adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2019 23:20
25966
ƏDƏBİYYAT

Təbriz(!!!)...

Sevgiliyə canqıyılır, Təbriz, amma

zaman-zamansənin canına qıydılar...

Şəhərlərində mürəkkəbi, sadəsi, alisi, adisi olurmuş... şəhərlərin də gözəli, çirkiniolurmuş... Həm də bu gözəlliklər, çirkinliklər zahiri parıltıyla, görünüşlətamamlanmırmış...

Uzunillərdir ki, yaxınlığından sakitcə ötüb Tehrana, Kaşana, İsfahana... Xorasanagedirəm, uzun illərdir ki, Aynalı dağının ətəklərinə enmədən zirvəsini tərkedirəm...

Təbrizəgəlirəm. Səhər saat yeddi radələrində Bakı-Təbriz avtobusu sonuncu dayanacağınayetişməlidir və dayanacağa iyirmi dəqiqə qalmış zəng vurmalıyam ki, məniqarşılamağa gəlsinlər. Bütün gecəni yatmadan ətarafı acgözlüklə seyr eləyən mənməhz sonuncu dayanacağa yarım saat qalmış yuxuya gedirəm. Oyanıram ki,avtobusda heç kim yoxdur. Aşağı enirəm. Sürücü sonuncu yol çantasını sahibinəverir, daha doğrusu, sonuncudan əvvəlincini, çünki sonuncu mən oluram. Ondanqonağı olacağım şəxslə təmas saxlayıb yetişdiyimi söyləməsini xahiş edirəm, zəngedib cavab verir ki, bir rübdən sonra burda olacaqlar. Təkərli yol çantamısürüyə-sürüyə uzaq olmayan xiyabana çıxıb səkidə gözləyirəm. Qırx-qırx beşyaşlarında küçəni süpürən bir kişi mənə yaxınlaşır. Salamdan sonra aramızdakıdialoq təxminən belə davam edir:

-Ana, belə şaxtalı havada küçədə niyə durmusan? Mən sənə kömək edə bilərəm.

Mən:

-Kömək etmiş kimi varsınız, təşəkkür edirəm, indi ardımca gələcəklər.

O:

-Burada gözləsən, xəstələnəcəksən, heç olmasa, iki qədəm aşağıda məscid var,get, orada gözlə ki, üşüməyəsən, mən gələn adama sənin məsciddə olduğunu söyləyərəm.

Mən:

-Narahat olmayın, burda gözləsəm, daha yaxşı olar.

Uzunsaplı süpürgəsini Təbrizin "dolanbadolan" küçələrinin məndən ibarətolan hissəsinin tozsuz üzünə çəkə-çəkə səkinin kənarından uzaqlaşır və mən gözləməyədavam edirəm. Heç beş dəqiqə keçməmiş yenidən yanımda peyda olur:

-Heç olmasa, ardınca gələn adamın nömrəsini de, təmas tutum.

Nömrənisöyləyirəm, həmsöhbətim bir neçə kəlmə ilə yolun hansı səmtinə keçib və hardagözləməyi tərəfə başa salıb çantamı götürür. Iki-üç dəqiqədən sonra hamımızeyni yerdə görüşürük. Qonağı olacağım şəxs mənə kömək edənin süpürgəçi olduğunugörüb minnətdarlığını bildirmək üçün cibindən pul çıxarır. Süpürgəçi özünü təhqirolunmuş kimi hiss edib yanımızdan uzaqlaşmağa çalışır:

-Mən xanıma pula xatir xidmət göst

ərmədimki, sadəcə, vəzifəmi yerinə yetirdim.

Mənzərəsüpürgəçiyə pul təklif edən oğlanın gözlərini yaşardır:

-Mən onun bu yaxşılığını, yəqin ki, heç vaxt unutmayacağam.

Bəli,Təbriz məni belə qarşılayır... sübhün ilik donduran şaxtasında səmimiyyətin hərarətinəisinirəm.

Qırmızırəngli Surxab dağının Qərb ətəklərində yerləşən Təbriz şəhəri çox sakitgörünüşüylə ruhuma dinclik bəxş edir. Günortaya yaxın küçələr adamla dolur,amma yenə də sakitlik... yenə dəhüzur... Sakinlər kimsənin rahatlığını pozmasınlar deyə az qala pıçıltıilə danışırlar. Maşınlar davamlı o tərəf, bu tərəfə şütüsələr də, sürücülər qardənəcikləri kimi bir-birinə mane olmadan hərəkət edir, fit dilində danışmırlar.Başımı qaldırıb Təbrizin hansı tərəfinə baxıram, dağdır: Səhəndin öz, Yanığınöz gözəlliyi...

