adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Aprel 2020 08:05
86957
ƏDƏBİYYAT

Təkcə sən bağışla! - Hekayə

Yasəmən yuxudan özçığırtısına oyandı. Alnı, boyun-boğazı tamam tər içində idi. Bir anlıq gördüklərininyuxu, yoxsa, gerçək olduğunu ayırd edə bilmədi.

Ayılsa da, yuxunun təsirindənçıxa bilmirdi. Yerinin içindən əlini uzadıb, çarpayının sol tərəfindəki kiçikmizin üstündə olan qrafindən bir stəkan su süzüb içdi. Saata baxdı. Saat 14:00idi. Körpəni yatızdıranda yuxuladığının fərqində olmamışdı. Çarpayının sağ tərəfindəkibeşiyə boylandı. Təəccübləndi. Uşaq çoxdan oyanmışa oxşayırdı. Özü də adətinin əksinəsakit-sakit baxırdı. Nə ağlayır, nə də ağlamağa hazırlaşırdı.

Yasəmən körpənin bələyini dəyişdirdi. Onu yedizdirdi. Yenidən beşiyinə qoydu.Körpə yatmaq əvəzinə verdiyi suala cavab gözləyən adamlar kimi gözünü geniş açaraq,anasına baxırdı. Yasəmən beşiyi xeyli silkələyəndən, layla deyəndən sonra körpəyenidən yuxuya getdi. O, körpənin çirkli əskilərini götürüb həyətə düşdü. Çöldəocağın üstündə qaynayan iri, qara qulplu qazandan vannaya su töküb, paltarlarıyumağa başladı. Bayaqdan fikrindən qovub-çıxarmağa çalışdığı yuxu yenidənyadına düşdü. Bir anlıq canına üşütmə keçdi. Fikirləşməyə başladı: "Nənəm deyərdiki, ağır yuxunu axar suya danış, bir də nəzir çıx, hər şey ötüb-keçəcək”.

Paltarları yuyub, qurtardı. Bağçanı suvarmaq üçün həyətə yoğun su arxı gəlirdi.Bu arxın suyu ilə qonşu həyətlərin ağacları da suvarıldığı üçün heç vaxt suyuqurumazdı. Sabunlu paltarları yığdığı vannanı başına götürüb, arxa tərəf üztutdu. Vannanı arxın kənarına qoyub, dizi üstə çökdü. Asta və arxayın səsləyuxusunu suya danışmağa başladı. "Gördüm ki, həmin bu arxın yerində böyük birçay axır. Ammaçayın suyu qapqara palçıq kimi idi. Çay həm burulğanlı, həm də iti-iti axırdı.Ona görə də çox vahiməli görünürdü. Əkbər əlində bel bu vahiməli suyunqarşısını kəsməkmi, yaxud da qurutmaqmı fikri ilə çaya yaxınlaşdı. Bellə suyunqabağına torpaq tökməyə başladı. Birdən ayağının altındakı altı ovulmuş böyükbir torpaq parçası ilə bərabər çaya yıxıldı. O, palçıqlı, köpüklü sularlaçarpışmağa, əl-qol atmağa başladı. Mən də özümü çaya atmaq, ona kömək etməküçün irəli atıldım. Amma kimsə arxadan qollarımdan, qıçlarımdan bərk-bərkyapışaraq, məni tərpənməyə qoymadı. Azğın sular bir azdan Əkbəri sanki uddu. Mənçay aşağı, çay yuxarı, həyəcanla, qışqıra-qışqıra "Əkbər” deyə haraylayırdım.Öz qışqırığıma yuxudan oyandım. Ey bu suyu-seli yaradan Allah, sən özün Əkbəriməkömək ol!” Dedi və ağlamağa başladı. Ağlaya-ağlaya paltarları yuyur, nə qədərçalışsa da yuxunun təsirindən çıxa bilmirdi.

Paltarları zivəyə sərib, tələsik evə keçdi. Körpə hələ yatırdı. Rahat nəfəsaldı. Ev-eşiyə əl gəzdirmək, sil-süpür etmək istədi. İş görməyə heç həvəsiqalmamışdı. Narahatçılığı, fikrinin qarmaqarışıq olması onu tamam yormuşdu. Taqətsizhalda çarpayının küncündə oturdu. Dirsəyini dizlərinə dayayaraq, əllərini çənəsininaltında çarpazladı. "Birdən Əkbərə bir şey olsa... Allah eləməsin, dilimtökülsün, onda mən neyniyərəm, iraq olsun!” Ağlına gələn bu qəfil fikir Yasəməninecə qorxutdusa, əti ürpəşdi. Sanki kürəyinin arasından ilan keçdi.Heysiz-heysiz çarpayıya uzandı. Xəyala daldı. Yaşadığı həyat kino lenti kimigözü qarşısında canlandı.

Ailədə beş uşaq idilər. Özündən böyük iki qardaşı, özündən kiçik iki bacısıvardı. Böyüklərinin 16 vardı, kiçiklərinin isə heç 2 yaşı olmazdı. Ata-anası,bacı-qardaşı və nənəsi Bəyimlə ikimərtəbəli, eyvanlı, bağçalı evlərində hamıkimi adi həyat sürürdülər. Atası kolxozda traktorçu, anası pambıqçı idi. Hərikisi bütün mövsümü tarlada olur, gecə-gündüz çalışır, uşaqların korluq çəkməməsiüçün hər zəhmətə qatlaşırdılar. Bəyim nənə qoca olduğu üçün uşaqların yeməyinivaxtlı-vaxtında ancaq hazırlayırdı. Odur ki, anası tarladan, ağır çöl işindən gələndənsonra dincəlməz, paltar yuyar, evləri təmizləyər, mürəbbə bişirər, bankabağlayardı. Gecənin bəlkə də bir-iki saatını yatar, sübh tezdən yenidən tarlayaüz tutardı. Beləcə, günlər bir-birini əvəz edər, uşaqlar yavaş-yavaş böyüyərdilər.Artıq Yasəmən də 6-cı sinifdə oxuyurdu.
Oktyabrın əvvəlləri idi. Yasəmən səhər dərsə gedəndə ilk dəfə anasının tarladayox, evdə olmasına təəccübləndi:
- Ana, işə getməmisən?
Anası başı ilə işarə edərək, "yox” cavabını verdi.
- Niyə?
Anası əli ilə onu yanına çağırdı. Pıçıltı ilə - "yaxın gəl” - dedi. Yasəmənyaxınlaşıb, anasının sinəsinə sarı əyildi. Anası əvvəl heysiz qolları ilə onusinəsinə sıxıb ürəkdolusu qoxladı, sonra alnından, üzündən, gözlərindən öpməyəbaşladı.
Yasəmən ağlı kəsəndən anasından ilk dəfə idi ki, belə səmimi nəvaziş görür vəbununun təsirindən key kimi baxırdı:
- Bacılarına yaxşı bax!
- Baxıram də! Sən niyə işə getmədin?
- Xəstələnmişəm, atan həkim dalınca gedib. Həkim gəlib, iynə vursa, sağalıb,gedəcəm işə...
Yasəmən "sağ ol!” deyib, qapıya sarı getdi.
- Yasəmən!
- Hey!
- Balam, bəs sən ananı öpmürsən?
- Gələndə öpərəm! - dedi və qaçaraq həyətdən çıxdı.


