adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Aprel 2016 13:55
15279
DÜNYA

Tarixin 30 illik canlı fotosu - Çernobıl

Texnologiyanın insana sərtüzünü döndərib geriyə dönüşü olmayan peşmanlığa uğratdığı ən dəhşətli nümunənin –Çernobıl qəzasının 30 yaşı tamam olur. Necə deyərlər, bir igidin ömrü qədər olantarixin eybəcər üzü hələ bu gün də minlərlə insanın həyatını qaraltmaqdadır. KeçmişSSRİ-nin hər bir nöqtəsində yaşayan "çernobılçılar” XX əsrin qiyamətini çətinki unudalar.


Qəzanın tarixi


1986-cı il 26 apreltarixində Ukraynanın paytaxtıKiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında güclünüvə partlayışı baş verdi. Stansiya partlayandan sonra yaranmış radioaktivbulud təkcə SSRİ-də qərar tutmayıb, Şərqi Avropaya da doğru hərəkət etmişdi. Nəticədəisə "ölüm bulud"u çoxsaylı insan dənizini radioaktiv şüalanmaya məruzqoydu.

Hadisə zamanı 10000-əyaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəstoldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulanuşaların 90 %-də əlillik yarandı. Amma ABŞ və Avropa təşkilatlarınınhesablamalarına görə bu rəqəmlər həddən artıq azaldılıb, əslində ölənlərin sayıyüz minə qədər olub. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələdə Avropada dolanmaqdadır.



Hadisənin baş vermə səbəbi


Çernobıl Atom ElektrikStansiyasının 4 nömrəli reaktorunda növbəti yoxlama işləri aparılırdı. Məqsəd elektrik cərəyanını dövrədənayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti işgününə hansı səviyyədə hazır olacağını müəyyən etmək idi. Bu olduqca təhlükəlibir sınaq idi. Lakin əvvəllər də belə bir sınağa əl atılmışdı və ortaya hərhansı bir problem çıxmamışdı. Nəhayət, texniki personal nəzərdə tutulanları həyatakeçirməyə başladı. Elektrik cərəyanı dövrədən çıxarıldı, 26 aprel saat 01.00-daturbinlərə gedən soyuducu su tədricən azalmağa başladı. 01.23-də operator aztəzyiqlireaktoru bağlamaq istədi. Amma artıq gec idi. Sınaq zamanı ilk anlardan özünügöstərən və olduqca cüzi bir təsir bağışlayan nasazlıq zəncirvari prosesəçevrilərək reaktorun sürətinin kəskin şəkildə artmasına gətirib çıxardı. Bu isə,öz növbəsində, reaktorun daxilində güclü buxarlanma və ardınca da dəhşətlipartlayışlarla müşayiət olundu. Partlayışlar reaktorun xarici aləmlə əlaqəsinəimkan verməyən və onu əhatə edən 1000 tonluq qoruyucu çəmbəri yerlə yeksanetdi. Bir andaca dəhşətli buxar və şüalanma, toz qatı onlarla kilometr məsafənibürüdü. Partlayışla eyni zamanda yanğın da başladı. Yanğını onlarla kilometr məsafədənseyr etmək mümkün idi. İlk anda nələrin baş verdiyini heç kim anlaya bilmədi.Çünki bu, atom elektrik stansiyaları tarixində bu günə kimi rast gəlinməmiş birqəza idi və onunla necə mübarizə aparılacağını heç kim bilmirdi. Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədiilə dərhal vertolyotlar çağırıldı. 9 gün ara vermədən onlarla vertolyotpartlayış baş verən 4-cü blokun üzərinə qum, çınqıl və digər maddələr tökdülər.Qısa müddətdə 4-cü blokun üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələgəldi. Amma yenə də təhlükəli şüalanma davam etməkdə idi. Partlayış baş verənilk anlardan isə heç bir sərhəd tanımayan radioaktiv şüalanma minlərlə kilometrməsafəni öz təsiri altına aldı və ətrafı radioaktiv tullantılarla çirkləndirdi.Radioaktiv şüalanma hətta hadisə yerindən minlərlə kilometr uzaqlarda olanİsveçdə belə, öz təsirini büruzə vermişdi. Qəzanın aradan qaldırılmasınaSSRİ-nin hər yerindən on minlərlə "könüllü" cəlb edilmişdi və onlara bu işin təhlükəliolmadığı barədə dönə-dönə izahat verirdilər. Bu da qəzanın aradan qaldırılmasındaiştirak edən yüzlərlə adamın ilk günlərdən güclü şüalanmaya məruz qalmasına yolaçdı. SSRİ-də hər vasitə ilə bu hadisənin üstünü ört-basdır etməyəçalışırdılar. O dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hadisənin dəhşətləribarədə mətbuata məlumat sızdırılmaması və ictimaiyyətin bu fəlakətin dəhşətlərindəndaha ətraflı şəkildə xəbər tutmaması barədə gizli göstəriş vermişdi. Bu məsələninəzarətdə saxlamaq isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarınatapşırılmışdı. Qəza zonasınayaxın ərazilərdə yaşayan insanlar arasında kütləvi şəkildə müxtəlif xəstəliklərinyayılması əhalini təşvişə salmışdı. Nəhayət, əhalinin müəyyən hissəsi xariciradiostansiyaların vasitəsi ilə Çernobıl faciəsinin dəhşətlərindən xəbərdaroldular. May ayının 7-də artıq bütün SSRİ əhalisi Çernobılda dünyanı dəhşətə gətirənbir qəzanın baş verməsindən xəbər tuta bilmişdi. Əhali Ukraynada baş verənhadisələrin gizlədilməsi ilə bağlı açıq narazılığını bildirməyə və qeyri-rəsmişəkildə dövləti ittiham etməyə başlamışdı. Ukraynada xalqın ayağa qalxa biləcəyindənehtiyat edən Qorbaçov, nəhayət ki, iki həftədən sonra əsl həqiqətləri,üstüörtülü şəkildə olsa da, etiraf etməyə məcbur oldu. 

