adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Dekabr 2019 12:52
97338
MƏDƏNİYYƏT

Teatr Festivalında - Kimdir müqəssir?

Adətən, Respublika daxili TeatrFestivallarının keçirilməsinin heç bir əhəmiyyətinin olmadığını söyləyənlər əslindəböyük yanlışlığa yol verirlər. Bu kimi Teatr Festivallarının keçirilməsininböyük əhəmiyyəti var. Məqsəd teatr kollektivlərinin bir araya gəlməsi iləyeni-yeni yaradıcılıq təmaslarının qurulmasını təmin edə bilinməsidir. Məhz02-10 dekabr 2019-cu il tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığıilə 2+1 – III Eksperimental Teatr Festivalının keçirilməsi və təşkili də bu istəyinnəticəsi idi. Festivala Gəncə Dövlət Kukla Teatrı, Qusar Dövlət Ləzgi DramTeatrı, Ağdam Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Azərbaycan DövlətKukla Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı Uşaq Teatrı, QaxDövlət Kukla Teatrı, "ŞahMat” Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İnsənətUniversitetinin Teatr studiyası, Laçın Teatr Studiyası, "M teatr”ı qatılmışlar.Festivalın proqramına uyğun olaraq iştirak edən teatrların təqdim etdikləritamaşalar bir saatdan çox olmamaq şərti ilə göstərilməli idi. Təəssüflə qeydetmək istəyirəm ki, bir sıra teatrlar reqlament qaydalarına əməl etmək məqsədiləfestivala təqdim olunan əsərləri redaktə etməklə ümumi pyesin ana xəttinə vərejissor traktofkasına böyük ziyan vurmaqla, ideya bədii cəhətdən təqdimatınpozulmasına yol veriblər. Əslində bu kimi festivallarda mono tamaşalardanistifadə olunması nəzərdə tutulur. Əksər teatrlarımızın repertuarında isə monotamaşaların olmaması bu kimi problemlərin yaranmasına səbəb olur. Nəticədəfestivala təqdim olunan pyeslər bəsit və anlaşılmaz bir təsir bağışlayır.

Ancaq təqdim olunan bir tamaşa xüsusi olaraq diqqətimicəlb etdi. Respublikanın əməkdar artisti İntiqam Soltanın direktoru və bədii rəhbəriolduğu Bakı Uşaq Teatrının təqdimatında rus dramaturqu S. Yakovlevin eyni adlıvodovili əsasında Əbdürrəhim Bəy Haqverdiyevin təbdil etdiyi "Kimdir müqəssir?”pyesinin quruluşu maraq doğurmaya bilməzdi. İlk öncə deyim ki, tamaşanınquruluşçu rejissoru Elşən Zeynallı pyesin ana xəttində və ideya bədii cəhətinintəqdimi formasında uğurlu bir səhnə traktofkasına imza ata bilib. Belə ki,rejissor səhnə mizanlarının böyük ustalıq və dəqiqliklə təqdiminə çalışaraq,vodovilin və təbdilin ümumi kompazisiyasının qorunub saxlanılmasınıbacarmışdır. Təqdim olunan hər bir quruluşda isə pyesin bədii ekspozisiyasınındüzgün həllinin tapılması əsas şərtlərdəndir. Məhz rejissor Elşən Zeynallı bu məqsədənail olmaqla öz traktofkasında maraqlı səhnə əsərinin yaranmasına nail olabilib. Səhnədə cərəyan edən hadisələr fonunda əsərin bədii müqəddiməsi ümumisüjet haqqında yığcam məlumat verən hissələrə bölünür. Quruluşçu rejissor ElşənZeynallı öz traktofkasında süjet qurmaq üçün bədii müqəddimədən və yaekspozisiyadan istifadə edir. Bunulada bədii müqəddimə hadisələr üçün ilkin zəminhazırlamaqla baş verəcəklərin necə cərəyan edəcəyindən xəbər verir. Məhz bundansonra əsərin düyün nöqtəsi başlanır. Surətlərin xarakteristikası haqqında ilkqısa məlumatı da məhz bu hissələrdə rejissor tərəfindən edilən bölgülərdən dahaaydın şəkildə görə bilirik. Rejissor xarakterləri açmaq, konkret hadisələri cəmləşdirməküçün belə bir vasitədən istifadə edir. Bu isə tamaşanın ümumi axarına,baxılmasına və dinamik gedişatına böyük zəmin yaradır.

