adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Aprel 2019 16:58
12211
ƏDƏBİYYAT

TƏDQİQATIN ÖZÜNƏMƏXSUSLUĞU

Ötən əsrinsonlarında Azərbaycanın istiqlaliyyət əldə etməsi ədəbi-nəzəri irsə münasibətdəmövcud stereotipləri aradan qaldıraraq milli-kul­turoloji zəminə söykənən yenibaxışlar sisteminin əsasını qoymuş oldu. Məhz bunun nəticəsindəfolklorşünaslığın ayrı-ayrı prob­lemlərinin, indi­yədək tədqiqatdan kənardaqalmış bir sıra aktual mə­sələlərinin yeni təfəkkür işığında öyrənilməsi vəaraşdırılması zərurəti yarandı. Son illərdə folklor, mifologiya, müqayisəlifolklorşünaslıqla bağlı bir sıra tədqiqatların ortaya çıxması bu ba­xımdan diqqətiçəkir. Bu mənada filologiya üzrə elmlərnamizədi Sevda İmanovanın "Folklor və magiya” (Bakı, "Elm və təhsil” nəşriyyatı,2017) kitabı problemin fərqli aspektlərinin tədqiqi və öyrənilməsi baxımındanaktuallıq kəsb edir.

Bilindiyi kimi, folklorla magiyanın qarşılıqlı əlaqələri müasir folklor­şünaslıqelminin maraq dairəsində olan məsələlərdən biridir. İndiyədək bu sahədə müəyyənaraşdırmalar aparılsa da, problemin mahiyyətinə varılmamış, onun təməl prin­sipləriaşkarlanmamışdır.

Tədqiqatınmövzusu Azərbaycan folklorşünaslığının ən mürək­kəb, çətin, nisbətən az öyrənilmişbir problemini əhatə etməkdədir. Başqa sözlə, Sevda İmanovanın "Folklor vəmagiya” monoqrafiyası bu mövzuda yazılmış ilk tədqiqat əsəri kimi təqdirəlayiqdir.

Monoqrafiyanın ayrı-ayrı fəsillərindəaraşdırılan problemin bu və ya digər aspektlərinin bütün yönlərilə səciyyələndirilməsinitəmin etmək məqsədilə tədqiqat ob­yek­­tinə yanaşma tərzinin fərqliliyinəmümkün qədər diqqət yetirilmişdir.

Belə ki, tədqiqatın ilk fəsli "Magiya, din,folklor və janr” adlanır. Tədqi­qatçı burada magiya problemini folklor və dinkontekstində səciyyəndirməyə çalışmışdır. Müəllif folklorla magiyanınqovuşduran məqamlara diqqəti çəkə­rək yazır: "Magiya ilə folkloru birləşdirən ortaq nöqtə magiksöz kultlarıdır. Ovsunlar, tilsimlər, sözlü sehr formulları belə magik sözkultlarının izləridir. Ovsunların,sehrinvə magik elementlərin müəyyən hissəsi əsatiri təsəvvürlərlə bağlıyaranmışdır. Bunların bir qismi tarixi Azərbaycan arealında qədim türktayfalarının mifik təsəvvürləri ilə əlaqədar olmuşdursa, digəri zərdüştilik gö­rüşlərinintəsiri ilə yaranmışdır. Ayrı-ayrı kultlar, xüsusən də təbiət hadisələri iləbağlı ovsun və magiyalarda daha qədim təsəvvürlərin izləri nəzərə çarpmaqdadır”.

Tədqiqatçının fikrincə, folklor və magiya əlaqələribaxımından diqqət yetirilməsi zəruri olan məqamlardan biri magik folklor janrlarıdır. "Bujanrlar birbaşa magiya ilə bağlıdır: burada magiya poetik strukturun bütün səviyyələrindəhakimdir. Yəni əslində bunlar birbaşa magiyanı təcəssüm etdirən folklorjanrlarıdır”. Monoqrafiya müəllifi həminjanrların əsasən iki nümunə: ovsunlar və cadularla təmsil olunduğuna diqqəti çəkir.

Monoqrafiyanın "Liro-dramatik folklor vəmagiya” adlanan ikinci bölümü adından da göründüyü kimi, magiya problemi xalq ədəbiyyatınınlirik-dra­ma­tik janrları timsalında dəyərləndirilmişdir.

Müəllifinqənaətincə, folklor və magiya əlaqələrininsemantik strukturu və tipologiyasının tədqiqinə zəngin material verən sahələrdənbiri mərasim nəğ­mələridir. O, ənənəvi prinsiplərdən çıxış edərək mərasimlərin mövsüm və məişət mərasimləriolaraq iki ən böyük qrupa bölündüyünü vurğulayır. Həmçinin mərasim folklorununöz janr tipologiyasına görə həm lirik, həm də dramatik növün əsas əlamətləriniözündə təcəssüm etdirdiyinə diqqəti çəkir.

Sevda İmanovanın fikrincə, "Folklor, onun növləri və janrları xalqınistək və arzularının, adət və ənənələrinin, mədəniyyəti­nin, qəhrəmanlıq düşüncə­ləri­nin,şivə və dialektlərinin, dünyaya baxışının, haqqa və ədalətə, xeyir və şərə olanmünasibətlərinin şifahi şəkildə, təfəkkürdən cəmiyyətə fəlsəfi inikasıdır”. O həmçininbunun "folklorun ilk növbədə yaddaş funksiyası ilə bağlılığından” qaynaqlandığınadiqqəti çəkir.