Dərsləri saat 2-də qurtardı. Yaman acmışdı. "Anam yaxşı ki, bu gün evdədi,dadlı bir şey bişirər, yeyərəm. Yoxsa, nənəm ya duzun yaddan çıxarır, ya da yeməyəo qədər duz vurur ki, yeyəndən sonra, axşama qədər elə su içirik”.

Məktəbdən gələn uşaqların səs-küyü onu fikrindən ayırdı. Yanından həm də dəstə-dəstəqara geyimli, qara yaylıqlı qadınlar da ötüb-keçirdi. Hikkə ilə başını yanaçevirdi. Yasəmənin onlardan çoxdan zəhləsi gedirdi. Çünki, bir neçə il bundan əvvəlböyük otaqda həmin bu qara geyimli, qara yaylıqlı qadınlar onun çox istədiyibabasını ortaya uzadıb, elə ağlayır, elə "şaxsey-vaxsey” deyə çığırırdılar ki,Yasəmən qorxusundan bir neçə gün xəstə də yatmısdı. Onların ayağı həyətlərindənçəkilməyincə həm qonşuları, həm də bibisi Minagildən evə gəlməmişdi. Gəlib görəndəbabası evdə yoxdu, yəqin etmişdi ki, babasını mütləq o qara geyimli, qarayaylıqlı qadınlar aparıb. Elə o vaxtdan da onları görən gözü yox idi. Onlar tərəfəbaxmasa da o, dəstənin ona diqqətlə göz gəzdirdiyini hiss edirdi. İçlərindənbiri "tifil, bu gündən yazıq oldun!” dediyini eşitdi.
Yasəmən ətrafına baxdı. Yoldabir dəstə qadından, arxadan gələn bir dəstə şagirddən, bir də özündən başqa heçkəsi görmədi. "Görəsən, yazıq kimə deyillər? Mənə? Yazıq özləridi!”
Diqqətlə baxdı, qadınlardan birini tanıdı. "Firuzə xaladı, neynək nənəmə deyərəm,sizin cavabınızı verər”. Dodağının altında danışa-danışa evlərinə tərəfaddımlarını yeyinlətdi. Evlərinə yaxınlaşdıqca hər aralıqdan, hər döngədən eynən,bayaqkı qara geyimli, qara yaylıqlı qadınlar daha çox görünməyə başlayırdı. Evlərinəbir tin qalmış ayaq saxladı. Yenə də həmin "şaxsey-vaxsey” deyənlərin tükürpədənsəsi kəndi başına götürmüşdü. Səsdənmi, yoxsa səsin məhz onların həyətindən gəlməsindənmi,ayaqları titrəməyə başladı. Zəif addımlarla həyətə yaxınlaşdı. Həyət qarageyimli, qara yaylıqlı qadınlarla, başlarını yerə dikib, siqaret çəkən kişilərlədolu idi. Ağappaq saçları üz-gözünə dağılmıs Bəyim nənə sanki rəqs edirdi. O daYasəməni görən kimi - "can ay bala, yazıq, tifil bala!” - deyərək, hönkürdü vəonu qucaqladı. Həyətin bir küncündə qardaşları diz üstə çökərək, özlərinəyaraşmayan səslə ucadan ağlayır, atası onları sakitləşdirməyə çalışır, gah daözü də onlara qoşulub ağlayırdı. Bacıları isə hərəsi bir qohumun yanında durub,gördükləri mənzərəyə sakit-sakit tamaşa edirdilər. "Bəs, anam hanı?” kəlməsiniözündən asılı olmadan, elə ucadan dedi ki, camaatın üzərinə elə bil su ələndi.Hamı susdu. Yasəmən qaçaraq böyük otağa girdi. Evin ortasında kimisəuzandırmışdılar. Özərinə qara yaylıq, yaylığın da üstünə bir güzgü qoymuşdular.Yasəmən bunlara ötəri bir nəzər salıb, tez anasının səhər uzandığı çarpayı olanotağa keçdi. Çarpayı bomboş idi.
Heç üstündə yorğan-döşək də yox idi. Çarpayının yanında durub, xəcalətli-xəcalətlibaxan qohum-əqrəbaya bir nəzər saldı: "Demiyəssiniz, anam hanı?”
Ağlaşma səsi yenə otağı başına götürdü. Hamı ona izah etməkdən, ağlamağı üstüntuturdu. Bəyim nənə irəli çıxdı. Yasəmənin əlindən tutub, ortada uzadılmış,üstü qara örtüklüyə yaxınlaşdı. Örtüyü çəkdi. Örtüyün altından anasının gündənyanıb-qaralmış çöhrəsi göründü. Elə bil, anası pambıq yığmaqdan yorulub,yatmışdı. Yasəmən dizlərini yerə qoyub, anasının yanağından öpdü. Dayanıb xeyligözlədi. Anasından bir səs çıxmadığını görəndə, balaca əlini uzadıb, anasınınüzünü sığalmağa başladı. "Ay ana, mənəmey, Yasəmən, dur, dur, qadan alım, ana!” Yasəmənin zəif-zəif pıçıltısına, sakitaxan göz yaşlarına diqqət kəsilən qadınları elə bil qəflətən ilan sancdı. Yenəağı səsi, layla səsi evi, həyəti bürüdü.
İndi neçə illər keçsə də, Yasəmənin qara geyimli, qara yaylıqlı qadınlara olannifrəti səngimirdi. Onların evlərinə ayaq açması elə bil Yasəmənin yetimliyinə,yetimliyin verdiyi əzablara səbəb olmuşdu.
Yasəmən artıq 15-16 yaşından evin ağırlığını arıq çiyinlərində daşıyırdı. Ögeyananın danlağı da bir yandan...
Sonradan atası təzə arvadını da götürüb getdi. Kəndin başqa səmtində evtikdirib, yaşamağa başladı və o gündən Yasəmən yetimçiliyinin birə beşartdığını hiss etdi. Kiçik qardaşı evin ağsaqqalı, kişisi olmuşdu (Böyükqardaşı atası ilə mübahisə etdikdən sonra uzaq qohumlarıgildə qalırdı).Heyvana, mala baxırdı. Yasəmən isə bacılarına qayğı göstərir, evləri təmizləyir,heyvanları sağır, pambığa gedir, toyuq-cücə saxlayır, bir sözlə, esl ev qadınıkimi hər işin öhdəsindən gəlməyə çalışardı. Başqa əlacı yox idi. Uşaqlığı nəvaxt ötdü, yeniyetmə dövrünü necə yaşadı, bilmədi. Bir zaman anladı ki, gəncqız olub. Tay-tuşları bəzəkli-düzəkli, şən çağlarını yaşayanda, sevib-seviləndəYasəmən evin qarğaşasını çəkmək məcburiyyətində idi. 22 yaşın şirinliyindən xəbərsiz...
Qəribə idi, bu qızla heç kəs maraqlanmazdı. Elə bil kəndin cavanları qızınvarlığını unutmuşdular. Yasəmən heç incimirdi də. Çünki, hərdən təsadüfəngüzgüyə gözü sataşanda gündən, şaxtadan qaralmış, kobudlaşmış sifətini, çəlimsizvücudunu, bəzən həftələrlə daraq dəyməyən saçlarını, yaşamaq şövqü sönmüş, əzabdanbaşqa heç nə ifadə etməyən gözlərini görər, ürəyi sıxılardı və güzgüdən aralı gəzməyəçalışardı. Beləcə, günlər öz axarı ilə keçirdi.
Bir gün pambıq yığımından gəlirdi. Balaca bacısı Şəfəq qarşısına yüyürərək -"Əkbər qaqa əsgərlikdən gəlib, bizdədi” - xəbərini verdi və gəldiyi kimi dəpilləkəniəri qalxıb, özünü evə saldı. Yasəmən də içəri keçdi. Nənəsinin yanındastulda üç il bundan əvvəlki Əkbərdən xeyli fərqli bir oğlan əyləşmişdi. Yasəmənigörən kimi ayağa qalxdı. Əl-ələ tutuşdular.
- Həmişə evinizdə-eşiyinizdə!
- Sağ ol! Yaxşı, nənə, sən də sağ ol, tez-tez yanına gələjəm.