Klassik Azərbaycan ədəbiyyatının tanınansimalarından sayılan Ə. B. Haqverdiyev yaradıcılığının tədqiqatçılarından biriolan Kamran Məmmədov 1971-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən nəşrolunan "Ə. B. Haqverdiyevin dram əsərləri” I-cild kitabının 545-ci səhifəsindəyazır: "Rus dramaturqu S. Yakovlevin eyni adlı vodovilindən təbdil olunan"Kimdir müqəssir?” məzhəkəsi ilk dəfə 1909-cu ildə Bakıda "Kaspi” Şirkəti Mətbəsindəçap olunub. Pyes ikinci dəfə 1956-cı ildə nəşr edilib” və ya kitabın 209-cu səhifəsindəoxuyuruq: "Vodovil iki məclisdə. Məzmun əxz olunub”.

Kamran Məmmədovun bu təqdimatından bir daha beləbir nəticəyə gəlmək mümkündür ki, əslində Ə. B. Haqverdiyev "Kimdir müqəssir?”pyesini özü qələmə almayıb, ideya və bədii quruluşu Azərbaycan səhnəsi üçün tədbiledib.

Qeyd etməliyəm ki, təbdil olunan pyesin ideyasıkiçik bir ailənin timsalında böyük bəşəri problemlərin mövcudluğu, var-dövlətinəldə olunması üçün dəridən-qabıqdan çıxmaqla hərislik, insanın təkamül yolu,xüsusi ilə qadın və kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələrdənibarətdir. Məhz Ə. B. Haqverdiyev vodovili tədbil edərkən bu kimi hallarıxüsusi olaraq qabartmaqla cərəyan edən hadisələr fonunda vəziyyətlər halınıdiqqət mərkəzində saxlamağı bacarırdı. Buna görə də pyesin ana xətti düzgün təyinedilməklə vəziyyətlər halına daha çox yaxın hesab edilə bilər.

Təbdildə hadisələr fonunda iki obraz əsas olaraqgöstərilir. Mahmud və Bahar surətləri. Tamaşa boyu bir ailə daxili ziddiyyətlərbu obrazların xarakterində cəmlənir. Mahmud obrazını ifa edən aktyor Niyazİlyasoğlu baş verən hadisələri tam dolğunluğu ilə tamaşaçıya təqdim olunmasıüçün çalışır. O, rejissor traktofkasına uyğun olaraq mizanların düzgün seçilməsi,hadisələrə uyğun şəkildə oynanılmasına rəğmən səhnədə diqqətlə izlənilir. Kasıbbir ailənin birdən-birə varlanmaq üçün yaranan şəraitdən münasib bir şəkildəyararlanmaması hadisələrin daha da kəskinləşməsi, cərəyan edən vəziyyətlərindaha dolğun səhnədə təqdim olunmasına zəmin yaradır.

Bahar hadisələr fonunda əsas surət olaraq vəziyyətidaha da kəsginləşdirir. Onların qarşısına qoyulan üç saatın gözlənilməsi tələbiniyerinə yetirməyən Bahar müxtəlif bəhanələr axtarır və həyat yoldaşı olanMahmudu öz nəfsinə təslim edir. Baharın zatən öldüyünü görən Mahmud açılmamasılazım olan bir qabın ağzını açır. Bununla da onların hər hansı bir varidatasahib olmaları mümkünsüz olur. Tamaşada Bahar obrazını istedadlı aktrisa MəlahətƏhməd ifa edir. Hər iki aktyorun səhnədə ifası mahiyyət etibarı ilə müəllif tərəfindəntəbdilin sujet xəttində daha dəqiq desək obrazların mənəvi-psixoloji dəyərlərini,insani keyfiyyətlərini göstərməklə yanaşı əsl simalarını büruzə verərək, başverən hadisənin günahkarı olaraq bir-birini suçlamaqda və bununla da hər kəsyaxasını kənara çəkməyə cəhd göstərir. Qeyd etmək lazımdır ki, müəllif Ə. B. Haqverdiyev vodovilin Azərbaycan səhnəsiüçün təbdilində bir ailə daxilində baş verən əhvalatların miqyasını bilərəkdəngenişləndirərək yaşadığımız cəmiyyətinneqativ görüntülərini bəzi reallıqlar ilə üzvü şəkildə əlaqəli formada təsviredir.