Monoqrafiyanın "Epik folklor və magiya”adlanan sonuncu bölümündə ma­giya problemi xalq ədəbiyyatın epik janrı iləbağlı şəkildə təhlil obyektinə çevrilmişdir. Burada müəllif xalq ədəbiyyatında magik səciyyəli obrazlarıntipoloji xüsusiy­yət­lərinə görə bir-birindən fərqləndiyi mülahizəsini irəlisürür ki, bu da elmi-nəzəri baxımdan yeni təsnifatdır. Onun fikrincə, folklordamagik görüşlərlə bağlı obrazlar tipoloji xüsusiyyətlərinə görə, iki qrupda təsnifoluna bilər:

"1) Bilavasitəmagik görüşləri təcəssüm etdirən obrazlar;

2) Magikcizgilərlə əlaqədar qəhrəman obrazları”.

Monoqrafiyamüəllifinin fikrincə, birinci qrupa aid olan obrazları birləşdirən tipolojicizgi həmin obrazların poetikasında magiyanın əsas rol oynamasıdır. "Yəni buobrazlar magiya ilə, sadəcə, əlaqəsiolan personajlar deyildirlər. Magiya bu obrazların poetikasını başdan-başa təşkiletməklə, həmin obrazların mahiyyətini, funksiyasını birbaşa müəyyənləşdirir. Məsələn,folklorumuzda Salur Qazan, Alp Aruz, Koroğlu və s. kimi obrazlar vardır. Buobrazların əsas tipoloji əlaməti qəhrəmanlıqdır. Onlar anadan qəhrəman kimidoğulur və bütün ömürləri boyu qəhrəmanlıq missiyasını həyata keçirirlər.Magiya belə obrazların poetik quruluşunun, sadəcə, bir səviyyəsini, yaxud bircizgisini təşkil edir. Amma elə obrazlar da vardır ki, onlar mürəkkəb funksiyadaşımalarına baxmayaraq, həmin obrazların poetik strukturunda əsas rolu magiyaoynayır”.

Problemə bu rakursdan yanaşma tərzibir tərəfdən tədqiqatın ayrı-ayrı fəsillə­rində qaldırılan problem­lərinbiri-birini tamamla­masına, digər tərəf­dən isə möv­zunun təkamül kon­tekstin­dədərkinə imkan vermişdir.

Monoqrafiyanın nəzəri yekunukimi səciyyələnən "Nəticə” bölümü ayrı-ayrı fəsillərdə irəli sürülən fikir, qənaətvə mülahizələrin ümumiləşdiril­məsi, ha­belə tədqiqatın gələ­cək pers­­­pektivlərininmüəy­yən­ləşdiril­məsi baxı­mın­dan diqqəti çəkir.

Tədqiqatın fəsilləri elmi şəkildə təsnif olunmuş, bu da araşdırılanprob­lemin bütün yönlərilə dəyərləndirilməsinə imkan ver­mişdir.

Monoqrafiyanın diqqəti çəkən mə­ziy­yətlərindən biri onun mövzu,problem, təhlil və tədqiq üsulu baxımından çağdaş folklorşünaslığın tələb vəprinsiplərinə cavab verməsi, milli-nəzəri məfkurəyə söy­kənilərək ya­zılması,eyni zamanda uzun illər milli düşüncə sisteminin yerini tutmuş sovetideologiyasının ənənəvi stereo­tip­lərinin, yanlışlıqlarının tən­qid, rədd vəinkar olunmasıdır. Qeyd etmək la­zımdır ki, bu aspekt özünü bütün təd­qiqatboyu aşkar şəkildə büruzə verməkdədir.

Müəllifmövzu ilə bağlı ən mühüm tədqiqatları ümu­miləşdirmiş, bu isə problemin təkamülprosesini geniş panoramda iz­ləməyə imkan vermişdir. Həmçinin monoqrafiya əvvəlki dövrün tədqiqatlarında birtərəfli şəkildətəqdim olunmuş yanlış meyllərin aradan qaldırılması, gələcək araşdırmalar üçünelmi zəmin ha­zırlanması baxımından əhəmiyyətlidir. Müəllifin analoji təhlilləriproblemin indiyədək öyrə­nilməmiş bir çox mübahisəli məqamlarının aşkar­lanmasınaimkan vermişdir.

Qeyd edəkki, Sevda İmanovanın "Folklor və magiya” monoqrafiyasında həm­çinin prob­leminnəzəri qoyulu­şu kontekstində ayrı-ayrı tədqi­qatçılarla polemikaya kifayət qədəryer verilmişdir. Araşdırma bəhs olunan problem haqqında sözün həqiqi mənasındacanlı təəssürat yaratmaqdadır.

Bütövlükdə monoqrafiyanınelmi-nəzəri səviyyəsi yüksəkdir, müəllifin müha­ki­mələri, mülahi­zələri və qənaət­lərimaraq doğurur. Araşdırmada təfərrüatçılığa, sitatçı­lığa, lüzum­suz isti­nad­larayol verilmə­miş, bütün məqamlarda qaldırılan problemin ümu­mi­ləş­dirilmiş as­pektdətəqdiminə çalışılmışdır.

İnanırıq ki, Sevdaİmanovanın "Folklor və magiya” monoqrafiyası folklorşünaslığın müxtəlif problemləri ilə bağlı tədqiqat aparan alimlərindiqqətini cəlb edəcək, yeni-yeni araşdırmalara təkan verəcək, elmi-nəzərimühitdə layiqincə dəyərləndiriləcəkdir.

Sənanİbrahimov,

filologiya elmləri doktoru, professor