Yasəmən Əkbərin arxasınca xeyli baxdı. Dərindən köks ötürdü. İlk dəfə idi ki, nəsəbir xəyal qurmağa, qəlbinə bir işıq salmağa çalışdı. "Yox, yox, özünü ümidləndirmə,Yasəmən, kənddə Gülər kimi, Aytəkin kimi, Vəfa kimi qız ola-ola, heç kim, heçƏkbər də sənə baxmaz. Sən kiməsə lazım olsaydın, heç olmasa bir dəfə adın çəkilərdi.Olmaz-olmaz!” Deyəsən, "olmaz” sözünü qeyri-ixtiyari ucadan demişdi. Nənəsibaşını balışdan qaldırıb "nə olmaz, başına dönüm” dedi. "Heç, heç, nənə, heç” -tez cavab verdi, nənəsinin onun fikirlərini duyacağından ehtiyatlandı.
Bir müddət Yasəmən Əkbəri görmədi. Sonra tamam unutdu. Qayğıları başını qatdı.Aradan 4-5 ay keçmişdi. Yaz çoxdan gəlmişdi. Yavaş-yavaş obada xeyir işlərəbaşlanılırdı. Elə həmin günlərdə Şəfəq xəbər gətirdi ki, Əkbər qaqamı evləndirməkistəyirlər, qız tapıblar. Yasəmən həyəti süpürə-süpürə guya ki, elə-beləsoruşur kimi:
- Bilmədin kimdi qız?
- Yox, soruşdum ey, Mina bibim dedi ki, tezliklə bilərsən, toy olanda!
Yasəmən özünü o yerə qoymasa da, ürəyini dərin bir kədər aldığını hiss etdi."Niyə bu Əkbər gəlirdi, qala bilməzdi o Rusiyada?! İşləyərdi, pul qazanardı,çox vacib idi gəlməyi?” - fikirləşsə də, qəlbinin dərinliyində Əkbəri alacağıqıza qısqandığını anladı. Anlayan kimi də pərt oldu. Özünü danlamağa, söyməyəbaşladı və "Əgər bir də onu fikirləşsəm, Allah mənə qənim olsun” - deyə söz verdi.Həyəti süpürüb qurtardıqdan sonra zibili balaca əl arabasına yığıb, həyətdənçöldə atasının vaxtilə qazdığı dərin çalaya tökdü, geriyə dönərkən Əkbəriqarşısında gördü.
- Salam, nətəhərsən?
- Sağ ol. Sən nətəhərsən?
- Yaxşı.
Yasəmən cavab gözləmədən həyətə girdi. Yenidən zibil dolu araba ilə çalayayaxınlaşdı. Əkbər hələ burda idi. Bu dəfə Yasəmən özünü görməməzliyə vurdu. Əkbərasta addımla ona tərəf gəldi.
- Yasəmən, ayaq saxla, səninlə işim var.
- Mənnən?.. Nə işin?.. - təmkinli görünsə də içəridən ürəyi sanki sapdanqırılıb düşdü.
- Məni evləndirmək istəyirlər. Mənim də istədiyim yoxdur deyə, evdən səni məsləhətgörürlər! Sən nə deyirsən?
Yasəmən başını qaldırmasa da, ürəyinin içində sevindi. Bilmədi nə desin. Desinki, "özün necə məsləhətdi o cür də et. Hə... yaxşı cavabdı. Qoy elə belə dədeyim”.
Əkbər gözləyirdi.
Yasəmən gözlərini ayaqqabısının ucundan çəkib, Əkbərin üzünə baxdı. O an eləbil Yasəməni cərəyan vurdu. Əkbər Yasəmənin pırtlaşıq saçlarından tutmuş,ayağındakı köhnə kişi çəkmələrinə qədər elə mərhəmətlə süzürdü ki, elə bil səxavətlibir dövlətli sədəqə yolu gözləyən bir dilənçiyə baxırdı. İndicə qurduğu xəyallarıbir andaca heçə döndü. "Aman Allah, yəni yazıqlığım bu qədər qabarıqdır?” -düşündü. Gözlərinə yığılmış yaşları içərisinə axıdaraq, özündən asılı olmadan qəhər,qəzəb qarışıq bir səslə:
- Əkbər, sağ ol, mənə sədəqə həyat lazım deyil! Mən yazıq deyiləm! Səni məcburedənlərə də bildir ki, mən dilənçi deyiləm! Nahaq yerə də səni yormasınlar!
Dedi və arxasına baxmadan həyət qapısını taqqıltı ilə örtüb, içəri girdi.
Əkbər elə bil yerinə mıxlandı, yəqin ki, belə cavab gözləmirdi, fikirləşirdiki, Yasəmən sevinəcək, hələ lap bəlkə sevindiyindən ağlayacaq, ordaca "hə” deyəcək.Bir həftəyə nişan da olacaq, toy da. Heç gözəmirdi, "sənə də yox deyəntapılarmış, ay Əkbər”...
Axşam evə pəjmürdə döndü. Əhvalatı danışdı. Hamının təəccüblü baxışlarındanoxunurdu ki, onlar belə cavab gözləmirdilər. Hərə bir təklif verdi, biri dedi,başqasını seç, biri dedi, götür qaç... Təkcə Əkbər dillənmirdi. Qızın hərəkətionu sillə kimi tutmuşdu. Elə bil bu sillə onu silkələdi. "Yox, o, mənə rəddcavabı vermədi, "məni sev, - dedi, - hər bir qız kimi mənim də sevgiyəehtiyacım var. Mərhəmətə yox, məhz sevgiyə!”
Onun təəssüf dolu gözləri bunu söylədi. O gözlər ki, kədərlə dolu olsa da, dərinliyindəşam kimi şölələnən xırda bir ümid işarırdı.
O şölə, o ümid Əkbəri rahat buraxmır, onu cəzb edirdi. Sanki "məni düşün, mənianla”, - deyə haray qoparırdı. Əkbər demək olar ki, hər gün, hər an Yasəməninbir az dəyişərək, başqalaşdığını hiss edirdi. Yasəmən elə bil günü-gündən gözəlləşir,vüqarlanır, əlçatmaz olurdu. Bəlkə də bu, Əkbərə elə gəlirdi.
Amma içindən hər gün bir istək cücərir, boy atırdı. Kənardan da olsa, onu görmək,ona daha diqqətlə baxmaq, heç olmasa bir neçə kəlmə demək istəyirdi. Ammabacarmırdı. Yasəmənin onu görəndə turşutduğu sir-sifəti, bəzən o olan tərəfəbelə baxmaması Əkbərin əl-qolunu bağlayırdı.
Beləcə bir-iki ay da ötdü. Artıq Əkbər özü də bilmədən Yasəməni fikrindənçıxara bilmirdi. Beləcə, onu ürəyinə həkk edirdi.
Payızın gəlməsinə az qalmışdı. Toy-düyünün başlamaq vaxtı idi. Əkbərin evlənməkməsələsi ailədə yenə müzakirə olunurdu. Təbii ki, bu dəfə Yasəmənin deyil, kənddəən gözəgəlimli qızların adı çəkilirdi. Əkbərsə susur, öz fikrini bildirməyə tələsmirdi."Yasəmənlə danışmasam, bunlara heç nə deyə bilmərəm”, - deyə fikirləşirdi.
Evdən çıxıb dayısıgilə yol aldı. Şəfəq həyətdə tut ağacının altında evcikqurub, öz-özüylə oynayırdı.
- Şəfəq, nətəhərsən?
- Əkbər qaqa, sağ ol, sən nətəhərsən?
- Əla, de görüm evdə kim var?
- Nənəm yatıb, Mahir (qardaşı) gedib qoyun otarmağa, Sona (bacısı) əmigiləgedib...
- Yaxşı, bəs Yasəmən hanı, Yasəmən?
- Kəhrizə getdi, paltar yumağa.
- Hə... sağ ol, ay Şəfəq!
Cəld darvazadan çıxaraq, kəhrizə tərəf yollandı. Günortanın istisi olduğu üçünkəhrizdə Yasəməndən başqa heç kim yox idi. Başı paltar yumağa elə qarışmışdıki, arxadan kiminsə yaxınlaşdığından xəbəri olmamışdı.
- Yasəmən!
- Bismillah, hey!
- Qorxutdum səni?
- ...
Əkbər bir az da irəlilədi. Gözlədi. Yox, deyəsən Yasəmənin cavab vermək nədi,heç o tərəfə baxmaq fikri də yox idi. Bu dəfə qızın biləyindən yapışdı:
- Eşitmirsən? İki kəlmə sözüm var, dinlə. Sonra yenə işini görərsən.