Zəlzələnəticəsində üç dəfə yerlə yeksan olan bu şəhərin simasında sanki bütün əsr,bütün dövrlərin nişanı əks olunub; təlatümü dərində, həyəcanı üzdə deyil,dördminillik tarixinin lacivərd göylərindən boylanır kainata... Hər iki tərəfdənQuru çayın vadisinə sığınıb, yağışlı günlərdə pıçıltı nəğməsi dinləyir Təbriz.Bəli, şəhərlərin də alisi, adisi olurmuş... və Təbriz şəhəri sadəliyinalisidir. Desəm ki, zahiri görkəmi göz qamaşdırır, ulduzların parıltı nəşəsiniöz nurunda yox edir, yalan olar, lakin qaranlığın qəlbinə nüfuz etməyi bacarır.Bu həmin qaranlıqdır ki, II Sarqonun kitabələrində deyilir: "Tarmakis qalasının divarları ikiqatidi. Orada Fərat çayı qədər geniş və ətrafı qalın meşələrlə əhatə olunmuşkanal, gözəl binalar gördüm... Mən Tarmakis şəhərinə hücum edən zaman əhaliburanı tərk edib çöllərə qaçdı, mahalı ələ keçirib istehkam vəziyyətinəsalınmış müdafiə əhəmiyyətli yaşayış yerləri arasında döyüşə başladım".

Bəlkədə, Təbriz dünyada yeganə şəhərdir ki, onu görmədən, gəzmədən dünyanın mədəniyyətpaytaxtı haqqında fikir söyləməyə tələsmək olmaz.

Buqədim Azərbaycan şəhərinin dünya şəhərlərindən üstünlüyü beynəlmiləl iqlimindədir.Əhalisi öz dilinə, dininə sadiq olduqları kimi öz milli-mədəni adət-ənənələrinədə sadiqdir.

TəbrizGünəş şəhəridir; şəfəqlər qışın oğlan çağında da maşının bağlı şüşəsiarxasından adamı yandırır; Təbriz Vətən şəhəridir; hər qarış torpağında da ananəfəsi var...

Ustad Şəhriyarınməqbərəsini ziyarət edirəm, Xaqaninin ruhu ilə də orada görüşürəm. Məqbərədəbütöv Azərbaycanın tarixini əks etdirən zəngin kitabxana mövcuddur və Şəhriyar:

"Dedim: Azərelimin bir yaralı nisgiliyəm mən;

Nisgil olsam dagülüm, bir əbədi sevgiliyəm mən".

***

"Vətən eşqiməktəbində can verməyi öyrənmişik,

Ustadımız deyib:heçdir vətənsiz can, Azərbaycan".

Böyük şair,böyük filosof, böyük yazıçı harada, hansı əsrdə, hansı ildə, hansı şəraitdəyaşamasından asılı olmayaraq həmişə təkdir. Böyüklərin vətəni də böyük olur,lakin diqqət yetiriləcək incə bir məqam var: insan nə qədər böyüsə də,valideynlər üçün uşaqdır. Vətən dahilər üçün məhz bu mənada əvəzsizdir. Bəşəriideyaları, fikir sərhədləri hüdudsuz olan Şəhriyarın da doğma elinə, yurduna,torpağına bağlılığı məhz bu qəbildəndir və o da doğrudur ki, A. Şopenhauer,P.Pikasso, A. Kiarustami, M. Şəhriyar... s. i. həyatlarının mənasını bütündünya ilə paylaşdılar, amma vətəni vətəndən başqa heç yerdə tapmadılar.

Təbrizin tarixiabidələri, memarlıq üslubunda tikilmiş binaları, bazarları, bağları haqqındageniş danışmağa lüzum görmürəm, çünki görünüş zövq məsələsidir, hər kəsə bircür təsir eləyir, lakin söhbətin bu yerində Şəms Təbrizini xatırlamaq yerinədüşər: "Hər şey çox olduqca ucuzlaşsa da, ədəb artdıqca dəyər gətirir".Bax, Təbrizi dünyanın bütün şəhərlərindən fərqləndirən cəhət bu ədəb - incidolu sədəf məsələsidir...

