharın təqlid edilmə təsiri yaratdığı teoremini ortayaqoyur. Hötenin kitabının səbəb olduğu bu təsirə də Verter effekti adı verilir.Araşdırmalarda məşhur insanların ölümündən sonra intihar hadisələrində artımolduğu aşkarlanıb. Bu da, intiharın yoluxucu olduğu teoremini isbatlayır.

Çıxan nəticələrə görə, təqlid edilən intihar hadisələrindəkritik dövrlər müəyyən edilib. Xəbərdən sonrakı 3-4 gün ərzində ilk kritikdövr, 7-10 ərzində isə ikinci kritik dövr başlayır. Bu günlərdə insanlarınintihara cəhd eləmə ehtimalı böyük olur.

Dünya Sağlamlıq Təşkilatının yayımladığı son reportda15-29 yaş arası gənclərin yol qəzasından sonra ikinci ölüm səbəbi intihardır!Burada mediyanın və xəbərlərin yayımlanma tərzində böyük rol var. İntihar xəbərləriniromantizə edərək yayımlamaq 15-29 yaş aralığındakı gənclərin bu xəbərlərdəndaha çox təsirlənməsinə səbəb olur.

Dünya Sağlamlıq Təşkilatı xəbərləri yayımlayarkən mümkünqədər duyğusuz formada yayımlamağı tövsiyə edir. İntiharın necə edildiyi barədədetallar verməmək, istifadə edilən dilə diqqət ermək və maraq oyandırmamaqlazım olduğunu qeyd edirlər.

İntihar kimi şiddət də yoluxucudur.

Son dövrlərqadınlara qarşı şiddətin, cinayətin artması kimi.

Validenlərin əndişə duyduqları şeylərdən biri şiddət tərkiblivideo oyunların uşaqlara pis təsir etmələri barədədir. Bu mövzu bundan 50 il əvvəldə gündəmə gəlmiş və bu haqda təcrübə aparılmasına səbəb olmuşdu.

Alburt Bandura adlı psixoloqun apardığı Bobo Doll təcrübəsişiddətlə bağlı sualların bir çoxunun cavabını tapdı. Təcrübə əslində olduqcasadə idi və effektini görmək asan oldu. 1961-ci ildə keçirilən təcrübə üçün 72uşaq seçildi. Uşaqların yaş ortalaması təxminən 4 il 4 ay idi. Uşaqlar 3 əsasqrup olmaqda qruplara ayrıldı.

Təcrübədən təsirlənməmək üçün hər bir uşaq üçün fərdiolaraq keçirildi sınaqlar. İlk olaraq uşaqların oyun oynaya biləcəyi bir otaqseçildi, otaqda oyuncaqlar və bir yetkin insan olacaqdı. Birinci qrupdakıuşaqlar yetkin insanla hər hansısa bir əlaqə qurmayacaqdı. İkinci qrupdakıuşaqların yanındakı insan oyuncaqlara qarşı şiddətlə yanaşır və şiddət tərkiblisözlər işlədirdi. Üçüncü qrupdakı uşaqların yanındakı insan isə uşaqların hərbiri ilə normal şəkildə söhbət edib oyunlar oynayacaqdı.

Təcrübələr bitdikdən sonra uşaqlar yenə otağa salındı vəbu dəfə tək oldular. Oyuncaqlara əl vurulmaması deyildi, sadəcə "Bobo Doll”adlı oyuncaqdan başqa. Şiddət göstərən və şiddət tərkibli sözlər işlədəninsanın yanına salınmış uşaqlar Bobo Dolla şiddət göstərməyə başladı. Nəticələrolduqca dəhşətli idi.

Qısaca təcrübə haqqında məlumat verdik. İndi isə təcrübədənçıxan nəticələr baxaq.

Şiddətyoluxucudur: Aqressiv insanların hərəkətlərini izləyənuşaqlar, yanlarında həmin insanlar olmayanda onları təqlid edirlər.

Sakitlikdə yoluxucudur: Sakit insanların hərəkətlərini izləyənuşaqların, oyuncaqlara qarşı sakit və normal davrandılar.

Analıqönəmlidir: Sakit və qadın yetkinlərlə birlikdə vaxt keçirənuşaqlar, heç bir yetkinlə vaxt keçirən uşaqlardan daha sakit və yumşaq oldular.

Atalıqda önəmlidir: Aqressiv kişi ilə vaxt keçirən oğlanuşaqları, aqressiv qadın ilə birlikdə vaxt keçirən uşaqlardan daha şiddətəmeyilli oldu.


Dilimizə uyğunlaşdıran Eminquey