adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Mart 2019 12:25
22057
MƏDƏNİYYƏT

Teatrlarımızın səviyyəsi niyə aşağıdır? - MÜNASİBƏT

Azərbaycan teatrlarında tamaşalara insanların marağıhəmişəki kimi aşağıdır. Niyə tamaşaçılar tamaşalarda anşlaq yaratmırlar? Bəlkəbu teatrlarımızın günahıdır.

Adalet.az tanınmış aktyorlar, resissorlardan münasibətöyrənib.





Xalq artistiMəmməd Səfa: "Normal, gözəl tamaşa o vaxt ərsəyə gələ bilər ki, həqiqətən də otamaşada peşəkar aktyorlar, peşəkar rejissorların əməyi var. Və tamaşa kifayətqədər maliyyə vəsaiti ilə təmin olunursa. Bunlar varsa istədiyimiz nəticəniəldə edə bilərik.







Rejissor Gümrah Ömər: "Birinci növbədə teatrların maddi-texniki bazası təminolmalıdır. İş şəraiti yaxşılaşdırlamıdır. Vacib olan kadrları, mütəxəsisləri işəcəlb etmək lazımdır. Bundan başqa bütün məsələlər öz qaydaşına düşəcək.”










Aktyor Kamran Ağabalayev: "Düşünürəm ki, bu PR marketinqin sayəsində mövcudola bilər. Xatırlayırsınızsa "Cırtdan” tamaşası xeyli uğurlu oldu. Buna həmpiarın, həm də çox gözə gəlimli kostyumlar, çox gözə gəlimli bir dekor sayəsindənail oldular. İnsanın ilk gözü görür. Göz gördükdən sonra artıq insan anlamağabaşlayır ki, bu, yaxşı tamaşadı yoxsa yox. Düzdü, "Cırtdan”ı ciddi birtamaşayla müqayisə etmək istəmirəm amma yenə də bu fakt olaraq qalır ki, üç yüzminin üzərində gəlir gətirdi bu tamaşa.

Türkiyədəteatrları müəyyən bir aktyorun adıyla tanıyırlar. Niyə bizdə olmasın Qurban İsmayılovteatrı? Vidadi Həsənov teatrı? Laləzar Mustafayeva teatrı? Bu günsadaladıqlarım aktyorları sevənlər mütləq şəkildə düşünürəm ki, onların oynadığıtamaşalara zövqlə gedərlər. Hər şey zövdən, PR-dan asılıdır.”