Tehranda 17 mərtəbəli ticarət mərkəzi çökdü - VİDEO
İranın paytaxtı Tehranda güclü yanğın nəticəsində 17 mərtəbəli ticarət mərkəzi çöküb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 200-ə yaxın insanın xəsarət aldığı bildirilir. İlkin məlumata əsasən, həmin an binada 30-a yaxın adam olub.
Ticarət mərkəzi Türkiyənin İrandakı səfirliyinin binasının yaxınlığında yerləşir.