adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Iyun 2019 17:47
42795
LAYİHƏ

TARİXİMİZDƏKİ İMAMZADƏLƏR

Aparılan tədqiqatişləri təbii ki, həm elmi baxımdan, həm də yerli ərazilə tanışlıq baxımından həmişəböyük maraq doğurubdu. Bu mənada qədim Naxçıvan ərazisində aparılan arxeolojiqazıntılar yerin altını elm aləminə, həm də vətən tarixilə maraqlanan hər kəsinəözünə açmaqda davam edir. Yəni istər Naxçıvanın özündə yaşayıb çalışanarxeoloqlar, tarixçilər, istərsə də AMEA-nın nəz-dində fəaliyyət göstərən Tarixİnstitutunun, Azərbaycan arxeoloqlarının böyük zəhməti sayəsində zaman-zaman Azərbaycantarixinin böyük bir hissəsi olan Naxçıvanın tarixinin öyrənilməsi gerçəkləşdirilir.Elə barəsində söhbət açdığımız Naxçıvan imamzadələri də bu baxımdan böyük maraqdoğurur. Hər kəs imamzadələri müqəddəs yer, ocaq kimi tanıyır, sevir, ziyarətedir, həm də onun özülündə dayanan tariximizin müəyyən hissəsinin öyrənilməsinəcəhd göstərir. Fikrimi bir az da geniş şərh etsəm, onda deyə bilərəm ki, böyükMəmməd Arazın dediyi kimi, hər daşın altında bir tarix yatır. Bu tarixi açmaq,öyrənmək isə həmin sahənin mütəxəssisləri ilə yanaşı, bir vətəndaş olaraq hərbirimizin borcudu. Çünki vətən daşı ola biləməyəndən vətəndaş olacağını gözləməkabsurddu.

Bəli, Naxçıvanınqədim abidələrindən olan Şərur rayonunun Xanlıqlar kəndi ilə Parçı kəndininbirləşməsində inşa edilmiş və bu günümüzə qədər uzun bir yol keçib gəlmiş Parçıimamzadəsi mükəmməl bir abidə kompleksidi. Bu abidə kompleksi inşa olunduğutarixdən bu günə qədər həmişə diqqət mərkəzində olub və həmişə də həm yerli sakinləri,həm də Şərura, Naxçıvana səfər edəninanclı insanların ziyarətgahı kimi diqqət mərkəzində saxlanılıb.

Biz Parçıimamzadəsi ilə bağlı əldə etdiyimiz bilgilərə, xüsusilə tarix üzrə fəlsəfədoktoru İlham Əliyevin araşdırmalarına istinad edərək deyə bilərik ki, "eləkəndin adıyla "Parçı imamzadəsi" adlandırılan bu müqəddəs ünvan yerliəhali tərəfindən böyük hörmətlə ziyarət edilən dini abidədir". Onu davurğulamaq yerinə düşər ki, həmin müqəddəs dini abidə Parçı kəndinin şimal hissəsindəyerləşir. Abidəyə diqqət yetirəndə məlum olur ki, bu imamzadə kompleksinin gümbəziçox böyükdü. Və həmin böyük gümbəzi imamzadənin mərkəzi hissəsində bir qəbir var. Uzun illər həmin qəbrini kiməaid olması mübahisə və mübarizə mövzusu olsa da, bu bir həqiqətdir ki, son illərinaraşdırmaları müəyyən fikir söyləməyə imkan vermişdi. Doğrudur, bu abidənin də daş kitabəsi yoxdur. Amma aparılan, yəniimamzadədə reallaşdırılan təmir-bərpa işləri zamanı həmin qəbrin üstügötürülmüş, oraya baş daşı və sinə daşı qoyulmuşdur.

Yenə istinadetdiyimiz mənbələrdən əldə etdiyimiz bilgiyə görə, Azərbaycan Tədqiq və TətəbböCəmiyyətinin Naxçıvan şöbəsinin 1925-28-ci illərdə Parçı kəndindəki abidəni qeydə alarkən ondamüəyyən araşdırmalar da aparmışdı. Həmin araşdırmaların yekunu olaraq cəmiyyətinNaxçıvan şöbəsi tərəfindən 40 nömrəli protokol tərtib olunmuşdu. Protokol1928-ci ildə tərtib olunmuş və orada göstərilmişdi ki, "Xanlıqlar kəndinəbitişik Parçı kəndinin üstündə böyük gümbəz və geniş həyəti olan bir pir var idi ki, camaat onu "şahzadəİbrahim ibn Musa" ziyarətgahı" adlandırır.