Görüşlərimi Təbrizinyaradıcı şəxsləriylə davam etdirirəm: həmsöhbətim "Təbrizin səsi"radiosunun sədri Mehdi Nalbəndi, həmkarı Cəfər Rzayidir və ümumi qapısı eyniolan qonşu otaqda veriliş hazırlayan qadınlar da var. Cəfər Rzayi "Körpəsizbeşiklər" pyesi çap olunan kitabımı "bu kitab mənim dərdimə dəyəcək"deyə özü üçün ayırır. Söhbətimiz Qarabağ mövzusu ilə başlayır. Mehdi Nalbəndideyir: "Qarabağ xalqımızın ümumi dərdidir və bu məsələ müsbət həllinitapmayana qədər bizim rahatlıqdan danışmağa haqqımız yoxdur". Kitablarımıvərəqləyir, diqqəti İranın böyük ssenarist-rejissoru Abbas Kiarustami haqqındayazdığım "Yollar müəllifi" adlı məqaləyə cəlb olunur. Hiss olunur ki,əsərlərimin bəşəri diapozonu xoşuna gəlir. Mehdi Nalbəndinin hələ xəbəri yoxdurki, bir neçə gündən sonra Tehrandan yetmiş km aralıda yerləşən Ləvasan - Ləvasanatqəsəbəsinin Tükməzrəyi qəbristanlığında Abbas Kiarustaminin məzarını ziyarətetməkdən ötrü Təbrizdən Tehrana təyyarə ilə uçacaq, qəbristanlıq dağın döşündəyerləşdiyi və mən ora getdiyim zaman qar yağdığı üçün arxamca gənc sürücünün"indi düşəcəksiniz, indi yıxılacaqsınız" kimi çağırışlarına məhəlqoymadan az qala yüyürə-yüyürə özümü böyük ustadın məzarına çatdıracaq, ruhu ilə həmvətən, həmsöhbətolacağam.

Mehdi Nalbəndinindünya və həyat haqqındakı fikirləri nəzərlərimi oğurlayır; "Nəhcul bəlağədən"misal gətirdiyi kəlamlara heyranlıqla qulaq asıram. Söhbətimiz məcrasınıaşa-aşa hüzur sahillərinə qovuşur və mən özümü gizli xəzinə tapmış kimi hissedirəm; fikir rəngarəngliyi düşüncə fərqi yox, düşüncə Portreti yaradır. Aradaməndən müsahibə alsın deyə studiyanın boş olub-olmaması ilə də maraqlanır, axımən xəbərsiz təşrif gətirmişəm bu görüşə və söhbətin şirin yerində mənə bələdçilikedən təbrizli dostumdan soruşur:

- Yəqin ki, sizişə tələsirsiniz, amma biz Göyərçin xanımla söhbətə hələ indi başlamışıq.

Gülümsünürəm...Xatirə şəkli çəkdiririk və müşaiyət etməsinə razı olmasaq da, hörmətli

M. Nalbəndi biziçıxış qapısına qədər ötürür. Arxadabirlikdə çözəcəyimiz o qədər sual qalır ki...

Təbriz öncüllərşəhəridir... Frank

furt Almaniyaüçün hansı mənanı kəsb edirsə, Təbriz də İran üçün həmin funksiyada təmsilolunur. İranın ilkin çap və çap evi - basmaxana, daroltebae, daroltəbi, birincikitabxanası, kinoteatrı, təhsil mərkəzi, uşaq bağçası, kar və lallar məktəbi,rabitəsi, ticarət otağı, enerjisi, şəhəriçi avtobus kredit kartı, ilkxiyabanının asfalt örtüyü bu məkanda baş verib.

P.Kalderon söyləyir:"Ən pis günah doğulmaqdır". A.Kiarustami buyurur: "Ən böyük günah insanın xoşbəxt ola bilməməsidir"və mən deyirəm: "Ayrılmamaq mümkün olduğu halda ölümdən çətin ayrılığıkönüllü imzalamaq anda əbədiyyət sevdasıdır". Kaş Təbrizin - bütünvücudu həyat eşqilə dolmuşkən, başıuzaqları seyr edən bu qədim Azərbaycan şəhərinin həyat üfüqləri əbədi başlanğıc üçün həmişəyaşıl olsun!

Göyərçin Kərimi