adalet.az header logo
  • Bakı -°C
03 Fevral 2026 12:28
69
DÜNYA
A- A+

Tehranın ən böyük bazarında güclü yanğın olub - VİDEO

Bu gün İranın paytaxtı Tehranda güclü yanğın hadisəsi qeydə alınıb. 

Adalet.az İran KİV-lərinə istinadən xəbər verir ki, Tehrandakı "Cənnətabad" bazarında genişmiqyaslı yanğın başlayıb. Məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib və alovun qarşısının alınması üçün işlər davam edir.

Yanğının 2000 kvadratmetrlik anqarda başladığı və qısa müddətdə yayıldığı bildirilir. Hazırda yanğının nə qədər ərazini əhatə etdiyi dəqiqləşdirilir.

Xəsarət alanlar barədə hələlik məlumat verilməyib. Hadisə ilə bağlı ilkin səbəblər araşdırılır.