Tbilisidə Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
Gürcüstanın paytaxtı Tiflis şəhərinin mərkəzində "Xocalıya ədalət” aksiyası keçirilib.
APA-nın məlumatına görə, aksiya Rustaveli metro stansiyası yaxınlığında başlayıb.
"Borçalı İrəli” İctimai Birliyi, "Azərbaycanın dostları klubu" və Gürcüstanın Azərbaycanlı Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə baş tutmuş aksiyada Gürcüstanın azərbaycanlı gəncləri, tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib. Təşkilat rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Xocalı soyqırımı barədə Gürcüstan ictimaiyyətini məlumatlandırmaqdır.
Əllərində gürcü və ingilis dilində "Xocalıya ədalət” şüarının yazıldığı plakatlar, Azərbaycan və Gürcüstanın bayraqlarını tutan gənclər Rustaveli prospekti ilə Gürcüstan parlamentinin binasına qədər yürüş edib. Yürüş boyu şəhər sakinlərinə və xarici qonaqlara Xocalı soyqırımı barədə məlumatların əks olunduğu gürcü və ingilis dillərində bukletlər paylanılıb.
Aksiyaya parlament binasının qarşısında "Xocalıya ədalət”, "Qarabağa ədalət", "Abxaziya və Cənubi Osetiyaya ədalət" şüarları ilə yekun vurulub.
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09