Göründüyü kimi,hələ 1928-ci ildə Parçı kəndində olan bu abidə barəsində artıq rəsmiinformasiya verilmişdir. Tarix üzrə fəlsəfə doktoru İlham Əliyevin yazdığınagörə, cəmiyyətin Naxçıvan şöbəsinin üzvlərindən biri olan Məhəmməd Rasizadə "şahzadə İbrahim ibn Musa" ziyarətgahıhaqqında məqalə də nəşr etdirmişdi. Həmin məqalədə vurğulanır ki, qəbrin kitabəsində İbrahim ibn Musa yazılmışdır. Və buna istinadedərək də qəbrin məhz İbrahim Musa oğluna aid verildiyi göstərilmişdir. Çox təəssüfki, "günümüzədək bu məlumatı bildirən həmin kitabə gəlib çıxmamışdı. Yerliəhalinin dediklərinə istinad edəndə aydın olur ki, Parçı kəndindəki imamzadədə dəfn edilən şəxs VII imam Museyi Kazımın oğlanlarından biriolmuş İbrahimə aiddir.

Şərur rayonununParçı və Xanlıqlar kəndlərinin yaşlı sakinlərinin söylədiklərinə görə, VII imamMuseyi Kazımın oğlu İbrahim məhz bu kənddə məskunlaşmış və uzun müddət buradayaşamışdır. Ona görə də dünyasını dəyişəndən sonra imamın oğlunu bu kənd məzarlığındadəfn etmiş və onun şərəfinə də bu imamzadəni inşa etmişdilər.

Yeri gəlmişkən,onu da qeyd etmək lazımdır ki, Şərur rayonunun iri yaşayış məskənlərindən sayılan bu ərazidə zamanındada kifayət qədər insan yaşamış və onlar əsrlərboyu bu müqəddəs qəbri ziyarət etmiş, hətta oraya nəzirlər demişdilər.

Hər kəsə məlumdurki, Azərbaycan ərazisində kifayət qədər ziyarətgahlar var. Və onlar sovetdövrünün qadağalarına baxmayaraq, həmişə diqqət mərkəzində olmuş və bu yerlərinsanlar tərəfindən ziyarət edilməklə, həm də qorunub saxlanılmışdır. Bu gününözündə də inanclı insanlar həmin ziyarətgahları ziyarət etməkdən və həttaonların bəzilərini müəyyən şəxslər öz vəsaitləri hesabına təmir etməyi dəkönüllü şəkildə reallaşdırırlar. Təbii ki, ölkənin Mədəniyyət Nazirliyi həminabidələri demək olar ki, böyük əksəriyyətini qeydə alıb və onlar dövlətin nəzarətindəvə mühafizəsindədir. O ki, qaldı Parçıimamzadəsinə, tarixçilərin söylədiyinə görə, onun arxitekturası, tikinti-inşaatüslubu Səfəvilər dövrünə aid edilir. Təqribən 1501-1736-cı illərə təsadüf edənhəmin dövr üçün xarakterik tikilidir. Kompleksin digər tikililərdən fərqləndirən,onu bilavasitə səciyyələndirən əsas cəhətləri isə imamzadənin məhz həmin məzarınüstündə tikilməsidir və VII imamın övladının şərəfinə aid edilməsidir.

Bu günkompleksin tarixilə maraqlananlar üçün xatırlatmaq yerinə düşər ki, Parçı ziyarətgahı dəfələrlətəmir-bərpa işləri zamanı öz ömrünü daha da uzatmağa müəssər ola bilib.Aparılan həmin təmir və bərpa işləri zamanı məqbərəyə bitişik məscid, təkiyə vədigər xidməti otaqların da tikilməsi reallaşır və bunun nəticəsində də böyükdini kompleks yaradılmışdır. Sevindirici haldır ki, bu böyük dini kompleksintam bərpasından sonra açılışı keçirilmişdir. Həmin açılış mərasimində dəNaxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov cənabları daşəxsən iştirak etmişdir. Ümumiyyətlə, Naxçıvandakı tarixi yerlərin, mədəniyyətnümunələrinin qorunması, bərpası sayəsində Muxtar Respublika rəhbərliyi ardıcılvə böyük işlər görür. Şəxsən Ali Məclisin sədrinin özü bu sahədə aparılan işləridiqqət mərkəzində saxlayır. Ona görə də Naxçıvandakı bütün tarixi abidələr, eləcədə imamzadələr bu gün həm müqəddəs yerlər, həm də abidə kompleksləri kimi turistlərin,eləcə də inanclı adamların üz tutduğu. Baş çəkdiyi ünvanlardandır.

ƏbülfətMƏDƏTOĞLU