- Burax qolumu... hə indi sözünü de!
Əkbər baxdı, baxdı, bilmədi hardan başlasın, nə desin...
"Axı bu, mərhəmət hissi deyil, məhəbbətdi, görmürsən?”
Deyəsən, axırıncı hissəni ucadan demişdi, yox daha fikirləşməyin yeri deyildi.Neçə vaxtdır beynində, ürəyində dəfələrlə götür-qoy etdiyi sözləri həyəcanla,eyni zamanda, aramla söyləməyə başladı:
- Yasəmən, bu mərhəmət deyil. Vallah! Sən, məni rədd edənə qədər elə idi. Rəddcavabınla gözümdə dəyişdin, qeyri-adi oldun, anladım ki, adi qızlara yanaşdığımkimi sənə yanaşa bilmərəm. Səndə, sənin içində bir başqa dünya var. Bax, odünyadakı amiranə, qürurlu, sevgiyə möhtac, saf qızı gördüm. Görən kimi dəvuruldum. Bəlkə də səni heç kim mənim qədər görməz, tanımaz! Sənin indiyə qədərçəkdiyin əzabları ən güclü insanlar çəkə bilməz. Demək, mən ailə quracağımadamı tapmışam. Həyat yolumda səninlə çətin olmayacaq.
- Mən nənəmə, bacılarıma baxmalıyam!
- Kimə istəyirsən bax, kimə istəyirsən qulluq elə, mən sənin yanında olmaq, həyatyolumu səninlə addımlamaq istəyirəm. Sənə söz verirəm, səni xoşbəxt edəjəm, səninləxoşbəxt olajam... Axşam cavabını almağa gələjəm, - dedi və gəldiyi kimi də itiaddımlarla uzaqlaşdı.
Yasəmən gülmək, sevinmək istəsə də, buna ürəyi gəlmirdi. Elə bilirdi ürəkdənsevinsə, sevinci bitib-tükənəcək, yenə də hər şey əvvəlki kimi yeksənəkliyinədönəcək.
Paltarları necə yuyub vannaya yığdığını, "Kəhrizin təpəsi” deyilən təpəni dənecə aşdığını bilmədi. Paltarları necə gəldi, hər ucu bir tut ağacının gövdəsinəbağlanmış zivəyə sərdi. Pilləkənləri qaçaraq çıxıb, təngənəfəs özünü otağasaldı. Bir söz söyləmədən nənəsini sinəsinə sıxıb, bərk-bərk qucaqladı,çalmasının kənarından çıxan ağ saçlarından, nurdan düşmüş gözlərindən öpməyəbaşladı. Bəyim nənə həmişə qayğılı, kədərli gördüyü nəvəsinin belə sevinməsinətəəccüblənsə də, tez də hər şeydən agah adamlar sayağı dodaqaltı gülümsədi.
- Noolub, ay bala, xeyir olsun?
- Nənə, axşam Əkbər bizə gələjək!
- Noolsun, Əkbər elə hər gün gəlir də!..
- Yox ey, ay nənə, bu dəfə ayrı cür gəlir!
- Nətəhər?
- Utana-utana! - deyib, əlini-əlinə vurub, ucadan güldü...
***
Bu gün Yasəmən gəlin köçürdü. Deyirlər, əynində gəlinlik paltarı olan qızaAllah həmin gün xüsusi gözəllik bəxş edir. Böyük bədənnüma güzgünün qarşısındaözünə baxmaqdan doymayan Yasəmən sanki tay-tuşlarına da bunu göstərmək istəyirdi.Dünya Yasəmənin gözündə çiçək açmışdı, həyat gözəlləşmişdi. İndi onu xoşbəxt edəcəkƏkbəri vardı.
Yasəmən xoşbəxt idi. Başına yığışan sinif yoldaşları, kənd camaatı, toya gələnhər kəs ondakı bu dəyişikliyi aydınca görürdü.
Xoşbəxt günləri bir-birinə calandı. Oğlu dünyaya gəldi. Hər şeyə sevinməyə adətetmişdilər. Lap elə qarın yağmasına, günün çıxmasına, quşların səsinə - hər şeyə,hər şeyə sevinirdilər. Bu sevinclər xoşbəxtliyin ətrafa sıçratdığı zərrələridi. Heç kimdən gizlətmədən, çəkinmədən arzusunda olduğu, amma heç vaxt ağlınada gətirmədiyi xoşbəxtlik ona nəsib olmuşdu. "Mən xoşbəxtəm” kəlmələri dilindəndüşmürdü.
***
Bu gün oğlunun doğulmasının 6 ayı, Əkbərin cəbhəyə getməsinin 10 ayı tamamolurdu. Əkbər 6 ayda oğlunun üzünü 6 dəfə doğru-dürüst görməmişdi. Evə gələndədə əyin-başını dəyişər, yuyunar, sonra qohum-əqrəba ilə görüşər, hamıdan əhvaltutardı. Ona görə də oğluna az vaxt ayırardı. Axırıncı dəfə gələndə isəvaxtının çoxunu oğlu ilə keçirdi. Yasəmənin məxsusi bişirdiyi xörəkləri tərifləyə-tərifləyəyeməyə başladı. Çay süfrəsi arxasında keçmişdən-gələcəkdən danışdılar. Söhbət cəbhədəndüşəndə, Əkbər susdu. Ordakı ağır döyüşlərdən, itkilərdən danışıb, Yasəmənin ürəyinisıxmaq istəmədi. Onsuz da kəndə tez-tez gələn şəhid tabutlarından vəziyyət bəlliidi. Səhər tezdən Əkbər Yasəməni evdə hərlənən gördü.
Ortada qoyulmuş dəyirmi stolun üstündə çay dəstgahı artıq hazır idi. Tələsməliidi. İcazə vaxtı saat 9-da bitirdi. Əynini geyindi. Oğlunun çarpayısınayaxınlaşdı. Körpə elə şirin-şirin, sakit yatırdı ki, onu öpüb oyatmağa ürəyi gəlmədi.Başını beşiyə əyib, ciyər dolusu uşağı qoxladı. Əlində sini otağa girən Yasəməngördüyü mənzərədən təsirlənsə də, üzə vurmadı.
- Gedirsən? Çay içməmiş?
- Orda içərəm!
- Heç olmasa ağzına bir loxma qoy! - dedi və əlini uzadıb, stolun üstünəqoyulmuş təndir çörəyindən bir parça qopardı. Həmin parçanı nəlbəkidəki çiyəyəbatıraraq Əkbərin ağzına yaxınlaşdırdı. Əkbər gülümsündü. Yasəmənin qayğısı,onunçün narahat olması həmişəki kimi Əkbəri məmnun etdi. Ağzındakı çörəyi çeynəyə-çeynəyəhəyətə düşdü. İri əsgər çəkmələrini ayağına geyindi. Əkbər həyətə bir yoxlayıcınəzər saldı. Saat 5 olduğuna görə evdə onlardan başqa heç kəs oyaq deyildi.Arxayınlaşdı. Yasəmənə yaxınlaşdı. Yasəmən qeyri-ixtiyari dilləndi:
- Gedirsən?
- Hə, amma qayıdajam. Sənə söz vermişəm axı... Səni xoşbəxt edəjəm. Məni gözlə!Səbrlə! Gələjəm! - dedi. Və Yasəməni bağrına basıb, gözündən öpdü. Onun nə deyəcəyini,nə söyləyəcəyini gözləmədən tələsik ordan ayrıldı.
Əkbər bilirdi ki, Yasəmən hönkürməkdən özünü güclə saxlayır. Ancaq ərininarahat yola salmamaq üçün canını dişinə sıxıb, susur. Yasəmən Əkbərin ayaqtappıltılarının uzaqlaşdığını hiss edəndən sonra kövrəlməyə başladı. "Əkbər, sənbilsən ki, dünyam sənsiz necə cansıxıcıdı... Gələndə də kədərlənirəm, bilirəmki, qayıtmaq üçün gəlmisən, gedəndə də bilirəm ki, ayrılıq xeyli çəkəcək. İkiillik həyatımızda mənə o qədər məhəbbət və qayğı göstərmisən ki, heç bilmirəmbundan əvvəlki illəri sənsiz necə yaşamışam. Bircə bildiyim budur ki, sənsizyaşamaq, danışmaq, gülmək, nəfəs almaq mənə mənasız gəlir! Kaş döyüşə getməyəydin,onsuz da qardaşların gedir də ... və birdən fikrindən keçirdiyi sözə utandı.
- Eh... get, təki Ailah üstündə yar olsun...

