Ötən həftə nə qədər mina zərərsizləşdirilib?
Azad olunan ərazilərdə oktyabrın 5-dən 11-dək 34 tank əleyhinə mina, 327 piyada əleyhinə mina, 624 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Hesabata əsasən, həmin müddət ərzində 1239,1 ha ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Digər Xəbərlər
12 Oktyabr 2026 11:31
Hərbi xidmətə çağırışla bağlı 8 cinayət işi başlanıb – 8 nəfər məhkəməyə göndərilib
12 Oktyabr 2026 11:27
DYP-dən tövsiyə
12 Oktyabr 2026 10:59
Bakıya gələn təyyarələr PUA hücumuna görə ləğv olundu
12 Oktyabr 2026 09:50
ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək
12 Oktyabr 2026 09:24
Azərbaycanda "Instagram" və "TikTok"a girişdə problem yarandı
11 Oktyabr 2026 15:27
"Dini xurafat, dini mövhumatçılıq keçmişin qalıqlarıdır" - Bəyanat
11 Oktyabr 2026 09:02
Bu qərar hicaba qarşı yönəlməyib - Sabir Rüstəmxanlı
11 Oktyabr 2026 08:49


Bakı -°C