Tamaşa boyu hadisələr fonunda aktyor Əliqulu Səmədovun oynadığı Qasım bəy surəti dəmaraqla baxılır. Belə ki, aktyorun hər dəfə səhnəyə gəlişi sanki ilahi, fövqəlbəşərbir qüvvənin gəlişi olaraq hadisələri daha da dinamik və dolğun bir formada təqdimolunması ilə göstərilir. Bu da təbdil boyu hadisələrin daha çox vəziyyətlərhalında insan simasının və nəfsinin təzahürü olaraq diqqəti cəlb edir. Əslindəbununla da təbdildə təsvir olunan hadisənin şəraitini, vəziyyətini, məkanını,vaxtını göstərən hissə tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı tərəfindənekspozisiya edilir. Bu da aktyor ifasının daha dolğun bir şəkildə təqdimolunmasını mizanlarda təsdiqləyir. Bununla da rejissor pyesin ideyasına, ana xəttinəuyğun olaraq maraqlı bir səhnə əsərinin ərsəyə gəlməsinə nail ola bilir. Onunquruluşunda səhnədə olan hər bir detal belə maraqla izlənilir və baxılır. Əslindəhadisələr səhnədə bir məkanda cərəyan edir. Ancaq rejissor Elşən Zeynallı bir məkangörünüşünü öz traktofkası ilə ikiyə bölməsi tamaşanın daha da baxımlı olmasıüçün ümdə şərait yarada bilir. Tamaşanın daha baxımlı olması üçün cərəyan edənhadisələrin, vəziyyətlərin reallığı və dolğunluğu üçün yüksək ritm yaratmaqla səhnədəkimizanlar rejissor traktofkası ilə yanaşı daha dəqiq göstərilə bilir. Pyesdə cərəyanedən hadisələrin inkişafı olduqca surətli və eyni zamanda təbiidir. Rejissorunsəhnə quruluşu əlvan mizanlarla əvvəldən sonadək dramatik gərginliklə inkişafedir.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısıRauf Hüseynli, rəqslərin quruluşçusu isə Könül Şahbazovadır. Tamaşanın maraqlaizlənilməsində quruluşçu rəssamın da işi xüsusi olaraq qeyd edilməlidir. RəssamSevda Məmmədovanın maraqlı tərtibatı rejissor işi ilə həmahəng səslənməkləmaraqla izlənilir. Kənd həyatının canlılığı və absurt təxəyyül mənbəyi olandetalların daha çox istifadə edilməsi həm də tamaşaya xüsusi bir zövq verməklədiqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, pyesdə yaranan ziddiyyət və yamünaqişənin (konfliktin) başlanğıcından ta sonunadək davamlı olaraq musiqi tərtibatıda təbdil olunan səhnə əsərinin ideya bədii xüsusiyyətlərinin açılmasınayaxından yardımçı ola bilir. Musiqi tərtibatçısı Rauf Hüseynlinin, rəqslərin quruluşçusu isəKönül Şahbazovanın uğurlu işi həm rejissor həm də rəssamın birgəəməyinin bəhrəsi olaraq maraqla baxılır.

Doğrusu Bakı Uşaq Teatrının repertuar zənginliyimaraqla qarşılanmalıdır. Çünki bu repertuarın formalaşmasında təkcə uşaqtamaşalarının nəzərdə tutulması gələcəkdə yeni Uşaq və Gənclər teatr tamaşaçıauditoriyasının formalaşması istiqamətində xüsusi əhəmiyyətə malikdir.

Əslində teatr bir növ ictimai səsdir,baxışdır, qınaqdır, xalqın fikri və dilidir. Xalq həyatda gördüklərini fərdiolaraq düşünər, amma vahid dili olmadığına görə danışa bilməz. Məhz teatr və bukimi digər sənət növləri xalqın dilidir. Məhz teatr bu cür neqativ halları vəgördüklərini səsləndirər. Sətirlərin arasında incə bir halda, komediya janrındasəsləndirər və xəfifcə gülər.

AnarBurcəliyev

Teatrşünas