***
Yasəmən bu düşüncələrlə yuxuya daldı. Onu körpənin ağlamaq səsi ayırdı.Uzandığı çarpayıdan cəld qalxaraq, körpəni qucağına götürdü və yedirtməyəbaşladı. Bu zaman darvaza möhkəm döyüldü. Yasəmən uşağı çarpayıya qoyub, eyvanaçıxdı. Darvaza hündür olduğu üçün heç kim görünmürdü. Yasəmən darvazaya tərəf səsləndi:
- Kimdi?
Suala sualla cavab gəldi:
- Evdə kim var? Mina xalaya denən sizi Sovetliyə çağırırlar.
Qonşu uşağı Yasəmənin növbəti sualını gözləmədən, qəfil gəldiyi kimi də, qəfilyoxa çıxdı. "Xeyir olsun, Mina bibimi Sovetliyə niyə çağırsınlar!”.
Bir azdan böyük qaynı Ədil təngnəfəs özünü yetirdi. Salamsız, kəlamsız:
- Anam hanı?
- Raya xalagilə gedib!
Ədil həyətdən yel kimi çıxdı. Yasəmən vedrələri götürüb, həyətin ayağından axanarxa sarı getdi. Arxa yaxınlaşanda günortakı yuxusu yadına düşdü. O dəqiqə dəhalı dəyişdi, bikefləndi. Ordan tez uzaqlaşmaq üçün vedrələri tələsik arxasalıb doldurdu. Asta-asta evə tərəf gəlməyə başladı. Həyətə çatdı. Nəfəsini dərməküçün vedrələri yerə qoydu. Bu zaman darvazanın qarşısında iki maşın saxladı.Maşın dayanan kimi də Mina bibisinin fəryadlı qışqırtısı nəinki həyəti, bütün məhlənibaşına götürdü:
- Balam laylay, balam laylay, anan öləydi, ay Əkbər! Bala lay-lay... Yaralıcanına, axan qanına anan qurban!
Kişilər də hönkürürdü. Elə Ədil də anası kimi ucadan ağı deyirdi.
Yasəmən səsdən çaşdığı üçün əvvəlcə heç nə anlamadı. Elə bildi ki, yuxu görür,pis bir yuxu... Gözlərini ovuclarının içi ilə sıxcaladı. Yox, yuxu deyil, hamıağlayırdı. Əkbərin adını çağıra-çağıra....
Amma anlaya bilmirdi ki, niyə məhz "Əkbər” deyə ağlayırlar. Soruşmaq istədi. Səsiçıxmadı. Nə qədər cəhd etdisə, nitqi açılmadı. Yavaş-yavaş çoxalan adamlarabaxdı. Gözləri ilə kimisə axtardı. Tapa bilməyəndə istədi kimsə ona nə başverdiyini anlatsın. Mina bibi elə bil Yasəmənin fikrini tutdu:
- Yazıq bala, ay bala, Əkbərin öldü. Yazıq, ay yazıq yetim! -deyə sanki Yasəməniayıltmağa, olduğu röyadan oyatmağa çalışdı.
Yasəmənin qaranlıq çökmüş beynində birdən elə bil şimşək çaxdı. Yalnız o biranlıq şimşəyin işığında hər şeyi aydınca gördü. Əkbər ölüb...
Dodaqlarının arasından zəif səs eşidildi: "Əkbər?” Söz ağzından çıxan kimi birparça ət olub, yerə sərildi.
Gözünü açanda başının üstündə qara geyimli, qara yaylıqlı qadınları gördü. Üzləriniseçə bilmirdi. Danışmağa halı da yox idi ki, kimliklərini, nə istədiklərini,indi kimi aparmağa gəldiklərini soruşsun.
Kimsə yavaşca "Allaha şükür gözünü açdı” - dedi. Bir başqası isə "Allahın rəhmio körpəyə gəldi. Körpə lap yetim qalardı” cavabını verdi.
"Körpə, yetim, yetim körpə”. Yenə heç nə anlaya bilmədi. Nəsə soruşmaq istəsə də,iniltidən başqa ondan heç bir səs çıxmadı. Gözləri qapandı. Arada qulağınauğultu qarışıq insan səsləri gəlsə də, bu səslər tez də kəsildi.
Axşamtərəfi idi. Həyətdə adam əlindən tərpənmək olmurdu. Kişilər bir kənara çəkilib,siqaret tüstülədir, astadan söhbət edirdilər. Kəndin yeniyetmələri neçə gün əvvəltikilmiş böyük mağarı sökür, qadınlar həyət-bacanı qaydaya salır, uşaqlar isəqonşulardan gəlmiş stol-stulları, müşəmbələri, mağarın içərisinə vurulmuş gəbəvə kilimləri paylaşdırırdılar. Hamı sanki bir-biri ilə küsülü idi. Böyük günahetmiş adamlar kimi bir-birinin gözünün içinə baxmır, susurdular. Birdən Şəfəqiçəri evdən h[vlanak çıxıb, pilləkənlərin başına gəldi:
- Mina bibi, Yasəmən ayıldı, gözlərini açdı!
Həyətdə canlanma yarandı. Hamının üzünə ani bir sevinc gəldi. Çünki Yasəmən Əkbərinölüm xəbərini eşidən gündən dərin sarsıntıdan infarkt keçirmişdi. Kəndin həkimi- Qədir həkim bir müddət xəstənin yanından ayrılmamış, onu yerindən tərpətməyə,narahat etməyə qoymamışdı. Odur ki, qohum-əqrəbadan çox özü sevinirdi. Çöləçıxıb Mina bibiyə yaxınlaşdı:
- Ay Mina bajı, çalışın gəlinin yanında ağlayıb, sızlamayın. Ağır sarsıntıdaninfarkt keçirib, amma qorxmayın, yüngüldü. Kaş ağlayaydı! Ağlaya bilmədiyi üçünzərbə ürəyə dəyib. Yataqdan qalxmasın, uşağı yanından götürməyin! Tez-tez gələjəm.
- Sağ ol, başına dönüm, ay həkim! Ay həkim, səni yaman narahat elədik!
- Bu nə sözdü ay Mina bajı? Borcumuzdu! Bir narahatçılıq olsa, xəbər verin!
Həkim sağollaşıb getdi. İndi heç kəs pilləkənlə qalxmağa, içəri keçməyə ürək eləmirdi.Hamı bir-birinin üzünə baxırdı. Bilirdilər ki, içəridə Yasəmənin sual dolubaxışları onların yolunu gözləyir.
