adalet.az header logo
  • Bakı -°C
03 Fevral 2026 13:41
59
ŞOU-BİZNES
A- A+

Mənzurə Musayeva: “Bircə o hissin dadını bilmirəm”

Mənzurə Musayeva  şəxsi həyatında yaşadığı uğurlardan danışıb.

Adalet.az bildirir ki, müğənni daha çox övlad sahibi ola bilmədiyi üçün üzüldüyünü etiraf edib:

“Bütün qadınlar kimi övlad sahibi olmaq istəmişəm. Kim istəməz ki, övladı olsun? Həmişə deyirəm ki, bu mövzu mənim yaralı yerimdir. Övladım olsaydı, həyatım əlbəttə, bir başqa cür olardı. Düzdür, qardaşımın qızın böyütmüşəm. O mənim mənəvi qızımdır. Hətta onu gəlin köçürmüşəm, 4 yaşında nəvəm də var. Amma qəlbinin dərinliyində bilirsən axı, hiss edirsən ki, bu sənin  övladın deyil. Çünki o uşağın atası- anası var. Ona öz övladın kimi qışqıra bilmirsən, ərk edə bilmirsən. Ehtiyat edirsən ki, birdən xətrinə dəyər. Həmişə deyirəm ki, tale mənə hər şey verdi. Mülk, var- dövlət, şan-şöhrət, ancaq bircə balanın dadını bilmədim (ağlayır). Ancaq bütün hallarda Allaha şükür edirəm. Demək mənim qismətim belə imiş”.

Əntiqə