Onun bu etirafından sonra Çernobılətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi. Bölgəni tərk edənlərinevləri isə müəyyən qrup adamlar tərəfindən talan edildi. Nəticədə, radioaktivşüalanmaya məruz qalan məişət əşyaları satışa çıxarıldı və bu, əhali arasında xəstəliyətutulanların sayının daha da artmasına səbəb oldu.


Qəzanın aradan qaldırılmasının ilkiki ilində 650 min insan xilasetmə işlərinə cəlb edildi. Onlardan 7000-dən çox azərbaycanlı olub. Hazırda onlardan 3500 nəfərdən çoxu dünyasını dəyişib. Rəsmi məlumatlara görə,qəzanın ləğvində iştirak edən minlərlə sovet insanının 15 mini bir neçə ildən sonra dünyasını dəyişdi. Qeyri-rəsmi məlumatlaragörə, qəzanın aradan qaldırılmasında iştirak edən təxminən 95-100 min adam məruzqaldığı şüalanma nəticəsində öldü. Xilasetmə işlərində çalışan təxminən 500-550min adam isə ağır xəstəliyə tutuldu. Onların bir hissəsi artıq dünyasını dəyişib,digər hissəsi isə şüalanmanın fəsadlarını ağır şəkildə yaşamaqda davam etməkdədir.Bu insanlar əslində ömürlük əzab çəkməyə məruz qoyulan faciə qurbanlarınaçevriliblər. Qeyd edək ki, qəza zonasında xilasetmə işlərində çalışan650 min adamdan başqa, fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8milyon insan da şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalaninsanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklərtüğyan etməkdədir. Onların çoxunu labüd ölüm gözləyir və bu, yüz illər boyu zəncirvarişəkildə öz təsirini göstərəcək.

Çernobıl qəzası və qəzadan sonrakı şəhərin mənzərəsi illərdirdünyanın marağındadır. Bəli, məhz maraq insanı ən qorxunc səfərlərə belə sürükləyir.Bütünlüklə boşaldılmış, və "ruhlar şəhəri” adlandırılan bu şəhəri görmək istəyənxeyli insan var, maraq isə ildən-ilə artmaqdadır. Bir vaxtlar kütləvi ölüməyol açmış, ölkəyə maddi ziyan vurmuş bu qəza indi Ukraynaya əməlli-başlı gəlirgətirir, təbii ki turistlərin sayəsində… İnsanları bura çəkən şəhərin təkcə bozgörüntüsü deyil, tarixin donub qalmış şəklidir. Burda hər şey 30 il öncəki kimiqalıb. Sovet ideologiyasını tərənnüm edən şüarlar, tikililər, abidələr, hətta dəcəluşaqların vaxtilə divarlara çəkdiyi rəsmlər belə turistlərdə "zaman maşını”ndasəyahət etmək təəssüratı yaradır. 2010-cu ildən etibarən ərazi rəsmən turistlərüçün açıq elan edilib. Turların təşkili ilə onlarla yerli və xarici şirkətlər məşğulolur. Rəsmi məlumata görə, "donmuş zaman”ı görmək istəyənlərin sayı əvvəllərildə 2-3 min nəfər idisə, 2015-ci ildə onların sayı 15 mini keçib. Turistlərin əksəriyyətibir zamanlar qapalı SSRİ-ni görmək istəyən əcnəbilərdir.

Turun qiyməti orada qalacağın müddətdənasılıdır. Qiyməttəxminən 28dollardan, 720 dollara qədər dəyişir.Ən uzun səyahət müddəti 5 gündür. Əlbəttə ki, Ukraynalıların özləri üçün ucuzbaşa gəlir – 380 dollar. Əcnəbilərisə bunagörə 720 dollarındankeçməliolurlar. Qəzanın ildönümü günündə isə ümumiyyətlə bilet tapmaq çətin olur vəqiymətlər ikiqat bahalaşır.  

Ən dəhşətlisi isə,turistləri hələ də ərazidə dolaşan şüalanmanın qorxutmamasıdır. Bu səfərdənsonra orqanizminə nə fəsadlar yaşadacığını bilə-bilə tarixin canlı fotosunugörmək istəyi güc gəlir. Demək, insan həqiqətən də gözüçıxmış qardaşından dərsalmaq istəmir.   


Şəfiqə ŞƏFA