Əkbərin böyük bacısı Fitat önlüyü yaxasından açıb, əllərini sildi. Elə önlük əllərindətərəddüdlə pilləkənləri qaxdı. Evin qapısını açıb, içəri keçdi. Çarpayının baştərəfinə iki balış üst-üstə qoyulmuş, tibb bacısının köməyi ilə Yasəmən obalışa söykənmişdi. İfadəsiz gözləri elə hey bir məchulnöqtəyə baxırdı. Bu neçəgündə ac-susuz olması onu xeyli sınıxdırmışdı. Rəngi yenə əvvəlki kimiqaralmış, gözləri çuxura düşmüşdü. Fitat qoşa çarpayıda Əkbərin yatdığı tərəfinboş olmasını elə bil indi gördü. Fikrindən nə keçdisə, qəhərini zorlaboğa-boğa:
- Can, can, Allah məni öldürsün! - dedi.
Fitatın yaşı hələ qırxı təzə adlasa da, dünyanın bərkinə-boşuna dəfələrlədüşmüşdü. Amma indi nə demək, necə təsəlli vermək lazım olduğunu bilmirdi. Əkbərinona doğma qardaş olduğunu sanki unutmuşdu. Elə bil Əkbər yalnız Yasəmənə məxsusidi. Qardaş kimi də, ər kimi də, dost kimi də, lap elə sevgili kimi də. Ona eləgəlirdi ki, doğma bacı olsa da, Əkbərin itkisinə Yasəmən qədər yanmır. Özünütoxtaq göstərməyə çalışdı:
- Qadan alım, neçə gündü, ajsan, nə yeyirsən, gətirim?.. Çay içirsən?.. Ürəyinnə istəyir?.. Balanı görmək istəyirsən?.. Sən Allah, ürəyin nə istəyir?
Yasəmənin ifadəsiz gözlərində yumrulanmış iki damla yaş sifəti aşağıyuvarlanaraq sinəsinə düşdü. O, zəif səslə, astadan:
- Əkbəri... - dedi və bu dəfə aramsız süzülən yaşlar həyətin ayağından axanarxı xatırlatdı. Ölüm xəbəri çıxandan bəri ilk dəfə idi ki, Əkbər üçün göz yaşıaxıdırdı Yasəmən!
Gələcəkdə onu nələrin gözlədiyini bilməsə də, kəlməbaşı eşitdiyi "yazıq” sözüçox şeydən xəbər verirdi. Həkimin tapşırıqları Fitatın yadından çıxmışdı, o daYasəmənə qoşuldu və anladı ki, yeddi gündür o, ancaq şəhid olmuş qardaşınıağlayıb, indi isə arzu-muradı gözündə qalmış, ümidləri sönmüş, ruhən ölmüş Yasəməniağlayır. Ağladıqca fikri aydınlaşan Fitat dilinə qəfil gələn sözləriüyüdüb-tökməyə başladı:
- Qadan alım, belə yanıqlı-yanıqlı ağlama. Neynəmək olar, ölüm haqdı, alnımızanə yazılıb, onu da görəjiyik. Ağlama, başına dönüm, ağlama, şükür, bir balanvar. Əkbərin yadigarıdır. Ona yaxşı bax, böyüt! Əkbərin ruhu da şad olsun! Təkcəsənin başına gəlməyif ha! Sakit ol... ağlama... qadan alım!
Yasəmən artıq sakitləşmişdi. Yenə də gözünü bir nöqtəyə zilləyib durmuşdu.Fitat Yasəmənin kiridiyini görüb, söhbətin səmtini dəyişməyə çalışdi:
- Yasəmən, bir əsgər gəlmişdi. Əkbərin silahdaşı. Nə vaxtdandı bir yerdəymişlər,- ağlamsındı, - Əkbər elə onun qolları arasında can verib. Deyəsən, xeyli dəsöhbət ediblər, nə bilim, vallah, nəysə sözdü adama oxşuyurdu. Səni görmək istəyirdi,deyəsən?!.
Yasəmən bu neçə vaxtda ilk dəfə ağzını açıb, bir neçə kəlmə söz söylədi:
- Bəs indi, hanı?
- Gedib, günortadan gedib, bəlkə cümə axşamı gəldi.
Yasəmən gözlərini qapadı, artıq ağlamağa da heyi-taqəti qalmamışdı. Fitat eləbildi ki, o, yatmaq istəyir. Tez oturduğu yerdən qalxıb, barmaqlarının ucundaqapıya tərəf getdi.
Əkbərin yeddisindən beş gün keçmişdi. Sabah isə cümə axşamı olacaqdı. Yenə də həyətqələbəlik idi. Hamı sabahkı məclisə hazırlaşırdı. Yasəmən heç bir iş görməsə dəəlləri qoynunda, eyvanda dirəyə söykənərək fikrə getmişdi. Elə bil ətrafda başverən səs-küyü, qaynaşmanı görmür, eşitmirdi. Əslində heç nə fikirləşmirdi, heçfikirləşə də bilmirdi. Hər şey gözündə adiləşmişdi. Bu adilik onu o qədərsıxırdı ki, bu həyətdən, bu kənddən, lap elə bu dünyadan qaçmaq, uzaqlaşmaq istəyirdi.Təsəlli tapacağı, sakitləşəcəyi bir guşə axtarırdı Yasəmən... Elə bir yer ki,orda əvvəlki kimi xoşbəxt olsun, qayğısız olsun! Fikrində axtardı, aradı... vətapdı. O, yalnız Əkbərin yanında, onun qolları arasında xoşbəxt olar...Qayğısız olar... Ürəyində sevindi, yer tapdığına görə... İçi çiçək açdı, biraddım atsa, Əkbərlə görüşəcək, Əkbərlə birlikdə olacaq. Heç kəs onu Əkbərdənayırmayacaq... heç kəs...
Gözü eyvanda, dirəyə bərkidilmiş elektrik xəttinə sataşdı. Yasəmən əlini atıbelektrik xəttini var gücü ilə dartdı. Xətt Yasəmənin əlində gəldi. Kimsəningörüb-görmədiyini yəqinləşdirmək üçün ətrafa göz gəzdirdi. Birdən lapqarşısında, uşaq arabasında yatmış körpə onu yuxudan ayıltdı. Nə etmək istədiyiniindi anladı. "Yaxşı, Əkbər yox, mən də yox... Bu uşağa kim məhəbbət göstərəcək,kim onu sevib əzizləyəcək? Heç kim! Mən boyda adam nəvazişin, məhəbbətinyoxluğundan usanmışam, bəs bu körpə necə dözəcək?.. Heç kim onu mənim qədərsevməyəcək axı, uzaq başı mərhəmətlə başına sığal çəkəcəklər, vəssalam... bəssonra?”
Öz yetimliyini yadına salan Yasəmən əlindəki elektrik xəttini kənara itələyib,dünyadan xəbərsiz, arabasında yatmış körpəsini sinəsinə sıxdı və bu neçə gündəilk dəfə yanıqlı səslə, ucadan ağı deyib hönkürməyə başladı.

