Təhsil eksperti: “Bakıda elə məktəblər var ki, ildə iki dəfə təmir olunur, amma regionlarda...”
Xəbər verdiyimiz kimi dünən saytımızda Cəlilabadın Maşlıq kənd orta məktəbinin qəzalı vəziyyətdə olmasıyla bağlı yazı yayımladıq. Təbii ki, xəbər oxucular tərəfindən birmənalı qarşılanmadı. İndiki dövrdə uşaqlara kafedə dərs keçirilməsini insanlar ürək ağrısıyla qarşıladılar.
Adalet.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov regionlarda qəzalı vəziyyətdə olan məktəb binalarının yerində yenisinin tikilməsinin vacibliyini vurğuladı:
“Bu cür qəzalı məktəb binaları çoxdur. İndi özümüz də bu məktəb binalarının şahidi oluruq, ayrı-ayrı şəxslər də belə məktəbləri çəkib sosial şəbəkədə paylaşırlar. Məktəb tikintisiylə bağlı çox işlər görülür. Amma qəzalı məktəb binalarının çox olması problemi həll edib başa çıxmağa hələ ki, imkan vermir. Ölkə başçısının regionların inkişaf etdirilməsi haqqında sərəncamı var. Ancaq regionların inkişaf etdirilməsini biz bir çox hallarda parkların salınmasında, yolların çəkilməsində görürük. Amma regionların inkişafı həm də təhsil və səhiyyəyə də diqqətin artırılması deməkdir. İndi bizim kifayət qədər kəndə göndərilən müəllimlərimiz var ki, şərait olmadığından Bakıya geri qayıdır. Şəhərdə elə məktəblərimiz var ki, orda iki ildən bir təmir işləri aparılır. Ordakı kompüterlərin sayı-hesabı yoxdur. Amma ucqar kəndlərimizdə isə elə məktəblər var ki, bir dənə avadanlıq yoxdur. Cəlilabadın Maşlıq kəndindəki məktəb binasının fotolarını gördüm. Çox acınacaqlı vəziyyətdir. Belə olmaz. Əlaqədar qurumlar hərəkətə keçməlidir”-deyə təhsil eksperti bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
10 Sentyabr 2026 17:47
Bakı Türk Anadolu Liseyində yeni laboratoriya istifadəyə verilib
10 Sentyabr 2026 16:14
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
10 Sentyabr 2026 11:08
“Bəs biz neçə tədris ili irəlidəyik?”
10 Sentyabr 2026 09:43
Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
09 Sentyabr 2026 17:00
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09 Sentyabr 2026 13:23
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
08 Sentyabr 2026 13:32
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib
08 Sentyabr 2026 12:08


Bakı -°C

