"Təbii ki, bu qanunun qəbul olunmasından narazı qalanlar olacaq" - Deputat
"Təbii ki, bu qanunun qəbul olunmasından narazı qalan insanlar olacaq. Xüsusilə bu sahə ilə məşğul olan və bunun biznesini həyata keçirən şəxslərin müəyyən dərəcədə problem yaşayacağı ortadadır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Amma bu qanun bizə bir mesaj verir ki, insan sağlamlığı üçün zərərli olan sahələrdə biznes quran insanlar həmişə bu riskləri gözə almalıdırlar. Burada həm də mənəvi riskdən söhbət gedir. Bu sahə ola bilsin ki, qısa müddətə böyük gəlir gətirir. Vətəndaşın sağlamlığı gəlirdən əvvəl gəlir", - deyə deputat bildirib.
Digər Xəbərlər
02 Aprel 2026 17:07
Zakir Həsənov MDB-nin iclasında iştirak edib
02 Aprel 2026 16:57
Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Tacikistana təhvil verildi
02 Aprel 2026 14:59
Dövlət sifarişli tələbələrdən ödəniş tələb oluna bilər? - RƏSMİ CAVAB
02 Aprel 2026 13:50


Bakı -°C

