adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
22 Dekabr 2017 14:59
28083
MARAQLI

Tarixin ən böyük dələduzları - II
















George C. Parker


ABŞ-da ən məşhur fırıldaqçılardan biri. Nyu-York şəhərinin ən məşhur əsərlərindən, Böyükşəhər Muzeyindən və Azadlıq Heykəlindən başqa, Brooklyn körpüsünü də bir neçə dəfə sataraq ən böyük fırıldaqçılığını etmişdi. Parker işin o qədər dərininə gedib ki, bəzi məlumatlara görə, pulu çatmayan adamlara körpünü aylıq ödənişlə satıb. 1928-ci ildə cinayət başında tutulan Parker, ömürlük həbs cəzasına məhkum edildi.


Victor Lustig (1890-1947)


ABŞ və Avropada fırıldaqçılıq ittihamı ilə həbs edilmiş və məşhur Amerika həbsxanası Alkatraz-a göndərilmişdir. Eyfel qülləsini dəmir-dümür satan adama satmaqla məşhur olan Lustig, bir çox insanlara pul maşınları satmaqla da fırıldaq gəlib. Lustiqin ən çox bilinən fırıldaq nömrələrindən biri dollar kəsən maşını 30 dollara bir adam satmağıdır.


Gerd Heidemann


1983-cü ildə Adolf Hitlerin saxta gündəliyini 6 milyon dollara Stern jurnalına satmağı bacardı. Dostu Konrad Kujau-nu da saxtakarlığına inandıan Heidemann, məşhur tarixçi Hugh Trevor-Roper-i də gündəliyin original olduğuna inandıra bildi. Heidemann, Alman məhkəmələri tərəfindən fırıldaqçılığına görə üç il həbs cəzasına məhkum edildi


Shaun Greenhalgh

Təqlid elədiyi məşhur rəssam Gaugui-nin rəsmlərini və əntiq Misir heykəllərini Çikaqo Sənət İnstitutuna və Britaniya muzeyinə original adıyla milyonlarla dollara satmağı bacardı. 2007-ci ildə etdiyi bir çox saxtakarlıqlara görə həbs olundu.



Cənub Zobu (Raki)

1980-ci illərin tanınmış fırıldaqçısı Raki, qeyri-qanuni işlərlə məşğul olanlara fırıldaq gəlirdi. Qeyri-qanuni iş görən adamlar onsuz da onu şikayət edə bilmirdi.Rakinin atası fırıldaqçılıqları ilə tanınan General Şəmsəddin Zobu, qardaşı Londonun məşhur iş adamlarından Kuzey Zobu.

Raki eyni zamanda aktrisa Melike Zobunun atasıdır. Raki, dollar satışının qadağan olduğu dövrlərdə Amerikalı və Alman cildində böyük otellərdə çamadanla valyuta sataraq çox adama fırıldaq gəlib.