Tbilisi su altında QALDI
Güclü yağış bu gün axşam Tbilisi sakinləri və şəhərin qonaqları üçün bir sıra problemlər yaradıb: leysan küçələri su altında qoyub və Gürcüstan paytaxtının bəzi ərazilərində elektrik enerjisinin verilişi kəsilib.
Adalet.az xəbər verir ki, əlverişsiz hava şəraiti cümə günü gecə saatlarına yaxın Tbilisidə güclənib.
Şəhərdə güclü yağış yağır. Leysan nəticəsində küçələr və sahilyanı ərazilər su altında qalıb. Su basması avtomobillərin hərəkətini çətinləşdirir.
Bundan əlavə, Tbilisinin bir sıra rayonlarında elektrik enerjisinin verilişi kəsilib.
Xatırladaq ki, bu gün daha əvvəl meteoroloqlar Gürcüstanda, xüsusilə paytaxt Tbilisidə, Kaxeti və Kvemo Kartli bölgələrində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq ediblər. Bu ərazilərdə leysan yağışları ilə yanaşı, göy gurultusu, dolu və güclü külək gözlənilirdi. Əlverişsiz hava şəraitinin sabah da davam edəcəyi bildirilir.
Tbilisi meriyası paytaxtda yağan yağışla əlaqədar açıqlama yayıb:
"Paytaxtda yağan güclü və uzunmüddətli yağışlar bir sıra problemlərə səbəb olub. Hazırkı məlumata görə, güclü yağıntılar nəticəsində küçələr, zirzəmilər, həmçinin "Rustaveli" və "Vaja-Pşavela" metro stansiyaları su altında qalıb.Xüsusilə Tamarashvili prospektində böyük miqdarda yağıntı düşüb.Saburtalo rayonunda, Çikovani küçəsində qaz kəməri zədələnib və bunun nəticəsində yaxınlıqdakı binanın sakinləri təxliyə olunub. Hazırda qaz şəbəkəsində bərpa işləri aparılır.Tbilisi meriyasının müvafiq xidmətləri və paytaxtın rayon administrasiyaları fövqəladə rejimdə fəaliyyət göstərirlər.Tbilservice Group əməkdaşları yolları təmizləyir və küçələrdə nizam-intizamı bərpa edirlər.Bütün problemli ərazilərdə Fövqəladə Halların İdarə Edilməsi Xidməti və patrul polisi səfərbər olunub.Qaynar xəttə daxil olan müraciətlər operativ şəkildə cavablandırılır.Zərurət yarandıqda vətəndaşlar Tbilisi meriyasının qaynar xəttinə 0322 722222 nömrəsi ilə müraciət edə bilərlər."/Trend
Digər Xəbərlər
15 Avqust 2026 09:51
Kolumbiyada mədəndə partlayış - 6 ölü
15 Avqust 2026 09:40
Rusiyanın cənubunu bloklamışıq - Zelenski
15 Avqust 2026 00:46
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
15 Avqust 2026 00:00
"Siyasətdə 50 il geridə qoydum, Allah ömür versə..." - Ərdoğan
14 Avqust 2026 20:46
Pişiyin dişlədiyi azyaşlının quduzluq testi müsbət çıxdı - Türkiyədə
14 Avqust 2026 20:00
Aparıcının boşanma ərəfəsində olduğu xanımı dünyasını dəyişdi
14 Avqust 2026 18:00
Tramp Ankarada sui-qəsddən necə xilas olub?
14 Avqust 2026 17:52


Bakı -°C