Əzizim ağlamazdım,
Gülərdim, ağlamazdım.
Bilsəydim vəfan budu,
Sənə bel bağlamazdım.

Həyətdəkilər əllərini bir anlıq işdən ayırdılar. Qadınlardan bir neçəsi yuxarıçıxaraq, Yasəmənlə bərabər göz yaşı tökməyə tələssələr də, Mina bibi əli iləonlara "olmaz” işarəsi verib sakitcə dedi:
- Dəyməyin, qoyun ürəyini boşaltsın.
Səhər hamı tezdən oyanmışdı. Hər kəs öz öhdəsinə düşən işi görürdü.
Yasa gələnlər iki-bir, üç-bir həyətə daxil olur, Ədil onları qarşılayıb mağaradəvət edirdi. Qadınları isə bacısı Fitat otağa aparırdı. Bu zaman həyətə bir əsgərgirdi. Qadınlardan başqa həyətdə hər kim vardısa, hamı onun qarşısına yeridi.Xüsusi hörmətlə əsgərə yaxınlaşıb, mehribancasına görüşdülər. Ədil əsgəri dəmağara dəvət etdi.
-Məni bağışlayın, burda çox qala bilmərəm. Sabah döyüş olacaq, gərək gedibhazırlaşım. Amma Yasəmən bacıya çatacaq əmanət, gərək verim. - Ədil məsələdənhali adamlar kimi başını yellədi. Razılığını verdi. Üzünü Fitata çevirib dedi:- Yasəməni çağır gəlsin!
Fitat Yasəmənin nə üçün çağrıldığını anlamasa da, yaşına uyğun olmayan bir cəldlikləağlaşma olan otağa tərəf getdi. Gözləri ağlamaqdan qıpqırmızı qızarmış Yasəmənləqayıtdı. Ədil, Fitat, Yasəmən və əsgər boş otaqlardan birinə keçdilər. Söhbətənədən başlayaçağını bilməyən əsgər bir müddət susdu. Sonra siqaretini yandırdı.Və asta-asta danışmağa başladı:
- Əkbər səmimiyyətinə görə orduya gələn gündən hamının hörmətini qazanmışdı.Çox ciddi oğlan idi. Döyüşə hamıdan əvvəl atılar, döyüş meydanını hamıdanaxırda tərk edərdi. Döyüşlərə ruh yüksəkliyi ilə hazırlaşmasında hamıya örnəkidi. Bəzən boş vaxtlarımızda hərə bir işlə məşğul olardıq. O isə qara rənglikiçik bir bloknotu açar, qələmi əlinə götürüb, ora nəsə yazar, yazını bitirdikdənsonra, gözünü açıq bloknotun yazılı səhifələrinə zilləyərək bəlkə də, saatlarlaxəyala dalardı. Öz aləminə elə qapılardı ki, mənim ona baxdığımı, bəzən də hərəkətlərinəgüldüyümü də hiss etməzdi. Sonra bloknotu cibinə qoymazdan əvvəl iki dəfə öpərdi.Sonradan bildim ki, şəkildir. Bir gün yenə yazırdı.
Mən ona yaxınlaşıb:
- Deyəsən, "şanlı”dı hə? - dedim.
Başını qaldırıb gülümsədi:
- Yox, "şansızdı”! Oğluma, yoldaşıma yazıram! - dedi.
- Dost, deyəsən, sən hər döyüşdən əvvəl bir roman yazıb gedirsən!
- Ölüm göznən qaş arasındadır, İsmayıl! Hər an, hər şey ola bilər. Mən bilirəmki, həyat yoldaşım mənim itkimə dözməz, ona görə də çalışıram onu özümovundurum. Axı, oğlum onsuz lap yetim qalar. Ürəyimə damıb ki...
- Ə, yaxşı sən Allah! Yekə kişisən, durub boş-boş şeylərdən danışırsan. Denən,ay İsmayıl, qoy müharibə qurtarsın, səni aparım…ə, tut ağacınız varmı?
- Hə...
- O tut ağacının altında bir yaxşı qonaqlıq verim, səni ailəmlə tanış edim... Səndə başlamısan bəd-bəd danışmağa... xeyirsöyləməz!
Əkbər mənim ürəklə dediyim şirin arzularla gülümsündü:
- Yaxşı, mən təslim, müharibədən sonra gedirik bizə! Amma səndən bir xahişimvar... Əgər mənə bir şey olsa, bu bloknotu həyat yoldaşıma çatdır. Oldu?
- Oldu, oldu... Allah eləməsin!
Söhbətləşdiyimiz günün sabahısı döyüş əmri verildi. Bizim batalyon xüsusicoşğunluqla döyüşə atıldı. Əkbəri isə döyüş ərəfəsində tanımaq mümkün deyildi.Ermənilərə qarşı o qədər nifrətlə döyüşürdü ki, onları məhv etmək, yer üzündənqaşımaq eşqi ilə alışıb-yanırdı. Əvvəl səngərdən çıxmadan atəş açırdısa, indiirəliyə sürünərək, düşmənləri daha yaxından biçib-tökürdü. Artıq düşmən onu hədəfəgötürmüşdü. Buna baxmayaraq, Əkbər yerini dəyişmək, geri, səngərə qayıtmaqfikrinə düşmürdü. Birdən qarşı tərəfdən "Qrad” mərmisi Əkbərin lap yaxınlığınadüşdü. Əkbər tərpənmədi.
Əkbərin paltarı deşik-deşik olmuş, hər tərəfindən qan axırdı. Hiss olunurdu ki,onu heç cür xilas etmək mümkün deyil. Son dəqiqələri idi. Nəsə demək istədi.Dillənə bilmədi. Amma gözlərini üzümə zilləyərək, sanki "tapşırığımı unutma”,dedi və gözlərini əbədi yumdu. Bu müharibə dövründə, mən təbii ki,silahdaşlarımın çoxunun ölümünün şahidi olmuşam, kədərlənmişəm. Amma Əkbərinitkisi məni dərindən ağrıdıb. Bəlkə də onun bloknotu mənim əlimə keçməsəydi, mənbu qədər sarsılmazdım.
İsmayıl əlini cibinə atdı. Ordan qara cildli bir bloknot çıxardi:
- Buyurun, Yasəmən xanım, bu, sizə çatacaq! - dedi və üstündən dağ götürülmüşadam kimi dərindən nəfəs aldı. Sonra acı və təəssüf dolu təbəssümlə dilləndi: -Əkbər xoşbəxt insandı, sizin kimi həyat yoldaşı, oğlu, bacısı, qardaşı, qohum-əqrəbası,heç olmasa basdırıldığı qəbiristanlığı var. Mən isə hər şeydən məhrumam!
- Niyə, qardaş!
İsmayıl indiyə qədər təmkinlə danışmasına, hərəkət etməsinə baxmayaraq,qeyri-ixtiyari gözləri doldu. Kəsik-kəsik qəhərli səslə:
- Mən Xocalıdanam! - dedi və iti addımlarla ordan uzaqlaşdı. Yəqin ki, gözyaşlarını qadınların yanında göstərmək istəmədi.
Yasəmən əlində dəftərçə yenidən həmin otağa qayıtdı. Fitat israrla içəridəqalmaq istəsə də Yasəmən razılaşmadı. Qapını bağlayıb, dəftərçəni vərəqləməyəbaşladı.
Dəftərçənin içəridən cildinə keçirilmiş, iki-üç ay bundan əvvəl oğlu ilə birgəçəkdirdiyi şəkil, sonra isə aydın xətlə yazılmış bir neçə vərəq göründü. Yasəməndəftərçəni burnuna yaxınlaşdırıb qoxladı. Gözlərinin yaşını silib, dəftərçənioxumağa başladı.

