Təhsil Nazirliyindən maliyyə nazirinin təklifinə münasibət
Maliyyə naziri Samir Şərifov ali məktəblərdə "maliyyə məsələləri üzrə prorektor" vəzifəsinin təsis edilməsini təklif etmişdi. Lent.az- bununla bağlı Təhsil Nazirliyinə "Tərəfindən nazirin bu təklifi necə dəyərləndirilib və universitetlərdə belə bir vəzifənin təsis edilməsi nəzərdə tutulurmu"? sorğusu ünvanlayıb. Nazirlikdən bildirilib ki, təkliflə bağlı ilk olaraq icra mexanizmi hazırlanmalıdır: "Bu təklifin konkret icra mexanizmi hazırlandıqdan sonra müvafiq rəy bildirmək olar”.
Qeyd edək ki, maliyyə naziri ali məktəbləri tənqid edərək vurğulamışdı ki, ali təhsil müəssisələrinin rəhbərliyinin sərəncamında böyük vəsaitlər mövcuddur və bunlar əvvəllər olduğu kimi Dövlət Xəzinədarlığı tərəfindən nəzarət yoxdur. "Beləliklə bu nəzarət məhz ali təhsil müəssisələri tərəfindən həyata keçirilməlidir”