adalet.az header logo
  • Bakı 18°C
29 Aprel 2019 18:24
145480
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

III. 5.40, 5.42,5.44, 5.46 yol nişanları müvafiq zonanın başladığı yerdə, 5.41, 5.43, 5.45,5.47 yol nişanları həmin zonanın qurtardığı yerdə quraşdırılır. 5.40, 5.42,5.44, 5.46 yol nişanları müvafiq zonada yerləşən bütün yollarda qüvvədə olur.

IV. Qəzadayanacağı yerləri təcili rabitə telefonu və ya yanğınsöndürənlə təchizedildikdə 5.48.1 və 5.48.2 "Qəza dayanacağı yeri" yol nişanlarınınaşağı hissəsində müvafiq olaraq 6.17 və 6.18 yol nişanları quraşdırılır.

V. 5.49.1,5.49.2 və 5.49.3 yol nişanları tunellərdə maksimum 50 metr bir-birindən aralıolmaqla 1-1,5 metr hündürlükdə yan divarlarda quraşdırılır və qəza çıxışlarınınistiqamətini və məsafəsini göstərir.

VI. 5.50.1,5.50.2 və 5.50.3 yol nişanları avtomagistraldan çıxış yerlərinədək olan məsafənigöstərir.

Maddə 67. Servisnişanları

I. Servisnişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir.

II. Servisnişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağfon üzərində təsvir olunur. Servis nişanları yaşayış məntəqələrində bilavasitəobyektlərin yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. Yaşayış məntəqələrindənkənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60-80 kilometr, 15-20km və 400-800 metr aralıda quraşdırılır. Yaşayışməntəqələrinin yollarındaonları əvvəlcədən, göstəriləcək obyektlərdən 100-150 metr aralı məsafədə vəonlara yaxın dönəcək yerlərdə quraşdırırlar.

Maddə 68. Əlavəməlumat nişanları

I. Əlavə məlumatnişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirirvə ya məhdudlaşdırırlar.

II. Lövhəciklərbirlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər.Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda,7.2.2-7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.

Maddə 69. Yolunnişanlanması

I. Yolunnişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindənbiri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılışqabiliyyətinin yüksəldilməsinəxidmət edir.

II. Yolnişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkətiqaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətinibildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinəçəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə,habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur.

III. Yolunnişanlanmasının aşağıdakı formaları vardır:

1) üfiqi;

a) uzununa(1.1-1.11);

b) köndələninə(1.12-1.15);

v) digərləri(1.16.1-1.24);

2) şaquli.

IV. Yolun nişanlanmasıyol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə vəistiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərinidəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir.

V. Yolun üfiqinişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolunhərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10 və 1.17 xətləri istisnaolunmaqla, ağ rəngdə çəkilir.

VI. Üfiqinişanlanma xətləri aşağıdakılardır:

1) 1.1 - əks istiqamətlinəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkətzolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini,nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallaraaid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir;

2) 1.2 -avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər);

3) 1.3 - dörd vədaha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarınıayırır;

4) 1.4 - 3.27nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir vəhərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;

(ardı var)