1-ci vərəq

"Yasəmən, indi başa düşürəm ki, səni nə qədər sevirmisəm. Ayrılıq adama coxşeylər deyir. Yaxşı ki, heç vaxt xətrinə dəyməmişəm, yoxsa indi altını çəkərdim.Səmədin üzündən, gözlərindən öp. Mən ikinizi də öpürəm. Sağ olun!”

2-ci vərəq

"Salam, sabah döyüşə gedirik, oğlum amanatı! Məni qoruduğun kimi, sevdiyinkimi, onu da qoru, sev. Çünki o, mənim parçamdı. Görüşmək ümidi ilə! Öpürəm.Sağ ol!”

3-cü vərəq

"Mənim həyatım, salam! Bəlkə də, sən bunları oxuyanda mən həyatda olmayacağam,bəlkə də...
Çox arzu edirəm ki, bunu müharibə qurtarandan sonra həyətdəki tut ağacınınaltında birgə oturub oxuyaq və gülək. Həm də biləsən ki, səni nə qədər sevirəm”.

4-cü vərəq

"Yasəmən, şər deməsən, xeyir gəlməz. Müharibənin öz qanunları var, ölüm hər anbaşımızın üstündədir. Bir canım var, onu da anama, Vətənimə qurban demişəm.Onların borcundan çıxmaq üçün elə bilirəm canım bəs edər. Başqa heç kimə borcumyoxdu”.

5-ci vərəq

"Heç kimin yanında gözükölgəli deyiləm. Kimə nə söz vermişəm, yerinə yetirmişəm.Kimə borclu olmuşam borcun qaytarmışam. Bir səndən başqa...”

6-cı vərəq

"Sənə söz vermişdim, səni xoşbəxt edəcəm deyə... Sənə söz vermişdim, həyatımınsonuna qədər səndən ayrılmayacağam deyə... Səni kədərlənməyə, ağlamağaqoymayacağam. Sənə söz vermişdim... Bu müharibədi, Yasəmən! O, bizimarzularımıza, sözümüzə məhəl qoymur, öz bildiyini edir”.

7-ci vərəq

"Əgər ölüm haqlasa... məni sözümü tutmamaqda günahlandırma, Yasəmən! Mənibağışla! Çünki təkcə sənə verdiyim sözə, vədə əməl edə bilmədim... təkcə səninyanında günahkaram...Təkcə sən bağışla!

Əntiqə Rəşid